ANA SƏHİFƏ / YAZARLAR

YAŞAMAQ ƏZMİ

26748    |   2013-12-07 00:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün, nə günün mövzusu olmuş qiymət artımından, nə kasıb təbəqənin buna etirazından, nə acın toxdan xəbəri olmamasından, yəni "qiymətqaldıranları" camaatın dolanışığının, güzəranın maraqlandırmamasından heç nə yazmayacam. Onsuz da dəyirman bildiyini edir, çax-çaxı baş ağrıdır. Tarif Şurasının bu məsələ "beyninə girdisə", xalqın göz yaşları o fikri, o beyindən çıxara bilməz! Camaat ağlayırsa, demək hələ dolana bilir, yenə qaldırmaq lazımdı! Hamı güləndə təhlükəlidi!!! - deyirlər...
Bu gün əlillər haqda yazmaq istəyirəm. Dekabrın 3-ü Beynəlxalq Əlillər Günü idi. Fiziki, əqli cəhətdən bizdən fərqlənən bu insanlara diqqət, qayğı göstərməli, özlərini çəkinmədən bizlərdən biri kimi hiss etmələri, cəmiyyətə alışmaları, sosiallaşmaları, ictimailəşmələri üçün əlimizdən gələni etməliyik. Bunun üçün təkcə reablitasiya mərkəzlərinin fəaliyyəti azdır. Hər birimiz özlərini cəmiyyətdən kənar hiss etməsinlər deyə, cəmiyyətin bu həssas qrupunun komplekslərini aşmaları üçün yardımçı olmalıyıq. Bu insanların hər şeydən əvvəl diqqətə, qayğıya ehtiyacları var və bunu onlardan əsirgəmək vicdan məsələsidir.
Bizim əlillərə həmin günün "hədiyyəsi" çox maraqlı oldu - həmin ərəfədə qiymətlərin artırılması və TSEK-lərdə (Tibbi Sosial Ekspert Komissiyası) əlilliyin yenidən yoxlanılması məsələsi qaldırıdlı. Əlillərin güzəranını onsuz da təmin etməyən pensiyalar, qiymət artırılmasından sonra daha da çətinləşəcəyi bəllidi. Çünki maaş, yaxud pensiya bir - beş manat həddində yüksəlirsə, ərzaq, yanacaq ondan qat-qat artıq yüksəlir və bundan istifadə edən bazar fürsətçiləri camaatın gününü qara edir. Hər nə qədər cavabdeh orqanlar, əlaqədar təşkilatlar süni qiymət artımına yol verməyəcəklərini söyləsələr də, benzin qalxarkən başqa sahələrdəki artımın qarşısını almaq mümkün deyil. Süni artım olmasaymış, hər şey sanki qaydasında olacaqmış. Təbiisi bizi bəxtəvər eləmişdi də...
Bu, "dözümlü xalq"ın üzərində hələ çox eksperimentlər keçiriləcək, dözümünü daha da möhkəmləndirmək üçün. Zarafat deyil - bir ailə minimum əmək haqqının 150 manat olduğu şəraitdə yaşaya bilirsə və oğurluq etmir, cinayət törətmir, haram yemirsə, bunu yalnız alqışlamaq lazımdı. Amma buna yaşam demək olarsa... Bütün yoxluq və yoxsulluqlara rəğmən gülümsəyə bilməkdirmi, yaşam? Odursa, biz yaşayırıq demək!
Qiymət qalxmasından narahat olan əlillərin ikinci sürpriz hədiyyəsi söylədiyim kimi, onların yenidən yoxlamalardan keçmə məsələsidir. Bu bəlkə də kimlərəsə adi görünə bilər - nə var ki, bunda əlilsə, tibbi ekspertizadan keçəcək və yenə əvvəlki kimi pensiyasını alacak, eləmi düşünürsünüz? Bilənlər bilir ki, bu elə də asan deyil! TSEK-lərdə bir ayağı olmayan, gözlərindən əlil olub, başqası tərəfindən komissiyaya gətirilənləri görmüşəm. Min çək-çevirdən sonra əsəbləşib: qardaş, o pensiyanı istəmirəm, gözünüzə soxun, doysun gözünüz! - deyən gözdən əlilə haqq qazandırdığım olub. "Mənim ayağım yenidən bitməyəcək ki, məni nədən bu qədər gətirib-aparırsınız!" - deyən ayağından şikəstləri görmüşəm... Belələrindən rüşvət ala bilmədiklərindən, heç vicdanları sızlamadan əziyyət verirlər. İndi bu, yenidən yoxlama əmri verildikdən sonra əllərinə imkanlar düşmüş məmurlar nələr edəcəklər, təsəvvür edə bilirəm... Əmrin məzmunu saxta əlilliklərin aradan qalxması üçündür, bunu anladıq. Amma əvvəlcə rüşvətxorluğun kökünü kəsmək lazımdır ki, bu məqsədə çatmaq mümkün olsun. Çünki rüşvətlə yenə də fərasətlilər, əlində imkan olanlar "əlil" olacaq, imkansız kasıb ayaqdan şikəst isə "yüyürəcək", gözdən əlil "hər kəsdən yaxşı görəcək"!..
Atalar deyir ki, toxun acdan xəbəri olmaz. Bu doğru! Amma toxun bir az vicdanıdamı olmaz? Bir az insanlığı, Allah qorxusudamı olmaz canında?
Toxa var-dövləti, aca səbri verən Allahdı. Bunu aldıqları ilə sınağa çəkilənlər düşünməlidi.
Qarnı tox olub "küfür" edənlər də var, qarnı ac olub "şükür" edənlər də. Bu qədər qəribədi yaşamaq...
Bir rəvayəti tez-tez xatırlayıram. İstədiyi hər şeyə nail olmuş bir oruclu, namazlı kişi hər namazında Allaha dua edərək, verdikləri üçün şükür edir və sonda da bir gün onun qonağı olması üçün yalvarır. Bir dəfə də dua edərkən səda gəlir ki, mən sənin bu arzunu da yerinə yetirəcəm, filan gün sənin qonağın olacam. Kişi çox sevinir, hazırlığa başlayır. Evi səliqəyə salır, üst-başını qaydaya salır, süfrəyə ən ləziz nemətləri düzüb gözləyir. Bu zaman qapı döyülür. Kişi sevincək açır və qarşısında çörək pulu istəyən bir dilənçini görəndə çox əsəbləşir: rədd ol, get, mühüm birini gözləyirəm, gözümə görsənmə! - deyir. Axşam namazı olur, kişi Allaha yalvarır: Mənə söz vermişdin! Yenə səda gəlir: Mən gəldim, sən qapından qovdun məni!.. Ehtiyacı olana əl tutmaq - bu istər maddi, istərsə də mənəvi anlamda olsun - Yaradanın bəyəndiyi işdir!
Əlillər bizdən fərqli - həyatdan küskün, fiziki sağlamlığı olanlara bir az həsədli, bir az qıcıq, bir az acıqlı ola bilərlər. Bu qüsurlarına görə acıdil, kobud ola bilərlər, dilləri ilə kimləri isə özlərindən küsdürə bilərlər. Amma bunu anlayışla qarşılamağı hər kəs bacarmır. Bircə anlığa özünüzü onların yerində təsəvvür edin - əlsiz, ayaqsız, dünya işığına həsrət, yanmış üz-gözün eybəcər halıyla - bir sözlə, məhdud durumda... Təsəvvür etmək belə sıxıcıdı, deyilmi? O zaman nədən onlarla anlayışla davranmağa səbrimiz çatmır? Onların da bizim kimi arzuları, istəkləri ola biləcəyini düşündünüzmü heç? Onlara həssaslıqla yanaşın, duyğularına hörmət bəsləyin, əsəbiliklərini anlayışla qarşılayın! Axı heç kim bu hala düşməkdən sığortalanmayıb! Axı onların bu hala düşməkləri öz istəkləriylə olmayıb!
3 dekabr Beynəlxalq Əlillər Günü idi. Əlillərin nə günü, hansı günü? Əlillərin hər günü eyni deyilmi - kimdənsə asılı olmaq, kiminsə istəyilə hesablaşmaq, içini yandıran "ah"la onları görəndə qulağını çəkib "bizdən uzaq olsun!" deyənlərin qırdığı ürəyin ağrısını çəkmək...
Hər birimiz ayrı-ayrı nöqtələrik - sağlamımız da, əngəllimiz də. Cəmiyyətin bütövləşməsi üçün onun hər nöqtəsinə diqqət yetirmək lazımdır.

Fəridə RƏHİMLİ
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK