hacklink Adalet.az | DÖVLƏTÇİLİK ANLAYIŞIMIZ Adalet.az | DÖVLƏTÇİLİK ANLAYIŞIMIZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DÖVLƏTÇİLİK ANLAYIŞIMIZ

25630    |   2013-09-14 00:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çoxdandır fikirləşirdim, tarixin bilinən çağlarından bəri həm daxildən, həm də xaricdən təzyiqlərə, hücumlara, xəyanətlərə tuş gələn Türk xalqının yaratdığı dövlətlər müəyyən kəsiklərdə tənəzzülə uğrasa da, ayrı bir coğrafi məkanda, ayrı bir adla həmin dövlətçilik prinsipi və anlayışı milli çinarımızın yıxılan çinarından pöhrə verərək böyüyüb boy atıb. Bu səbəblə də tarix yaranalı bəri dövlətçilik gələnəyini və anlayışını davam etdirən Türk millətinin dövlət anlayışına nəzər salmaq istədim.
Ancaq bəzi alimlərin dövlətlə bağlı fikirlərinə də toxunmaq istəyirəm. Məsələn, Thomsen:::ə görə dövlət "siyasi cəhətdən müstəqil olan intizamlı bir təşkilatlı millətdir". Won Qabain:::ə görə "ölkə, imperiya, hakimiyyət və ya hökumət" dövlət mənasındadır. Clauson:::a görə dövlət "müstəqil bir hökmdar tərəfindən idarə edilən siyasi bir vəhdətdir". Jiro:::ya görə dövlət "təşkilatlı dövlət, imperiya, siyasi hakimiyyət" mənasındadır.
Müasir mənada dövlətin nə mənəm şey olduğuna baxsaq, dövlət, müəyyən bir coğrafiyaya malik, yəni vətəni, vəhdət içindəki xalqı, müştərək hüquqi və idari mexanizmi, digər adıyla desək, törəsi olan, yurdunu qoruyan, milləti rifah, əmin-amanlıq və sülh şəraitində yaşadan siyasi bir varlıqdır.
Türkün dövlətçilik anlayışında "dövlət" bütövlükdə cahanı əhatə edir. Yəni, Türkün dövlət anlayışının özülündə dayanan "cahan hakimiyyəti ideyası" hakim ünsürdür. Xalçalarımızdakı naxışlarda, binalarımızdakı bəzəklərdə səkkiz guşəli ulduzlar bu anlayışı əks etdirir.
Bilgə Xaqan Orxun-Yenisey abidələrində; "Yuxarıda göy, aşağıda yer yarğıladığı üçün xalqımı, gözünün görmədiyi, qulağının eşitmədiyi yerlərə kimi apardım. İrəlidə gün doğana, sağda günorta yerinə, geridə günbatana, solda gecə ortasına kimi səfər etdim" deyib. Bilgə Xaqan bu sözlərilə dörd əsas yönü dilə gətirib.
Bilgə Xaqan:::ın dediyi sözlər "cahan hakimiyyəti ideyası"nın şüurdan qüvvəyə keçməsi hadisəsidi. Hun Hökmdarı Oğuz Xaqan, Suriya səfərindən qayıtdıqdan sonra təşkil etdiyi qurultayda xalqının hüzurunda çıxış edərək; "Göy çadırımız, günəş bayrağımız olsun!" demişdi. Göytürk xaqanı İşbara Xan Çin imperatoruna yazdığı bir məktubunda isə belə deyirdi: "Tanrı tərəfindən yollanmış Böyük Göytürk İmperiyasının bilikli xaqanı İşbarag" Türkün dövlətçilik anlayışında xaqan Tanrının yer üzündəki kölgəsi, onu təmsil edən şəxsiyyətdi. O vaxt belə idi, indi də belədirmi, ona sizlər qərar verin.
Türk tarixi bu cür milyonlarla nümunəyə malikdir, ancaq mən bu qısa məqalədə bir neçəsini təqdim etmək istədim. Yeganə məqsədim isə, Türk dövlət fəlsəfəsinin bünövrəsi haqda bilinənləri xatırlatmaqdı.
Türk dövlət gələnəğində istiqlal düşüncəsi həddən artıq mühüm bir ünsürdür. İstiqlal, sadəcə olaraq hakimiyyətdəkilər tərəfindən arzulanar və ya tələb edilərsə, ona həqiqi mənada istiqlal, ya da müstəqillik demək olmaz. İstiqlal, kütlənin müştərək arzusu olmalıdır, elə olmasa ona istiqlal deyilməz.
"İstiqlal, o sönməyən əbədi bir məşalə
Könüllərdə tutuşur gözlərdə sönsə belə"
Ruhun şad olsun milli şairimiz Gültəkin.
Bu kollektiv şüur Türk xalqında tarix boyu olub və onu bütün bəlalardan, xəyanətlərdən, hücumlardan qoruyub-saxlayaraq indiyə kimi gətirib çıxarıb. Türklər müstəqilliklərinə, istiqlallarına düşkün bir millətdir. Bunu sadəcə olaraq biz demirik, onu dünyanın tanınmış simaları da təsdiqləyib. Bozqırın sərhədsiz göyləri altında azad yaşayan türklərdə azadlıq fikri daim ön planda olub. Otaq dediyi dəyirmi çadırı nəhayətsiz göy qübbəsini, otağın zəmini isə dünyanı təmsil edib. İnsanın, idrakının sərhədlərinə çata bilmədiyi mavi göy qübbəsi və qara yer onun xəyal dünyasının nəhayətsizliyinin ən gözəl nişanəsidir. Bu cür bir fikrə və şüura sahib millət əlbəttə özgəsinin buyruğu və ya hökmranlığı altına girə bilməzdi, orda yaşaya bilməzdi.
Təbiətdə öz istiqlalına Türk qədər düşkün olan yeganə heyvan qurddur. Ovçular qurdu ovlamaq üçün qandaldan tələ qurur. Ayağı o qandala ilişən qurd ondan xilas olmaq xatirinə öz ayağını dişlərilə qopardır və qandaldan xilas olur. Türklərin də qurdu özlərinə totem kimi seçməsinin əsas amillərindən biri də onun azadlığına düşkün olmasıdır. Atı ən ilkin əhliləşdirib ondan minik heyvanı kimi istifadə edən ulu babalarımız, hələ mifoloji çağlarda ondan dəhşətli bir hərbi mexanizm yaratmağa da malik olmuşdu. Türk atın üstündə dünyaya gəlir və onun üstündə dünyasını dəyişirdi. Bozqır mədəniyyətini yaradan Türk təbiətin mərhəmətsiz və əvəzedilməz eko sistemi içində bişir və bütün çətinliklərin öhdəsindən gələrək üstün döyüşçü qabiliyyətinə malik olurdu. Yiyələndiyi bu istedad da onu basılmaz edirdi. Bozqırın çətinliklərinə əl-ələ verib kütləvi əməkdaşlıq yaradaraq qalib gələn Türk, hələ uşaqlıqdan tutmuş əməkdaşlığın və köməkləşmənin sirrinə vaqif olurdu. Bu da onun dövlət fəlsəfəsində ailədən tutmuş boy birləşmələri və nəhayət dövlət deyilən canlı mexanizmin yaradılmasında mühüm bir bünövrə daşına çevrilirdi. Asiya Hun Dövlətində bir məclisdə dilə gətirilən və Çin illiyində yer tutan bu sözlər Türkün istiqlalına nə qədər düşkün olduğunu sübut edir:
"Cəsarətə qarşı heyranlıq duymaq və özgələrinə tabe olmağı şərəfsizlik qəbul etmək bizim gələnəyimizdir. Babalarımızdan torpaqla birgə təhvil aldığımız istiqlalımızı fəda edə bilmərik. Mübarizə edəcək döyüşçülərimiz necə ki, var dövlətimizi qorumalıyq".
Bu vaxtdan iki min il qabaq söylənmiş bu sözlərin şüuru hələ də xalqımızda bütün əzəmətilə yaşayır. O vaxtlar bu şüura indi özünü nəhəng xalq gözündə görənlərdən hansı millət çata bilmişdi, onu da oxucularımın ixtiyarına buraxıram, qoy onlar bu barədə özləri bir qərara yetişsinlər. Həə, sadaladığım bu ünsürləri özlüyündə daşıyan ayrı bir millət vardırsa, doğrusu onu da öyrənmək istərdim.
Orxun-Yenisey abidələrində Köl Tigin, istiqlalımızla bağlı görün nələr deyib:
"Eli olan bodun idim, indi elim hardadırə Xaqanlı bodun idim, xaqanım hanıə
Bəs Bilgə xaqanın sözləri: "Ey Türk milləti, üstdə mavi göy uçmasa, altda qara yer deşilməsə sənin elini və törəni kim pozabilər?!"
İndiki dövlət anlayışımız da öz tarixi yolundan yayınmayıb, ancaq bəzən Türkün Tanrısı onun özünə qayıtması üçün üzünə nökərləri vasitəsilə şillə çəkir. Məncə bəzi çatışmazlıqlarımız, başımıza gələn bəlalar o şillənin nəticəsidir. əsas olan məsələ isə yediyimiz şillələrlə özümüzə gəlirik, ya yox!!???

Seyfəddin Altaylı,
Ankara
altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK