ANA SƏHİFƏ / YAZARLAR

Moskvada Soltan Əhməd məhəlləsi

Azərbaycanlı aktyorların da rol aldığı "Yasmin" serialı böyük populyarlıq qazanıb

59727    |   2013-10-12 01:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyanın istənilən nöqtəsində Rusiyanın 1-ci kanalını-ORT-ni izləmək şansı olanlar "Yasmin" serialının yetərincə reytinq qazandığının şahididirlər. Yeni televiziya mövsümündən nümayiş olunmağa başlayan "Yasmin"in uğur qazanmasında Bakıdan dəvət edilən aktyorların da əməyi var. Serialın Azərbaycanda da maraqla izlənməsinin səbəblərindən biri isə hadisələrin Türkiyədə baş verməsidi.

Sirli-sehrli "Yasmin"

Tamaşaçıların böyük maraqla izlədiyi "Yasmin" OTR-nin növbəti irimiqyaslı layihələrindən biridi. 200 hissədən ibarət olacaq seirialı "Krasnı Kvadrat" Kino Şirkəti istehsal edir. Ssenarini Anna Kozlova yazır. Quruluşçu rejissorlar Kseniya Zarutskaya və Vyaçislav Kaminskidir. Serialın quruluşçu operatoru Eduard Melnikov, bəstəkarı isə Toni Laubingerdir. Quruluşçu rəssam Sergey İvanov kino həvəskarlarına "Anna Karenina" filmindəki işi ilə yaxşı tanışdır.
"Yasmin"in baş prodüseri Denis Yevstiqneyev sovet kinosunun ən məşhur aktyorlarından biri sayılan Yevgeni Yevstiqneyevin oğludu. Oğul Yevstiqneyev "Qaçış", "Boşanma" kimi uğurlu filmlərdə çalışıb.
Serialdakı hadisələr real həyata çox yaxındı. Müxtəlif yaşlı, fərqli sosial statusa malik üç rus qızı Türkiyəyə gedir. İstanbulda qarşılaşdıqları insanlar onların həyatını dəyişir. Lena, Maşa və Ksyuşanın gündəlik həyatını əhatə edən hadisələr bəzən lap 1001 gecə nağıllarını xatırladır.
Layihənin müəllifləri ssenariyə bir mistik not da qatıblar. Müasir həyatdakı hadisələrin fonunda 30 il öncə baş verən müəmmalı bir qətlin tarixçəsi xatırlanır. Serialın qəhrəmanları olan 3 rus qızından birinin çalışdığı otelin zirzəmisində 30 il əvvəl Yasmin adlı qadın qətlə yetirilib. Çılğın məhəbbətin və dəlicəsinə qısqanclığın qurbanı olan Yasmin kimdi? Filmin yaradıcıları bu sualın cavabını sirr kimi saxlayırlar. Hətta serialda rol alan aktyorların özləri də hələlik Yasminin kim olduğunu bilmirlər.

Şahmar Qəribli: "Sanki nağıllar aləminə düşmüşəm"

Xoşbəxtlik ardınca İstanbula gedən 3 rus qızını ekranda Katerina Krupenina (Lena), Nataliya Dvorestkaya (Maşa) və Yekaterina Radçenko (Ksyuşa) yaradırlar. Dünyanın dörd bir tərəfində milyonlarla tamaşaçının izlədiyi ORT kanalında yayımlanan "Yasmin" serialında Azərbaycan aktyorları da çəkilirlər. Baş rollardan birini Bakı Bələdiyyə Teatrının aparıcı aktyorlarından sayılan İlqar Musayev ifa edir. Serialın yaradıcıları türk Mehmetin roluna çəkmək üçün 2 ay ərzində xeyli aktyoru kastinqə dəvət etsələr də sonda İlqar Musayevin üzərində dayanmalı olublar. Bakı Bələdiyyə Teatrının yaradıcısı və bədii rəhbəri xalq artisti Amaliya Pənahova da serialda maraqlı obraz yaradır.
"Yasmin"in müəllifləri Kamal obrazını isə tanınmış aktyor və rejissor Şahmar Qəribliyə etibar ediblər. Bu günlərdə şəxsi işləri ilə bağlı bir neçə günlüyə Azərbaycana qayıdan Şahmar Qəribli ilə görüşüb "Yasmin" barədə ətraflı söhbətləşdik.
Görkəmli sənətkar Adil İsgəndərovun tələbəsi Şahmar Qəribli uzun illər Sumqayıt Dövlət Musiqili Dram Teatrında bir-birindən maraqlı obrazlar yaradıb. Doğma teatrın səhnəsində Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinə quruluş verib, "Sabah" Yaradıcılıq Emalatxanasında bir neçə tamaşanın quruluşçu rejissoru olub. İstedadlı aktyor və rejissorun milli kinomuzun inkişafında da xidmətləri var. Tamaşaçılar onu "Qəzəlxan", "Fəryad", "Cavid ömrü", "Dolu", "Sübhün səfiri","Çölçü" filmlərindəki rolları ilə yaxşı tanıyırlar.
Şahmar Qəribli "Yasmin" serialında Kamal roluna çəkilmək üçün böyük bir seçim turundan keçməli olub: "Bir neçə ay öncə serialın rejissor qrupu Bakıda kastinq apardı.
"Yasmin"də çəkilmək üçün xeyli aktyor sınaqdan keçirdilər. Çəkildiyim Kamal roluna da böyük rəqabət var idi. Sonda Moskvadan zəng edib Kamal obrazına təsdiqləndiyimi bildirdilər və çəkilişlərə dəvət etdilər. Teatr və kinodakı təcrübəm, görkəmli pedaqoq Leonid Xeyfetsin tələbəsi olmağım görünür bu məsələdə mühüm rol oynayıb".
Həmsöhbətimiz deyir ki, qısa müddət ərzində "Yasmin"in belə uğur qazanması və reytinq toplaması işlərin peşəkar görülməsi ilə bağlıdı: "Layihədə məşğul olan hər bir kəs işinə peşəkar yanaşır. İşlər saat mexanizmi kimi qurulub. Bütün məsələlər bağlanmış müqavilə ilə tənzimlənir. Aktyorun zəhmətinə necə dəyər verildiyinə elə ilk gündən şahid olursan. Uzun illərdir ki, teatrda və kinoda çalışıram. Məni bu sənətdə təəccübləndirmək çox çətindir. Amma "Yasmin"də sanki nağıllar aləminə düşmüşəm. 200 seriya planlaşdırılan "Yasmin"in 50 seriyasını uğurla çəkib qurtarmışıq. 30-a yaxın seriya artıq ORT-də nümayiş olunub və yetərincə reytinq toplaya bilib.
Bu böyük yaradıcılıq layihəsi üzərində xeyli insan çalışır. Serialdakı hadisələrin çoxu İstanbulda baş verdiyindən "Mosfilm" kinostudiyasının paviliyonlarında təxminən min kvadrat metri əhatə edən Sultan Əhməd məhəlləsi qurulub. Fəvvarələr, türk hamamı da tikilib. Çəkiliş qrupu ən modern texniki qurğulardan istifadə edir".
"Yasmin"də Kamal obrazını yaradan Şahmar Qəribli Moskvada olduğu müddətdə daha bir neçə seriala dəvət alıb. Lakin həmin dəvətlərdən imtina etməli olub. İstedadlı aktyor bunun səbəbini isə belə izah etdi: "Milyonlarla izləyicisi olan ORT kanalında yayımlanan seriala çəkilməklə həm də böyük bir kino bazarına daxil olursan. Belədə digər seriallardan dəvətin gəlməsinə də təbii baxmaq lazımdı. Mənə də belə dəvətlər gəlib. Serialın baş prodüseri Denis Yevstiqneyevlə bu barədə dəfələrlə söhbətimiz olub. Amma bağladığımız müqavilənin şərtlərinə görə, hələ bir il "Yasmin"də çəkilməliyəm. Bu müddətdə isə başqa filmlərdə işləməyimə qadağa qoyulub. Azərbaycanda çəkildiyim seriallardan da imtina etməli olmuşam. Bir-iki günlüyə şəxsi işlərimlə bağlı Bakıya gəlmişəm. Yenidən Moskvaya, oradakı Sultan Əhməd məhəlləsinə qayıdıram. Çünki hələ görüləsi işlər çoxdu".

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK