ANA SƏHİFƏ / YAZARLAR

ÜZÜK

23818    |   2012-12-07 23:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Gözlərinə inanmadı. Amma hiss edirdi ki, qarşısına çıxdığı bu gözəl qızı nə vaxtsa yuxusunda görüb. Yuxusunda görmüşdü ki, ortaboylu, qarasaç bir qızla tanış olur. Sonra da qız ona dönüb baxır, gülüb gedir...

Fikirləşirdi ki, elə qarşısına çıxdığı qız yuxuda gördüyü qızdı. Özü də bu qız çox uzaqda deyil, onların kirayənişin yaşadığı həyətdə olur. Qız bir qədər duruxdu. Oğlansa onun sakit hərəkətlərinə diqqət yetirir və qızın çöhrəsinə baxırdı. Qızın çöhrəsində isə çox şirin və ilıq bir təbəssüm vardı. Oğlanın adı Rafiq, qızın adı isə Nisə idi. Hər ikisi Azərbaycan Dövlət Universitetində oxuyurdu; qız filologiya, oğlan isə hüquq fakültəsində təhsil alırdı.

Elə bayaqdan gözləri qızın çöhrəsinə dikilmişdi. O, şirin və ilıq təbəssüm Rafiqin ürəyinin sarı siminə toxunmuşdu. Qız bir addım yeriyib ayağını saxladı. Sonra da dilləndi:

- Bizim həyətə deyəsən, təzə köçmüsünüz?

Oğlan:

- 10 gündür.

- Amma mən sizi universitetdə görmüşəm, - bu sözləri Nisə dedi. Sonra da baxışlarını yerə zilləyib susdu. Bəlkə də oğlandan bir cavab gözləyirdi.

Rafiq bir qədər duruxub dedi:

- Mən də sizi filologiya fakültəsində görmüşəm. Şəkliniz də "Şərəf lövhəsi"ndədir.

- Onsuz da mən orta məktəbi də qızıl medalla bitirmişəm. Qəbulda bir imtahan vermişəm, ondan da "5" almışam.

Rafiq qızın danışıqlarını çox böyük maraqla dinləyirdi. Özünü o yerə qoymayıb dedi:

- Mən də orta məktəbi "əla" qiymətlərlə qutarmışam. Attestatımda bir "4"-üm də olmayıb. Sadəcə olaraq, atam varlı adam olduğu üçün mənə qızıl medal vermədilər. Heç atam da qızıl medalı mənə almaq istəmirdi. Deyirdi, lap pul verib qızıl medal alaram, amma mənim savadıma, biliyimə və bacarığıma inanırdı. Mən də qəbul imtahanı zamanı 4 imtahanın üçündən "5" qiymət, birindən isə "4" alıb hüquq fakültəsinə qəbul olmuşam.

Hər ikisi ilk söhbətdən və tanışlıqdan məmnun qalmışdı. İkisinin də savadı, düşüncəsi və həyat tərzi hardasa bir-birinə çox yaxın idi. Bu yaxınlıq onları birləşdirə bilərdi, amma onları ayıran şeylər də vardı.

Qapının ağzında çox danışmaq olmazdı. Çünki "Sovetski" deyilən yerdə qızla oğlanın söhbət eləməsi, bir yerdə getməsi və zarafatlaşması heç cürə qəbul edilməzdi. Bunu həm oğlan yaxşı bilirdi, həm də qız. Sadəcə olaraq, onlar qapının ağzında bir neçə dəqiqə ləngidilər. Qız həyətə girib, ikinci mərtəbəyə qalxdı, oğlansa birinci mərtəbədə kirayələdiyi mənzilə girdi...

Özləri də bilmədən bir-birinin qarşısına tez-tez çıxırdı. Çıxanda da gözləri bir-birinə sataşır və qeyri-adi baxışları onları bir-birinə cəlb edirdi. Hər ikisi hiss edirdi ki, bu baxış adi baxış deyil.

Elə oldu ki, bir gün universitetdə keçirilən tədbirdə hər ikisi yenidən görüşdü. Amma bu dəfə ilk görüşdən fərqli olaraq, həm Nisənin, həm də Rafiqin dili açıldı, əlləri bir-biribə toxundu. Əlləri bir-birinə dəyəndə elə bil ki, Rafiqin gözlərində ildırım çaxdı. Daxilinə, varlığına və ürəyinə bir ilğım, bir qeyri-adi enerji axdı. Tədbirin sona çatmasını gözləyirdilər. Daha doğrusu, hər ikisi bu cansıxıcı tədbirin uzanmasından lap bezmişdi.

Tədbir gec çəksə də axır ki, başa çatdı.

Rafiq:

- İcazə versəydin, səni o biri binaya taksi ilə aparardım.

Nisə:

- Yox, qardaşıma xəbər çatdırarlar ki, mən başqa bir oğlanla taksiyə minib harasa getmişəm. Qardaşım bilsə, başımı kəsər. Elə yaxşısı budur avtobusa minək və köhnə binaya qayıdaq.

Onlar avtobusa mindilər və köhnə binaya qayıtdılar: qız filologiya fakültəsinə, oğlansa hüquq fakültəsinə doğru addımladı.

Qış təzə girsə də, hava çox soyuq idi. Bakının sərt küləyi isə şaxtalı havanı daha da sərtləşdirir və şaxta adamı qılınc kimi kəsirdi. Dərs başa çatmışdı. Oğlan tində durub Nisəni gözləyirdi. Nisə də tələbə yoldaşlarından ayrılıb üzü "Sovetski" məhləsinə doğru getdi. Rafiq isə onu çox aralanmağa qoymadı. Tezliklə özünü Nisəyə çatdırdı. Rafiq paltosunun yuxarı hissəsini qaldırmışdı ki, külək onu vurmasın. Çünki bir neçə gün əvvəl bərk soyuqlamışdı. Bir müddət heç birisi dillənmədi. Axırda Nisə dedi:

- Rafiq, dərsdən qayıdanda mənim yanımda çox görünmə. Çünki bilirsən də, buranın camaatı çox sözbazdır və məhlənin uşaqları da qardaşım Cabiri yaxşı tanıyır, ona çatdırarlar, sonra da aləm bir-birinə dəyər.

Nisənini qardaşı Cabir müəllim texnikumlardan birində direktor müavini işləyirdi. Özü də yaxşı hörməti vardı. Qəşəng də tar çalırdı. Amma buna baxmayaraq, onun bir gözü bacısının üstündə idi. Çünki evdən belə tapşırmışdılar ki, qız uşağını nəzarətsiz buraxmasın. Hətta Cabir müəllim tez-tez universitetə gedər, bacısı ilə maraqlanardı.

Davamlı olaraq bir-biri ilə görüşürdülər. Hər görüşdə bir qədər doğmalaşır və bir qədər də yaxınlaşırdılar. İlk görüşdə danışanda dodaqları səyriyən Rafiq artıq Nisəyə o qədər öyrəşmişdi ki, bir gün onu görməyəndə özünə yer tapa bilmirdi. Hətta üç-dörd günlüyə kəndə gedəndə elə bil ki, bu üç-dörd gün onun üçün bir il qədər vaxt idi. Ona görə də son vaxtlar heç kəndə də getmək istəmirdi.

Artıq qız 5-ci kursda oxuyurdu, Rafiq isə 3-cü kursa gedirdi. Hər ikisi əhdi-peyman eləmişdi. Qız demişdi ki, bizi ancaq ölüm ayıra bilər, amma onları ölüm yox, çox imkanlı və varlı bir oğlanını qıza gözü düşməsi ayırdı. Qış imtahan-sessiyasından sonra Rafiq Nisəni bir neçə ay görmədi. Hətta günlərin bir günündə onlar yaşadıqları Sovet küçəsindən köçdülər. Onlar köçəndə sanki Rafiqin sevgi dünyası alt-üst oldu. Artıq Rafiq bilmirdi ki, onlar hara köçüb və harda yaşayırlar. Bircə köç aparan maşınının sürücüsünə qızın xalası oğlunun dediyi söz yadında qalmışdı: "Maşını şestoy paralelniyə sür!". Bundan savayı, day onun yadında heç nə qalmamışdıi.

Sən demə, qızın yaxın qohumu və kəndlisi, imkanlı biznesmen olan bir oğlan onlara elçi göndəribmiş və qızın da atasının razılığını alıbmış.

Nisə qış imtahan sessiyasından sonra gec qayıtdı. Elə oldu ki, Rafiqlə o filologiya fakültəsinin pilləkənlərində rastlaşdı. Rafiqin gözü onunu barmağındakı nişan üzüyünə sataşdı. O üzük sanki bir anlıq əfi ilan olub yapışdı onun boğazından. Qıza bir söz demək istəsə də dili söz tutmadı və gözləri doldu. Qız onun gözlərinin dolduğunu görüb, Rafiqi bir qədər sakitləşdirdi:

- Mən özüm də istəmirdim, atam zor gücünə məni bir pullu oğlana verib. Bu nişan üzüyü də onundur. Heç ürəyim də istəmir. Amma atamdan keçə bilmirəm. Çünki atam xəstə adamdı, etiraz edərəm, ürəyi partlayar...

Rafiqin gözləri yenidən doldu və ha istədi ki, qız göz yaşlarını görməsin, ancaq özündən asılı olmayaraq, o göz yaşları gözlərindən yanaqlarına doğru axırdı. Rafiq dilləndi:

- Mənim sənə heç bir sözüm yoxdur. Yəqin şair Vaqif Bəhmənlinin "Üzük" şeirini oxumusan. Bu şeir həm mənim, həm də sənin həyat rəmzindir. Qoy bir-iki bənd deyim, ürəyim sakitləşsin:

Köçdüm gözlərinə günün birində,

Varlığım qəlbində durmadımı bəs?!

Sənin o nişanlın bəbəklərində,

Mənim nişanəmi görmədimi bəs?!

Qız bu misaraları eşidəndən sonra hönkür-hönkür ağladı. Rafiq sənə qurban olum, mənim ürəyimi, qəlbimi tarı-mar eləmə. Bir Allah bilir ki, mən səni nə qədər çox sevirəm. Amma gərək səninlə ailə qursaydım atamı itirməli idim. Atamınsa sözünü heç vaxt yerə salmamışıq...

Qar yağırdı. Ağappaq yağan qarın bu sevgidən, bu həsrətdən və bu kədərdən xəbəri yox idi. Qız pilləkənlə üzü aşağı düşüb bayıra çıxdı və bir neçə addım irəlilədi. Rafiq isə arxadan gəlirdi. Qız getdikcə, geriyə boylanır, Rafiq isə donub yerində qalmışdı. Elə bil ki, ağappaq yağan qar və qışın şaxtası onu ayaqlarından yerə mıxlamışdı. Bakını ağ örpəyə bürünən qarında qız gözdən itdi.

İllər ötdü, həm Nisə, həm də Rafiq ailə qurmuşdu. Hər ikisi başqa-başqa insanlarla talelərini bağlamışdılar. Artıq Rafiq hüquq fakültəsini bitirib, rayonlardan birində prokuror işləyirdi. İlk sevgisi də yaddan çıxmışdı, qarlı və şaxtalı günlər də. Birdən köməkçi otağa keçib prokurora dedi:

- Sizin yanınıza bir qadın gəlmək istəyir. Deyir ki, Rafiq müəllimlə tələbə yoldaşı olmuşuq, oğlu da bu ərazidə maşınla qəza törədərək adam vurub. Oğlumu milisə aparıblar, özümsə ərimlə onun yanına köməyə gəlmişik.

Prokuror bir qədər fikrə daldı. Fikirləşdi ki, yəqin bu elə həmin xanım olacaq. Amma həmin xanımın olacağına bir o qədər inamı yox idi. Dedi ki, yəqin hüquq fakültəsini mənimlə bitirən qızlardan biri gəlib.

Prokuror:

- Buraxın gəlsin!..

Qadın qəbul otağına gəldi və birbaşa prokurorun otağına keçdi. Prokuror isə başının qaldırmadan sənədlərə baxıb nəsə düzəliş eləyirdi.

Xanım:

- Rafiq müəllim, sizi xoş gördük!..

Prokuror başın qaldıranda gözlərinə inanmadı. Səs ona çox doğma gəldi və 40 il bundan əvvəl eşitdiyi doğma səs idi. Başını qaldıranda gördü ki, ona salam verən xanım Nisədi.

Prokuror, kreslodan qalxıb irəli yeridi və dilləndi:

- Xanım, xoş gəlmisiniz. Heç mənim ağlıma gəlməzdi ki, tələbə yoldaşı deyəndə siz olarsınız. Amma adamın ağlına gəlməyən bəzən, başına gəlir.

Nisə prokurorun isti münasibətindən özünü rahat hiss elədi və dilləndi:

- Bura gəlməkdə məqsədim sizdən kömək istəməkdi. Oğlum maşınla keçəndə bir piyadanı vurub, sonra da onu götürüb xəstəxanaya aparıb. Xoşbəxtlikdən piyadaya bir şey olmayıb.

Prokuror:

- Hadisədən xəbərim var. Oğlunuz piyadanı vurandan sonra, ona kömək göstərib və bu da onun əməllərini yüngülləşdirib. Narahat olmayın, oğlunuz indi milis şöbəsindədi. Heç zərərçəkən tərəf də elə bir şikayət eləmir. Müəyyən istintaq hərəkətləri aparılıb və məlum olub ki, piyadanın günahı üzündən hadisə baş verib.

Prokurorun belə səmimi danışması Nisəni çox sevindirdi. Fikirləşdi ki, o əhdinə dönük çıxsa da, prokuror çox saf adamdı. Tələbəlik illərində olduğu kimi, səmimi, savadlı və iradəli insandı.

Prokuror irəli yeriyib Nisəyə dedi:

- Bu dəqiqə zəng edərəm, uşağı bura gətirərlər. Elə burdan da uşağı götürüb evinizə gedərsiniz.

Birdən prokurora zəng gəldi. Zəng eləyən də onun balaca qızı Almaz idi:

- Ata, bu gün mənim ad günümdür. Mənə nə almısan? Özü də evə axşam tez gələrsən ha?!

Prokuror "yaxşı qızım" - deyib, dəstəyi yerinə qoydu. Sonra da üzündə ilıq bir təbəssüm yarandı. Nisə bu təbəssümü isə 40 il bundan əvvəl görmüşdü. Görmüşdü kü, bu adam çox sadə, çox səmimi oğlan idi. Amma hər şey keçmişdə qalmışdı. İlk məhəbbət də, ilk təbəssüm də...

Onların yolu çoxdan ayrılmışdı. Elə bəlkə də bu yolun ayrılması daha yaxşı idi. Çünki Rafiq çox gözəl bir ailə qurmuşdu və çox gözəl də övladlar böyütmüşdü. Nisə onun kabinetindən çıxanda özü də bilmirdi ki, nə eləsin. Bir onu bilirdi ki, gəncliyində elədiyi səhvi və yanlış addımı heç vaxt düzəldə bilməyəcək.

Bayırda isə müğənninin oxuduğu "Ayrılıq" mahnısı səslənirdi. Bu mahnını eşidəndə Nisənin gözləri doldu və maşına əyləşəndə hönkür-hönkür ağladı. Elə bilirdilər ki, oğlu üçün ağlayır. Amma artıq oğlu da azad olunmuşdu və onları gözləyirdi.

... Maşın milis şöbəsinə tərəf irəliləyirdi. Oğlu yolun kənarında dayanıb, onları gözləyirdi. Uşaq sevinclə maşına əyləşib "məni buraxdılar" - dedi. Bu sözləri eşidəndən sonra Nisənin həyat yoldaşının çiynindən elə bir ağır bir yük götürüldü. Uşaq maşının arxa salonunda əyləşdi və avtomobil bir göz qırpımında milis şöbəsindən uzaqlaşdı...

FAİQ QİSMƏTOĞLU

[email protected]




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK