hacklink Adalet.az | QURDLA QİYAMƏTƏ QALSAM... Adalet.az | QURDLA QİYAMƏTƏ QALSAM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

QURDLA QİYAMƏTƏ QALSAM...

30907    |   2013-11-09 07:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ad günümdə birisi mənə dua elədi:
- Səni görüm dünya durduqca durasan...
Mən də zarafatla:
- Qurdnan qiyamətə qalım, deyirsən?!.
Eşidənlərin dodağı qaçsa da, mənim qəlbimi sirrini anlamadığım bir qüssə bürüdü. Nə olmuşdu ki?! Hər gün dediyimiz, eşitdiyimiz yüzlərlə cümlədən biri ünvanlanmışdı mənə. Yüz illər, min illərdi insanlar bir-birinə buna bənzər alqışlar edirlər. Bilə-bilə ki, bu dedikləri məntiqsizdi, mümkün olan şey deyil. Bir anlığa deyənin də, eşidənin də üz gülür. Çox qısa bir anda ömrün acıları, itkiləri unudulur, xoş aldanışdan damarlarda qan durulur, baxışlar da dəyişib mülayimləşir. Çox tez keçir amma. Keçir və gerçəklik bütün sərtliyi, dəyişilməzliyilə göz önündə dayanır...
Heç bir zaman həyata keçməyəcək istəyin belə inamla dilə gətirilməsində nə hikmət var, görəsən?! Niyə insanın içində daimi bir Ölməzlik yanğısı yaşayır? Bilə-bilə ki, səni xəlq edən o Fövqəlqüvvə verdiklərini yavaş-yavaş əlindən alır, sona hazırlayır, bununla belə barışmaz bir duyğu təslim olmamağa çağırır adamı. Saçlarının qarası, gözlərinin nuru, qamətinin, yerişinin şuxluğu, yaddaşının itiliyi zaman-zaman səni tərk edir. İtirdiklərinin yerini də yaşamaq həsrəti tutur sanki...
"Dünyadan doyulmaz" demişlər bizdən qat-qat ağıllı, həm də ömrün çeşidli acılarını, taleyin üzüdönüklüyünü görənlər. Çox səmimi etirafdı. Həm də elə dəqiq və dolğundu ki, bundan yaxşısını ağıla gətirmək belə mümkün deyil. Səməd Vurğunun "Vaqif" pyesindən Vaqiflə Vidadinin deyişməsi yada düşür:

Toy-bayramdır bu dünyanın əzabı,
Ağlı olan ona gətirər tabı.

Nə varsa, bu dünyadadı. Bizə məlum olan və olmayan gözəllikləri, sirləri ilə möhtəşəm və tərifə gəlməyəndi yaşadığımız aləm. Ölümdən o yana nələr olacağını kimsə bilməz. Məchulluq və anlaşılmazlıq... Düşünməyin özü belə vahimə gətirir...
Bütün qaranlıq gecələr nurlu sabahlarla təzələnir. Ancaq... gecələri gündüzdən də işıqlı, məzmunlu, ya da əksinə, gündüzləri zülmət gecələrdən də qaranlıq, əzablı ömür, tale yaşayanlar var bu dünyada. Bu geniş dünyada bir isti yuva, sığınacaq tapmayanlar, bu boyda Kainatda boğulanlar var sağımızda, solumuzda. Belələrini necə inandırasan dünyanın doyulmazlığına. Sifətlərindəki istehza düşündüyünə, dediyinə də peşman edər səni. Belələri bu doyulmaz dünyadan daha doyulmaz, əziz olanlarını itirmişlərdi. Dünya yalnız o itirdikləri ilə gözəlmiş, yaşamalıymış, ancaq onların xatirinə hər cür sıxıntılara dözməyinə dəyərmiş...
Ömür var dadlıdı, dolğundu, məzmunludu. Sevgiynən, istiynən, nəvazişnən doludu. Ömür də var ancaq bu sayılanların gözləntisi, həsrəti ilə keçir günləri, ayları, illəri. Taleləri üz-üzə qoymaq istəməzdim. Ancaq... insan bir dəfə doğulur. Və hamının haqqı var bu işıqlı dünyadan gözü doyunca pay götürməyə...
Götürə bilirikmi?!
Bilmirik, yoxsa, qoymurlar?!.
Elə ikisi də var...

***
Nahaq zarafata saldım. Bu dünyanın özü boyda ağrı vardı o alqışda. O qədər çeşidli xəyallara saldı ki, məni... Fikirlərimi yığıb-yığışdıra bilmirəm. Mövlud Süleymanlının "Köç" romanındakı ölmək bilməyən qarını xatırlayıram. Zaman dəyişir, nəsillər bir-birini əvəz edir, ancaq qarı ölmək bilmir ki, bilmir. Bu qədər yaşamaqdan özü də bezib, başqaları da. Doğrudanmı, qarı ölmək istəyir?! Bu işıqlı dünyadan necə bezmək olar?! Yaşa dolduqca anlamağa başladım: qarının dünyası ölmüşdü artıq. Onu tanıyanlarla və onun tanıdıqlarıynan birlikdə ölmüşdü. Adamsız, bomboş dünya nəyinə gərəkdi? Yeni dünyanın adamları ona yad idilər. Ömrü dadını, tamını itirmişdi...
Yad zəmanə ölüm qorxusunu öldürmüşdü qarının...
Görəsən, üç yüz ilə, beş yüz ilə ömür deməyən Tibet kahinləri nə düşünürdülər?! Onları mağaralarda, dağ zirvələrində yaşamağa vadar edən də bəlkə elə zəmanələrini, yaxınlarını itirmək qorxusuydu. Tənha qalmaq qorxusundan qaçıb tənhalığa qovuşmaqla ovunublar bəlkə...
Kim nə deyirsə-desin, əzizlərini itirmək qorxusu və yaşamaq həvəsi qədər bir-biriynən mübarizə edən iki duyğu yoxdu...

***
Ağlım kəsəndən ölüm haqqında söhbətlərdən qorxmuşam. Böyüklərin bu dəhşətli olacaqdan sakit-sakit, soyuqqanlılıqla danışmaları dəli edirdi məni...
Birinci kursun axırında "Azərbaycan müəllimi" qəzetində təcrübə keçirdik. Qəzetin nisbətən yaşlı iki əməkdaşının təsadüfən şahidi olduğum söhbəti yadıma düşəndə bu yaşımda da canımı üşütmə alır. Yayın istisində otaqdan qanı donmuş halda çıxmışdım. Qəzetin redaksiyası Hökumət evinin 9-cu mərtəbəsində (əgər düz xatırlayıramsa) yerləşirdi. Binanın damına rahatca çıxmaq olurdu. Günün isti vaxtıydı. Şəhər əl içi kimi görünürdü. Hamının kölgəyə çəkildiyi bir vaxtda qəbir soyuqluğu yaradan söhbətdən sonra işığın və istinin yaratdığı xoş duyğunu indi də təsvir eləməyə söz tapmıram...
Uşaqlıqda anamı itirməkdən qorxurdum. Oxuduğum kitablarda, baxdığım filmlərdə, elə kəndimizin özündə anadan yetim qalan uşaqların taleyi, böyüklərin onların halına acımaları, qadınların ağı deyib oxşamaları ürəyimi qana döndərirdi. Bir gün özümün də anasız qala biləcəyimi düşünüb gecələr yerimin içində gizli-gizli ağlayırdım...
Sonralar da çox yaxınlarımı itirdim... Hər dəfə də sanki Günəşin istisi azalır, dünyanın rəngləri solub saralırdı. Günlərin birində isə bütün itkiləri və dünyanın bütün gözəlliklərini gözümdə heçə endirən bir faciə yaşadım...
Bundan sonrası daha danışmaqdan keçib...
Bu ovqatla heç qurd da yoldaşlıq eləməz mənə...
Tez-tez təsəlli verirlər: həyat davam edir. Təbii, edəcək. Ancaq mənim gözümdə dəyişmiş şəkildə. Dünən zövq aldığım şeylər bu gün əzaba çevrilib məndən ötrü... Bəlkə elə bir qüvvə var ki, həyatı belə şiddətlə sevməyimi, gözəlliklərdən aşırı zövq almağımı qısqandı. Və bir gün əlimdən aldı. İndi yaşa, dedi, dadsız, məzmunsuz bir ömür yaşa. Gördünmü etibarını dünyanın, heyranlığını sonadək saxlaya biləcəksənmi?!
Saxladım...
Çünki mən nə birinciyəm, nə də axırıncı...
Dünya isə əbədi və cözəldi...
Doyulmazdı...

***
Əksər teleserialların xoşbəxt sonluqla bitməsinə çoxdan inandırıblar tamaşaçını. İzləyici rahat nəfəs alır, yəni hər şey yaxşılıqla bitdi. Hər ömürdə neçə-neçə seriallara sığacaq olaylar yaşanır, ancaq bütün ömürlər xoş sonluğa qovuşmur. Ekran qəhrəmanlarının da taleyi həmçinin. İnandırıcı deyil sona qalan bir nəfərin və ya cütlüyün bunca acılardan, itkilərdən və faciələrdən sonra ortalıqda qalıb özünü xoşbəxt hiss eləməsi...
Bəxtəvərlik duyğusu bu qədər bəsit deyil, axı...

***
Dünya durduqca yaşamaq istəyi elə istək olaraq qalacaq...
(Dünyanın sonunu görmək yəqin ki, maraqlı olardı...)
Deyirlər, gün gələcək, insanlar əbədi yaşamağın sirrini tapacaqlar. Deməli, hamı o qarının gününə düşəcək...
Görəsən, qibtə eləməyə dəyərmi?!.

Vəsilə USUBOVA
vasila-usubova@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK