ANA SƏHİFƏ / YAZARLAR

Nə sözün?

55497    |   2013-11-30 00:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Lənkəranın dənizi var idi, Dənizlisi də Türkiyədən gəldi. Adına da Mustafa hoca deyərlər. Çox populyar birisi, qardaş ölkədə tanımayan yoxdu. Türkiyədə dönər yeyəndən ayran içənə qədər, dizidə rol oynayandan futbol oynayana kimi hamı onu tanıyır. Mustafa Dənizlinin adı o boyda Türkiyədə üçüncü yerdə çəkilir. İlk iki yeri Fatih Terimlə Şenol Günəş zəbt edib.
İstanbulda imza atıb Lənkəranda maaş alacaq Mustafa hoca hara gəldiyinin fərqindədi yəqin. Dənizli dənizin sahilində lövbər salan "Xəzər Lənkəran"ın sükanı arxasında bu illər ərzində kimlərin olduğunu da bilir. Siyahı uzundu, klubun əlindən tutan Mirça Rednik, ayağından yapışan Biçər, harasından tutmağı bilməyən Bakes... Ötən yazıda verdiyim sözü tutub hamının adını çəkmirəm. Lənkəranlı azarkeşlərin bir özəlliyi var - nə yaxşını unudurlar, nə pisi yaddan çıxarırlar.
Mustafa hoca özündən də məşhur Con Benjamin Toşakın kreslosunu təhvil alır. Bəli, həmin Toşakın. Toşak Madrid "Real"ını çalışdıranda klubu çempion elədi. Onun çalışdırdığı "Xəzər Lənkəran" isə aşağı diviziona da düşə bilmir. Çünki aşağı düşməyə belə yeri qalmayıb. Türkiyənin böyük klublarına çempionluq dadızdıran Mustafa Dənizli bizim türklər demişkən. ayağının tozu ilə gəlib "Xəzər Lənkəran"ı bu acınacaqlı durumdan xilas eləməlidi. Çox çətin də olsa, öhdəsindən gəlinəsi məsələdi. Yaxından tanıyanlar deyir ki, Mustafa hoca işin çətinliyindən qorxan deyil. Mənə də elə gəlir ki, Dənizli "Xəzər Lənkəran"ın dərdinə dərman tapmağı bacarar. Amma...
Amma gərək Mustafa hoca öncədən bir-iki məsələni göz önünə alsın. Azərbaycanda futbolla əməlli-başlı oynayırlar. Buralarda elə klub var ki, şinelini açanda arasından bir neçə klub çıxır. Ucsuz-bucaqsız dünyanın hər yerində hər biri 11 nəfərdən ibarət iki komanda stadiona çıxıb futbol oynayır, minlərlə tamaşaçı tribunlardan izləyir. Amma gözəlim Azərbaycanda hər biri 11 nəfərdən ibarət iki komanda oynayır, tribundan cəmi 16 tamaşaçı izləyir. Azarkeş demişkən, Mustafa Dənizli eşitməmiş olmaz, dəniz sahilində yaşayan lənkəranlılar futbolla nəfəs alırlar. Dərdi başından aşan "Xəzər Lənkəran"ın azarkeş sarıdan bəxti əməllicə gətirib. Lakin bu kluba azarkeşlik edənlərin də ümid və "ağ-yaşıl" formaya sevgidən başqa heç nələri yoxdu... Dərdlərini dənizlə bölüşməkdən də beziblər. Dənizin də başı öz problemlərinə qarışıb, bilmir ki, bölünmənin dərdini çəksin, neftin nazı ilə oynasın, balığın qayğısını çəksin, yoxsa kürünü qorusun. Fanatlar bu 10 ilin ağrı-acısını Con Toşakla bölüşmək istəyirdilər, amma ingilis onları anlamadı. Bəlkə də anlamaq istəmədi. İndi də ümid Dənizliyə qalıb.
Mustafa hoca bu fanatlara sevinc bəxş etmək üçün ya uğur qazanmalı, ya da elə uğur qazanmalıdı. Bizim türklər demiş, başqa yolu yox artıq! Klub rəhbərliyindən isə bir ricam var. Heç olmasa, bu 10 ildə birinci dəfə azarkeş ordusu ilə xor oxumağı bacarsınlar. Oxunacaq mahnını da seçmişəm. Çox duyğusal mahnıdı. Mətnində bir balaca redaktə etmək yetər.
Bir, iki, üç. Başladıq - "Mənə Dənizli verin!"
Hamı bir yerdə...

Etibar Cəbrayıloğlu


İmza:

YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK