Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Oqtay Salamovun alın yazısı və yazısı Adalet.az | Oqtay Salamovun alın yazısı və yazısı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Oqtay Salamovun alın yazısı və yazısı

75640    |   2012-12-07 23:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oqtay Salamov "Ədalət"dəki bütün dostları kimi məni də çətin durumda buraxdı.

Tofiq Abdin məni lap çətin vəziyyətdə qoydu. Tofiq abinin Oqtay Salamova həsr etdiyi silsilə yazıdan sonra nəsə təzə söz demək ağırdı. Oqtay Salamovun ailəsindən, əzizlərindən, dostlarından, oxucularından həmişəlik ayrılması kimi ağır.

Tanrı Oqtay Salamov üçün fərqli bir alın yazısı yazmışdı. Ali məktəbdə tələbələrə dərs deməyi qəzetdə oxucuları ilə həmsöhbət olmağa dəyişən Oqtay bəy də başqa cür yazırdı. Fərqli üslub, özünəməxsus manevrlər... Daimi oxucuları bu fikrimi təsdiqləyərlər ki, onun üçün nədən yazmaq problem deyildi. Necə yazmağı da heç vaxt problem saymırdı. Çünki Oqtay müəllim necə yazmağı gözəl bacarırdı.

Bunu detallı aydınlaşdırmaq üçün necə deyərlər dağa-daşa düşməyə ehtiyac yoxdu. "Ədalət"in masamın üstündəki bəzi saylarını vərəqləmək, qəzetin internet versiyasında Oqtay Salamovun yazılarına göz atmaq kifayətdi. "Həyat zırıltı şeydi", "Avqust macəraları", "Fobiya", "Bizdə də var, olub, olacaq", "Qarımışlar", "Bəd yuxy", "Tire"...

Üç nöqtəni qoyaq bir kənara. Elə "Tire"dən başlayaq: "Şair Əli Əkbər bəlkə də yeganə adamdır ki, özünü əclaf sayır. Tənqidçilər deyirlər ki, o da orijinallıq naminə belə deyir, amma özünü əclaf-zad saymır. Heç mən də saymıram. Amma güzgüdə özümə baxanda tanıdığım yaxşı adamlar arasında da, ən əclaflar arasında da fərqlənmədiyimi görürəm. Qəribə bir ifadə ilə rastlaşdım: "Gözəl qəlbin sifəti uşaq sifətidir"... Hansı uşağın? Dilənən uşağın, oğru uşağın, yoxsa maşın təkəri qaraldan uşağın qəlbi uşaq sifətidir?..

Əclafı nədən tanıyırsan? O keçmiş hind kinoları idi ki, müsbət qəhrəmanın sifəti də qəşəng olurdu. İndi o qədər qəşəng sifətlər arxasında əclaflar gizlənib ki..."

Digər yazılarından sitatlar verməyə ehtiyac görmürəm. Oqtay müəllimin bütün yazıları bu cür gözlənilən və gözlənilməz gedişlərlə dolu idi. Ona görə də bir nəfəsə oxunurdu, yorucu deyildi. Hətta toxunduğu mövzular üçün seçdiyi şəkillərə də qəribə mətn yazırdı. Şəkilaltı yazılarının da maraqlı bir üslubu var idi.

"Ədalət"də həmişə yeri görünəcək Oqtay Salamov son illər səhhətindəki problemlər üzündən çox ağır günlər keçirmişdi. Necə deyərlər, bir neçə dəfə o dünyanı görüb gəlmişdi. Hər qayıdışı ilə təkcə ailə üzvlərini, doğmalarını, dostlarını deyil "Ədalət"dəki iş yoldaşlarını da sevindirmişdi. Niyə də sevinməyəydik? Çünki Oqtay Salamov bütün çətinlikləri arxada qoyub yaşamağa davam edirdi və bu qayıdışlardan sonra redaksiyaya həmişəki kimi maraqlı yazılar göndərirdi.

Oqtay müəllim haqqında düşünəndə dahi şairimiz Məmməd Arazın misralarını xatırlayıram

Yazda ölüm asan olur,

Saxla məni yaza, Allah!

Oqtay müəllim oxucularının ürəyincə olan yazıları yazmaq üçün yaza qədər qala bilmədi. Alın yazısı buna imkan vermədi. Amma "Ədalət"in səhifələrində, mətbuatımızda Oqtay Salamovun imzası və onun son dərəcə istedadla qələm aldığı yazıları qaldı.

Oqtay müəllim son yazılarından birində gəlimli-gedimli və son ucu ölümlü dünyadan ləyaqətlə getməyin vacibliyindən yazmışdı: "...Kim bilir ki, adam necə ölür? Ani ölümün axınına nələr sığır, hansı ağrı çəkilir? Bəlkə bu sürət uzun müddətli ölümdən daha dəhşətlidir? Kim bilir? Hər halda bu, bizdən asılı deyil. Amma bizdən asılı olan başqa məqamdır-sonumuz çatanda ölümü ləyaqətlə qarşılamaq..."

Daha bir yazısını tamamlayarkən də yazı üslubuna sadiq qalmışdı: "Vaxt olacaq ki, dirilər ölülərə həsəd aparacaqlar!"

Oqtay Salamovun yazısı düz çıxmaqdadı. Biz dirilər artıq həsəd aparmağa başlamışıq...

Etibar Cəbrayıloğlu



İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK