ANA SƏHİFƏ / YAZARLAR

GETMƏ...

19744    |   2013-11-23 01:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qal deyə bilmirəm, artıq qərarlısan. Qalacaq olan yerini gedəcək olan könlün bilir. Getmək istəyirsənsə, niyə göz yaşlarını saxlaya bilmirsən, nəfəsini çətinliklə alırsan? Bir bəhanə də tapa bilmirsən, nədən ağladığını ətrafdakılara söyləməyə. Göz yaşı axdıqca insan rahatlanır, deyirlər. Bəs sən necə, rahatlanacaqsanmı, üz-gözünü yandıran, özündən ixtiyarsız, davamlı axan göz yaşlarından? Bu göz yaşları məndən qopa bilməmənin izahıdı, bilirsənmi? İnsanın sevdiyindən qoparılması nə ağır bir duyğuymuş, indi anlayıram! Səninlə olan hər anım xoşbəxt günlərimin siyahısındadı. Səninlə olan günlərin xatirəsi ömrümün sonuna qədər yaşam stimulum olacaq. Mənim həyata baxışımı dəyişdin...
Ümid heç ummadığın anda açan çiçəkdir. Mən səbr edəcəm, dönüşünü gözləyəcəm, çünki bu gedişin səni qəlbimdən silə bilməz. Sənin ürəyimdəki yerini kimsə tuta bilməz. O yer yalnız sənə aid!
Niyə gedirsən? Bu gediş bütün həyatını alt-üst edəcəyini bilə-bilə, bu gedişlə həyatın mənasını itirəcəyini anlaya-anlaya niyə gedirsən? Bu, çəkə bilməyəcəyin sevdanın ağır yükündən qaçmaqdımı? Bu imtinadımı səni sən edən, səni öz gözündə dəyərli edən, həyatını gözəlləşdirən, xoşbəxtliyin nə olduğunu sənə anladan insanın sevgisindən?
Niyə qaçırsan, səni heç vaxt heç kimin anlamadığı qədər anlayan, artıq sənin özün olmuş birindən? Haraya qədər olacaq bu qaçış, özünə qədərmi, özündənmi? Nədən qorxdun? Hər insanda görmək mümkün olmayan böyük sevgidənmi, şəfqətdənmi, anlayışdanmı, səmimiyyətdənmi? Bunun yuxumu olduğunu sandın? Oyanmaq istəmədinmi bu röyadan? Bu dövrdə bu sayaq dorğu, düzgün, anlayışlı olmasıyla bütün insani keyfiyyətlərin bir adamda birləşməsini mümkünsüzmü saydın? Tənhalığı, yalnızlığı sənə unutdurmuş, gəlişi boz, yeknəsəq yaşamını dəyişmiş, ürəyinə rahatlıq, huzur gətirmiş, dünyanın gözəl üzünün də olduğunu sənə inandırmış, sənə həyata tutunmağı öyrətmiş birindən nədən qaçırsan? Buna necə dözüm mən? Allaha rəvadırmı bu? Amma bunu bil, hər gecə ürəyimin qanadığını yuxuda görəcəksən. Çünki bu tapdayıb getdiyin hər kəsə nəsib olmayan gerçək sevgiydi. Mən öz-özümə xəyali bir sevgimi yaşamışdım? Bu ilahi sevgidirmi səni qorxudan? Bütünlüklə mən olmaqdanmı qorxursan? Bəzən çox sevib getmək də varmış demək? Sevgin indi nə vəd edir sənə? Acı, nisgil, göz yaşı, ümidsizlik, küskünlük, özünə çəkilmək, insanlardan qaçmaqmı? Bunlara hazırsanmı? Bu gedişin səni səndən aldığını görmürsənmi? Ölümə məhkumlar kimi gedirsən, sürgünə gedirmiş kimi ağlar gözlərlə gedirsən. Vəsiyyət kimi yazdığın vida məktubunun hansı əzablara başa gəldiyini üzgün sözlərindən, şişkin gözlərindən duymaq olur. Noolar, ayrılığa, hicrana imkan vermə bizi parçalasın! Ağlama, üzülmə noolar, hər damla göz yaşın ciyərimi dağlayır, parçalayır... Mən ölsəm, sən ağlayarsan yəqin. Amma sən ağlayanda mən ölürəm...

İçini didəndə xatirələrim
Soyuq baş daşımı qucaqla, ağla.
Gizlədib hamıdan göz yaşlarını
Çəkil bir bucağa, bucaqda ağla.

Üstünə bir bəlli tarix yazdığın,
Şəkillər içindən kəsib asdığın,
O şəklin həniri hopmuş yastığın -
Ətrin duymaq üçün qucaqla, ağla.

Özündən uzaq tut qəmi, xiffəti
Unut ayrılığa olan nifrəti.
Dəfn elə biryolluq sən, Əbülfəti,
Onun yandırdığı ocaqda ağla.

Məndən qaçmırsan sən, aldatma özünü, özündən qaçırsan. Çünki mən artıq sən olmuşam. Artıq biz varıq! Sən ayrılıqda "sən" deyilsən, mən ayrılıqda "mən". İndi daha "biz" də ola bilmirik. Çünki gedirsən. Bu gedişinlə məni də, səni də ikiyə böldüyünün, məhv etdiyinin fərqində deyilmisən? Bu isə yarımcan olmaqdı, nəfəs ala bilməməkdi, getmə!
Səni güclü edən bu sevgi deyildimi? Bu gediş gücünü, taqətini almırmı? Yaşın neçə olursa olsun, həyatın harasında olursan ol, vacib deyil, sevgini hiss etdiyin an güclüsən. Gücünü itirmə, getmə!.. Hər kəs anlar sevdiyinin qiymətini. Amma gedəndən sonra, bitəndən sonra, öləndən sonra, qısaca iş işdən keçəndən sonra...

Fəridə RƏHİMLİ
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK