hacklink Adalet.az | O NƏDİR Kİ, ADI VAR ÖZÜ YOX!.. Adalet.az | O NƏDİR Kİ, ADI VAR ÖZÜ YOX!.. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

O NƏDİR Kİ, ADI VAR ÖZÜ YOX!..

62718    |   2013-09-07 00:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mərhum şairimiz Nəcib Fazil Qısakürək "Sakarya" şeirində, "İnsan bu su misali kıvrım kıvrım akar ya" deyib.
Doğrudan da insan oğlu dünya arenasına ayaq qoyandan bəri su kimi özünə hara sərfəlidirsə, marağı hardadırsa ora sarı axmağa çalışıb. Habil-Qabil arasında yaranan döyüşün də əsası bundan bəhrələnib. Qabil, ilahi qanunu öz mənafeyinə uyğun gəlmədiyinə görə tapdalayıb, öz qardaşını qətlə yetirib, əfsanəyə görə qarğa da bu cinayətin aşkarlanmasına səbəb olub. Təbii olaraq Habil-Qabil arasındakı hadisənin hakimi Tanrıdı, məşhər günü yaranacaq məhkəmədə də əsas qərarı onun özü verəcəkdi.
Bəzən qərbdə və ya şərqdə müəyyən tədbirlərdə yüksək səslə bu şüar səsləndirilir, "Bu dünya hamımızındı!"
Doğrudan da belədirmiə Bu dünya hamımızındır, yoxsa qansoran qolu güclülərinə!
İngilis xalqı mənə görə dünyanın ən eqoist millətlərin başında dayanır. Onlar qədər şovinist ayrı bir millət yoxdu, vəssalam. İngilis dilinin bu gün dünyanın ünsiyyət dili olmasının alt qatında yatan əsas səbəb də budur. Ancaq Türkiyə Türkcəsində belə bir ifadə var: Sezarın haqqı Sezara. Yəni nə edirsən et, ancaq haqqı tapdalamag Mən də bu söyləmdən yan keçməyəcəyəm. Yaxın günlərdə İngiltərədə buraxılan "The İndependent" qəzetində bir arayış yayıldı. Bu arayışa əsasən İraqda 2007-2010-ci illər arasında hamilə qalan qadınların uşaqlarının şikəst dünyaya gəlməsində on qat artım olub. Bu da o deməkdir ki, yazıq İraq sadəcə olaraq ölkəsinin işğalı, ocaqlarının dağıdılması, milyonlarla övladının həlakıyla üzləşməyibg Neft ölkəsi, qaz ölkəsi olduğu halda, dünya neftinin hardasa üçdə bir hissəsinə sahib olsa da, indinin özündə işığa, yanacağa həsrət qalıb, yazıq balaları dünyaya gəlmədən ya şikəst olur və ya ana bətnində dünyasını dəyişir. Dünya yanacağının anbarına malik olsa da, çıraq öz dibinə işıq verməz misalına uyğun şəkildə özünə yanacaq tapa bilməyən İraq, artıq şikəst doğulan balalarının müalicəsinə də milyardlarla pul xərcləməli olacaqdı.
Səddam, sənin totalitar şahın olsa da onu itirməklə nə tapdın ay dabanı çatlaq, bədbəxt ərəb, qansoran işğalçıları öz ölkənə dəvət etməklə qazancın nə olduə!
İraqda iş sadəcə olaraq neft və qazın əlindən quş kimi uçub getməsiylə qurtarmayıb, üstə gəl tayfaçılıq və məzhəbi döyüşlər də onların yaxasından tuği lənət olub yapışıb. Betərin betəri var deyiblər, hələ bunun harasıdı!.. Ehey yazıq ərəb, bunlarla qurtarsan dur-otur Allahına şükür et.
Nağıllarımızda söyləndiyi kimi suyun başını Orta Şərqdə əjdahalar kəsib. İraq işğal olunan kimi Amerikalı və İngiltərəli hərbçilər ilk öncə neft buruqlarını nəzarət altına aldılar. Oralara yaxınlaşmağa icazəsi olmayan hər hansı şəxsi hərbçi də olsa yaxın buraxmadılar.
İşğal hadisəsinə dünya miqyasında haqq qazandırılmasında, guya Səddamın əlində kütləvi qırğın silahları vardı və amerikalılarla ingilislər o silahları Səddamın əlindən almağa, dünyanı təhlükədən xilas etməyə gedirdilər. Deməli, ayının yüz oyunu bir armudun (nəft-qazın) başında imiş.
Dünya Sağlamlıq Təşkilatının İraqda apardığı araşdırmalar davam edir. "The Huffington Post" qəzeti yazır ki, 2003-cü ildə xüsusilə Fəllucə bölgəsinə atılan bombaların təsiri o gündən başlayıb artaraq davam edir. 2007-2010-cu illər arasında dünyaya gələn uşaqların yarısından artığının şikəst doğulmasının əsas amili İraqa tullanan bombalardır. əl ərəbiyyənin arayışına əsasən Fəllucədə əldə edilən nümunələr göstərir ki, anadangəlmə şikəst olan uşaqların tüklərində tapılan qurğuşun miqyası, dünyanın digər yerlərində dünyaya gələn uşaqlarınkından beş qat artıqdır.
Yadınızdadırmı bilmirəm, Fəllucədə Amerikalı dörd hərbçi həlak edildiyinə görə qisas üçün şəhərin təpəsinə göydən bomba yağdırılmışdı. Amerikalılar bununla da kifayətlənməmişdilər, bombalama hadisəsindən yeddi ay sonra, deməli, ürəkləri soyumamışdı ki, ikinci bombardımanı həyata keçirmişdilər, hətta o vaxt fosforlu bombalardan da istifadə etmişdilər. O bombardımanlardan sonra çevrəyə yayılan bizmut, uran və civə kimi kimyəvi maddələr, o gündən bu günə kimi uşaqların hələ ana bətnində şikəst olmasına və bətndəcə ölməsinə səbəb olub, mütəxəssislərin dediyinə görə indən belə də illər uzunu olacaqdı.
"İndependent" qəzeti yazır ki, Amerikan müdafiə nazirliyi bu haqda açıqlama yayıb, Bəsra və Fəllucə şəhərlərində uşaqların şikəst dünyaya gəlməsi ilə bağlı hər hansı məlumat yiyəsi olmadıqlarını açıqlayıb.
Kişilər düz deyir!!! Onlar dünyanın ən məsum xalqıdır və ABŞ cahanın ən insansevər, ən tolerant dövlətidirəəə!!!
Michigan Universitetinə mənsub araşdırmaçılar isə İraqda şikəst dünyaya gələn və ana bətnində dünyasını dəyişən uşaqların səbəbkarının Amerikan və İngilis bombaları olduğunu irəli sürüb.
Pahooo, bu böyüklükdə böhtan olarəəə !!!
Əşi, mən də nə ilə məşğul oluram. Qələt eləyir əlcəzair televiziyası da, Michigan Universiteti də, "The İndependent" qəzeti də, əl ərəbiyyə də, heç ABŞ və İngiltərə o cür cinayətlərə razılıq verər, o cür cinayətlərə alçaqcasına əl apararə (!!!) Bunlar tamamilə böhtandır!.. ABŞ da, İngiltərə də tamamilə məsumdur!!! Onlar dünyanın ən məsum dövlətləri və demokrat xalqlarıdır!!! ABŞ olmasa dünya hamburgeri, coca colanı, cins paltarları hardan tanıyacaqdıg ABŞ olmasa dünya xalqları marlboranı, winstonu, pall mallı hardan əldə edəcəkdi, sonra dünyanın ən əxlaqsız qadınlarını Hollywood vasitəsilə dünyanın super ulduzları kimi xalqların gözünə əxlaq nümunəsi kimi hansı güc təqdim edəcəkdiəəə !!!
İt otu haqqı, bağa yarpağı haqqı deyilənlər tamamilə yalandı, böhtandı kişi. ABŞ da məsumdu, İngiltərə də...

Dedi ay pişik
nə yamansan
Pişik dedi yamanam,
yaman
Təndirin başı
qışlağım
Yükün üstü yaylağım
Künc-bucaqdı
ovlağım
Qarı nənə nə bişirsə
O da mənim
quymağım
Bığlarımı buraram
Yükün üstə yataram.

- Ay camaat, ay dünya.... Dünyada ədalət vaaar, kirpinin məxmər tükünə and olsun var eeey...
- Dədə, Allah haqqı, yer haqqı, göy haqqı, işıq haqqı, suyun axarı haqqı yoxdu, yoxdu, yoxduuuu!!! ədalət deyilən şey kimindi bilirsinizmi, güclü və zorba olanın vəssalam...

Seyfəddin Altaylı,
Ankara
altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK