ANA SƏHİFƏ / YAZARLAR

YURD YERİ...

22624    |   2013-11-16 11:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... O yaşıl ormanlı dağlara baxanda ürəyi o qədər sakitləşirdi ki, sanki dünyanı ona verirdilər. Bu yaşıl ormanlar, yaşıl meşələr, bumbuz bulaqlar onun məskəni olmuşdu. Ayaqyalın, başıaçıq o qədər bu yerlərdə o yan-bu yana qaçmışdı ki, hər yerdə onun ləpirləri, izləri vardı... Düşünürdü ki, bu yerlər, bu ormanlar, bu bumbuz bulaqlar, bu meşələr həmişə onun ayaq döydüyü, gəzdiyi məkan olacaq...
...Əyilib bumbuz bulaqdan bir ovuc su içdi. Sonra da ovcunu doldurub üz-gözünü yudu. Fikirləşdi ki, bəlkə də bir də bu yerlərə ayaq basmayacaq. Amma həmin anları fikirləşəndə az qalırdı ürəyi partlasın...
- Dədə, bir az əlli ol! Gec tərpənsək, ermənilər bizi yaxalaya bilər. - Bu, İsrafil kişinin oğlu Qasımın səsi idi. Qasım ha çalışırdı ki, dədəsini bir göz qırpımında həmin yerdən uzaqlaşdırsın...
Dədəsi İsrafil kişi isə sonuncu dəfə doyunca ayaq basdığı, böyüyüb boya-başa çatdığı kənd yollarına baxmaq istəyirdi... Sonuncu dəfə onu boya-başa çatdıran bu elin, bu obanın torpağının hər qarışından öpmək istəyirdi... Sonuncu dəfə dizin-dizin sürünüb, dizin-dizin iməkləyib başını bu torpağa qoymaq istəyirdi...
...Yanlarına düşən mərminin qəlpələri xoşbəxtlikdən onların heç birinə dəymədi. Qəlpələr yaxınlıqdakı iri palıd ağacının gövdəsini tutdu. İsrafil kişi başını qaldıranda gördü ki, iri palıd ağacının hər tərəfi dermə-deşik olub. Hiss etdi ki, bu həna o hənadan deyil; ya ölüb bu torpaqda qalmalıdı, ya da oğlunun sözünə qulaq asıb "UAZ"a minərək yurd yerindən çıxmalıdılar...
... Torpaq əldən gedirdisə, yurd yeri erməni işğalçıların ayağı altında qalırdısa, onun gözünə nə qoyun-quzu, nə evdəki xal-xalça, nə də qır-qızıl görünürdü. Onun gözünə görünən o idi ki, kəndi qoyub çıxırlar və kəndi qoyub çıxmaqdan ağır dərd yox idi...
"UAZ" kəndin palçıqlı yolunu yara-yara üzü Füzuliyə doğru istiqamət götürürdü. Hələ Füzulidə sakitlik idi... Hələ orda bir kənd də işğal olunmamışdı... Hələ orda insanlar şirin günlərini yaşayırdılar... Arxada qalan isə İsrafil kişinin dədə-baba yurdu idi. Laçının hər qarış torpağına, hər cığırına, izinə, yoluna bələd idi. Ürəyi ağzından çıxırdı: arxada qalan təkcə kəndləri-kəsəkləri, ormanları deyil, həm də ürəyi idi. İsrafil kişi fikirləşirdi ki, babalarının və əzizlərinin qəbrini qoyub çıxmaq kişilikdən deyil. Amma erməniyə əsir düşmək də mərdlik hesab olunmurdu.
... Maşın bir xeyli gedəndən sonra dayandı. İsrafil kişi əsəbi halda oğluna baxdı:
- Nooldu, a Qasım, maşın yerindən tərpənmir?
Qasımın maşını çox nadir halda yaxşı işləyərdi. Köhnə "UAZ"ın orasına-burasına əl gəzdirib döyəcləyər, sonra da çətinliklə mühərriki işə salardı. Bu dəfə də maşının "xəstəliyi" tutmuşdu. O, cəld yerə düşüb əlindəki dəmirlə maşının altını döyəclədi və bundan sonra mühərrik işə düşdü. Vaxt itirmədən sükan arxasına keçib yenidən yoluna davam etdi.
... Qorxulu yerləri keçmişdilər. Maşın gəlib Füzulinin Arazboyu kəndlərindən birinə çatdı. İsrafil kişi bir qədər özünü sakit hiss elədi. Çünki dünyanın yaxşı vaxtında onlar Horadizə gələr, ordan bazarlıq eləyər və Laçına qayıdardılar. Həmin günləri yada salanda yenidən gözləri doldu. Dəsmalını cibindən çıxarıb gözlərinin yaşını sildi...
Bir müddət Bəhmənlidə qaldılar. Kənddə hamı onlara arxa durdu, sahib çıxdı. Hətta İsrafil kişi elə bilirdi ki, elə Bəhmənli də Laçın kimi bir yerdi - ora da Qarabağdı, bura da. İsrafil kişi hiss edirdi ki, bir az toxtayıb. Çiynindən ağır yük götürülüb. Oğlu nə illah eləsə də, Bəhmənlidən bir addım qabağa getmədi. Dedi ki, ölsəm də, qalsam da, elə burda özümə yer tapacam. Özünə yer tapdı da. Az bir vaxtda camaata elə qaynayıb qarışdılar ki, onların qərib olduğunu heç kim hiss eləmirdi. Hətta kəndin xeyrinə-şərinə getməkdən belə usanmırdı.
İsrafil kişinin bir qəlyanı vardı. Qəlyanı isə hər adam çəkmirdi. O, qəlyana Laçından gətirdiyi tənbəkini doldurar, sonra kibritlə tənbəkini yandırar, qullab vurardı. Qullabı da elə vurardı ki, sanki qəlyan yox, dərd çəkirdi. Hamı da yaxşı bilirdi ki, İsrafil kişinin qəlyanı heç kiminkinə oxşamır. Heç kənddə qəlyan çəkən də yox idi. Köhnə kişilərdən bir-iki nəfər qəlyan çəkərdi. Onlar da son vaxtlar nəsə qəlyandan uzaqlaşmışdılar. İsrafil kişinin də dostları elə köhnə kişilər idi. Köhnə kişilər dərdi də bir yerdə çəkərdilər, sevinci də bir yerdə bölərdilər...
... Günlərin bir günündə kəndə xəbər yayıldı ki, Laçından Bəhmənliyə gələn İsrafil kişi bərk xəstələnib. Özü də qızdırması 41 dərəcəyə çatıb. Bu kəndin adamları da həmişə qonaq-qaranı əziz tutub və çətin gündə ona əl atıb. İsrafil kişi də az müddətdə kənd camaatına necə qaynayıb-qarışmışdısa, sanki elə bilirdin elə anadan Bəhmənlidə doğulub. Birinci ona baş çəkən Hidayət həkim oldu. Gəlib baxdı və dedi ki, bu dərmanları təcili tapın və İsrafil kişiyə verin. Sonra Mənsum həkim gəldi. Mənsum həkim də Hidayət həkimin dediklərini yazdı. Bir müddətdən sonra Əhməd həkim xəstəyə baş çəkdi. Məlum oldu ki, İsrafil kişinin vəziyyəti o qədər də yaxşı deyil...
... Rəngi ağappaq olmuşdu, əlləri və ayaqları əsirdi... temperaturu isə neçə gün idi enmək bilmirdi... dodaqları susuzluqdan quruyurdu. Hıqqana-hıqqana 60 il bir yastığa baş qoyduğu Nabat arvadı səslədi:
- Ay arvad, tay ölürəm, son nəfəsimdi...
Nabat arvadın gözləri doldu. Çünki İsrafil kişi heç vaxt belə ümidsiz olmamışdı. Ən ümidsiz vaxtında Nabat arvada demişdi ki, Əzrayıl mənə yaxın dura bilməz! Amma bu dəfə deyəsən, Əzrayıl onun lap iki addımlığındaydı.
Nabat arvad:
- A kişi, bizi bu qürbət eləd qoyub hara gedirsən? Bəs demirsən Nabat, oğlun Qasım, qızın Südabə hansı çətinliklər yaşayar?
İsrafil kişi gücünü toplayıb bir təhər yastığa dirsəkləndi və sonra da dilləndi:
- Ay rəhmətliyin qızı, niyə qürbət eldə oluruq?! Elə Bəhmənli də bizim vətənimizdi. Görmürsən, torpağımız da, suyumuz da, ağaclarımız da, adamlarımız da bir-birinə oxşayır. Mən özümiü qərib yerdə hiss eləmirəm. Kəndin üç həkimi mənə baş çəkib. Şükür Allahın məsləhətinə, siz də yanımdasınız. Əgər Allah-Təala canımı alacaqsa, ona da şükür.
Birdən qapı döyüldü. Nübar arvad əlində bir qarpız içəri girdi və dedi:
- Bu qarpızı İsrafil qağama gətirmişəm. Kəsin, görün necə dadlıdı?! Bəlkə də qızdırmanı elə bu qarpız sala.
... Qarpızı kəsdilər, bir dilim də İsrafil kişiyə uzatdılar. O, istədi imtina eləsin və qarpızın dilimini əlinə götürməsin. Amma içərisi od tutub yanırdı. Qarpızı əlinə götürdü və yavaş-yavaş dişinə çəkdi. Dilimi axıra qədər yedi. Sonra da sakitcə yerinə uzandı və gözlərini əbədi yumdu...
İsrafil kişini Bəhmənlinin qəbiristanlığında dəfn elədilər. Çünki rəhmətə getməmişdən qabaq oğlu Qasıma vəsiyyət eləmişdi ki, elə məni Bəhmənlidə dəfn eləyərsiniz. Çünki o qəbiristanlığın yanından üzü Laçına yol gedir. İsrafil kişi də fikirləşirdi ki, nə vaxtsa o yenidən Laçına gedəcək... Nə vaxtsa yenidən Laçının ormanlarında, meşələrində, buz bulaqlarında sərinləyəcək... Nə vaxtsa arzuları çin olacaq...
Oğlu Qasım atasının dəfnindən sonra bərk kövrəlmişdi. Hətta atasını dəfn edən zaman hönkür-hönkür ağlamışdı. Amma ürəyində bir ümid var idi ki, yurd yerinə nə vaxtsa dönəcəklər. Onda İsrafil kişinin ruhu da, qəlbi də yenidən o yurda qayıdacaq...
...Birdən xəbər yayıldı ki, camaat Füzulidən keçib Laçına tərəf gedir. Qasımın sevincdən gözləri doldu. Gördü ki, arxasınca anası Nabat arvad, böyük qardaşı Kazım, bacısı Südabə gəlir... Sonra da gördü ki, arxasınca Azərbaycan bayrağını yuxarı qaldıran çoxlu sayda insanlar addımlayır. Qabaqda isə Azərbaycan əsgəri, Azərbaycan ordusu və qeyrətli döyüşçülər gedir. Qarşıda onları Laçının uca dağları, ormanları, sıx meşələri və bir də buz bulaqları gözləyir...

Faiq QİSMƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK