Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | CANLI TARİX Adalet.az | CANLI TARİX Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

CANLI TARİX

Böyüklüyün bariz nümunəsi

26544    |   2012-11-27 23:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əslində bu yazını içimdə çox yazmışam. Özü də hər dəfə fərqli-fərqli üslublarda, fərqli-fərqli fikirlərlə, sözlərlə. Düzünə qalsa, bu cür yazmağımın, yazıya bu yanaşmağımın səbəbini heç fikirləşməmişəm də. Eləcə içimdən keçib... ilk cümləsindən başlayıb sonuncu nöqtəsində bir də görmüşəm ki, yazını bitirmişəm. Bütün o yazdıqlarımın təkcə ikisini yəqin ki, oxucular yadlarında saxlayıblar və yaxud da xatırlayırlar. Onlardan biri mənim tələblik illərimə təsadüf edirg

Dövlət Universitetində oxuyurdum. O vaxtlar «Lenin tərbiyəsi uğrunda» adlı universitet qəzeti var idi. Qəzetdə işləyirdim. Bu mənə həm maddi cəhətdən köməklik idi, həm universitetin, eləcə də universitetin məzunları ilə əlaqələr qurmaqda, həm də ürəyimdəkiləri yazmaqda. Bax, həmin günlərin birində qəzetin redaktoru, çox hörmətli Ağamusa Zeynalov mənə tapşırıq verdi:

- Dədə, Cəmil müəllimlə əlaqə saxla, qəzetimizin yubileyi ilə bağlı ürək sözlərini öyrən.

Adətən işçilərinə «dədə» deyə müraciət edən Ağamusa müəllim sözünü başa çatdırmamış hiss etdi ki, ona maraqla baxıram. Açığını deyim ki, onun söylədiyi ad mənə tanış, doğma olsa da, ancaq hansı Cəmil müəllimdən söhbət getdiyini bilmirdim. Deyəsən, Ağamusa müəllim ürəyimdən keçənləri hiss etdi və bir az qınaq dolu təbəssümlə dedi:

- Dədə, bizim Cəmil müəllim deyirəm. Sənin də kəndçin, həmyerlində!..

Artıq söhbətin kimdən getdiyi mənə bəlli oldu. Bildim ki, Cəmil Əlibəyovun telefonunu axtarıb tapmalıyam, onunla görüşməliyəm. Dostların, tanışların vasitəsi ilə kinostudiyanın nömərsini tapdım. Onda Cəmil Əlibəyov Azərbaycanın bu möhtəşəm ünvanına, Cəfər Cabbarılının adını daşıyan kinostudiyaya rəhbərlik edirdig

Mən Cəmil müəllimlə görüşə tələsdim. Cəmi beş dəqiqə vaxtını aldım. Amma bu beş dəqiqə ömrümə, yaddaşıma yazıldı. Onun səmimiyyəti, qarşısındakı şəxsin kimliyindən asılı olmayaraq, göstərdiyi mehribanlıq, hətta bir tələbəni çaya qonaq etməsi yenicə böyük söz dünyasına qədəm qoyan, daha doğrusu, bu istəkdə olan mənim üçün çox böyük diqqət, çox böyük ehtiram idig

İkinci dəfə mən Cəmil müəllim haqqında «Ədalət» qəzetində yazı yazdım. Onda da elə indi olduğu kimi, yazını yazmağımın təşəbbüsçüsü millət vəkili Aqil Abbas oldu. Sözarası mənə dedi ki, Cəmil müəllimin 75 yaşı olurg Bu sözlər mənə bəs etdi və mən Cəmil Əlibəyov haqqında bildiklərimi, eşitdiklərimi, ondan oxuduqlarımı gözümün önünə gətirdim, yenidən təkrarladım, xatirələrə daldım. Hətta Cəmil müəllimin doğulduğu kəndi, lap elə onun dünyaya gəldiyi evi, ocağı yaddaşımda təkrar ziyarət elədim. Həmin arada Füzuli rayonunun qaim-qədim kəndlərindən olan Dədəlini bir kino lenti kimi gözümün önündən keçirdim. Bu kənddə Əlibəyovlara aid o mülkün həyət-bacasını gəzib dolaşdım. O mühitdə mənə süfrə açan, məni qonaq kimi əzizləyən mərhum Ayaz müəllimi xatırladım. Yeri gəlmişkən deyim ki, zamanında sözünün kəsəri ilə, şəxsiyyəti ilə çoxlarımızın öyündüyü Ayaz Əlibəyov əsl bəy oğlu bəy, əsl kişi oğlu kişi idi. Çünki o, «ot kökü üstə bitər» atalar sözünün canlı nümunələrindən biri idi. Mən bu həyətdə gördüyüm gülləri, çiçəkləri kom halında başqa həyət-bacada görməmişdim və bu gün də görməmişəm. Cəmil müəllimin bu ata ocağında yüz illiklərin oturuşmuş bir adəti, bir qayda-qanunu heç bir diqtəsiz, heç bir təsirsiz, özü öz axarı ilə davam edirdi...g

Mənim Cəmil müəllimin yubileyi ilə bağlı yazdığım o ikinci yazı bilmirəm necə alındı, amma onun oxucusu, onun həmyerlisi, onun soydaşı kimi çalışdım ki, əsərlərinin içərisindən baxıb Cəmil müəllimə öz oxucu sevgimi çatdırım. Yenə səmimi etiraf edim ki, o yazının necə alındığını heç indi də xatırlamıram. Bircə yaddaşımda o qalıb ki, həmin vaxt, daha doğrusu, yazı çap olunandan sonra o illərdə baş redaktorluq edən Aqil Abbas mənə Cəmil Əlibəyovun təşəkkürünü çatdırdı. Təbii ki. bu Cəmil müəllimin soyundan, kökündən gələn bir ağayanalıq, bir diqqət idi. Ola bilsin ki, mənim yazım bəlkə də həmin günlərdə yubilyara ünvanlanmış təbriklərin sırasında ən sonuncu yerdə dayanmışdı. Amma buna baxmayaraq, Cəmil müəllim öz böyüklüyünü ortaya qoymuşdu və bu mənim üçün çox böyük qiymət idig

Bugünün oxucusu, daha doğrusu, bu günün gəncliyi ola bilsin ki, Cəmil Əlibəyovu o qədər də yaxşı tanımır. Ona görə də mən bir balaca keçmişə. Cəmil müəllimin tərcümeyi-halına üz tuturam. Xatırlatmaq istəyirəm ki, Cəmil Ədil oğlu Əlibəyov 1927-ci il dekabr ayının 5-də Füzuli rayonunun Dədəli kəndində doğulub. Çox qədim bir nəslin, bir kökün davamçısı olan Cəmil müəllim ağır uşaqlıq, çətin yeniyetməlik dövrü yaşayıb. Atası bolşeviklərin represiya maşınından canını qurtarmaq üçün Araz çayının o biri tayına keçməyə məcbur olub. Anası Ziba xanım övladlarını böyük çətinliklərlə böyütməyə məcbur olub. Kulak uşaqları olan Cəmil müəllim, eləcə də onun digər ailə üzvləri dövrün ən sərt sınaqları ilə qarşılaşıblar. Təsəvvür edin ki, bolşeviklər Cəmil müəllimin ata mülkünü məktəb ediblər, amma bu məktəbdə Cəmil müəllimə oxumağa imkan verməyiblər. Çünki o, qolçomaq övladı idi, bəy oğlu idi. Buna baxmayararq, Allah Cəmil müəllimə fitri bir istedad, qabiliyyət vermişdi, onu bolşeviklər Cəmil müəllimn əlindən almaq gücündə deyildilər. Bu haqsızlığın qarşılığı olaraq Cəmil müəllim dayılarının yardımı ilə elə evdəcə təhsil aldı, yazdı, oxudu, öyrəndi. Onun hazırlıq səviyyəsini görüb ali məktəbə qəbul etdilər. Burada da bədxahlar dinc dayanmadı, burda da yazıb-pozdular. Dövlət universitetinin sonuncu kursunda, şərqşünaslüq fakültəsində oxuyan Cəmil müəllimi universitetdən kənralaşdırdılar. O dözdü, o mübarizə apardı və nəticədə qalib gəldi və universitetə bərpa olndu. Təhsilini başa vurandan sonra onu «Azərbaycan gəncləri» qəzetinə işə qəbul etdilər. Bu, 1949-cu il idi. Çox qısa müddət işlədi. Yenə yazdılar, yenə Moskvanı, Bakını qarışdırdılar və yenə də Cəmil müəllimi işdən uzaqlaşdırdılar. Çünki o, bəy oğlu idi. Stalinin ölümündən sonra Cəmil müəllim yenidən «Azərbaycan gəncləri» qəzetindəki işinə qayıtdı. Qısa bir müddətdə kiçik ədəbi işçidən baş redaktor vəzifəsinə yüksəldi. Məhz Cəmil Əlibəyovun dövründə onun istedadının, rəhbərlik məharətinin nəticəsində 20 min tirajla çıxan «Azərbaycan gəncləri» qəzeti artıq 450 min tirajla çap olunurdu. Azərbaycan kimi balaca bir respublikada gənclərə aid 450 min tirajlı qəzetin çap olunması elə-belə asan məsələ deyildi. Bu məsələni Cəmil Əlibəyov həll etmişdi, bu qabiliyyəti Cəmil Əlibəyov ortaya qoymuşdu!

Burda bir məqamı da xatırladım. Cəmil Əlibəyovun baş redaktor olduğu illərin qəzetlərini paytaxtımızın ən böyük kitabxanası olan Axundov kitabxanasında dəfələrlə vərəqləmişəm. Mətbuatdakı rəngarəngiliyin, mətbuatın oxucu ilə təmasını, əlaqələrini onun səhifələrində rahatca görmüşəm, izləmişəm. Bir oxucu kimi, bir yazı-pozuya meylli adam kimi görmüşəm ki, Azərbaycanın ən ucqar kəndlərindən də «Azərbaycan gəncləri» qəzetinin ünvanına məktublar gəlib, oxucu arzuları, oxucu istəkləri çatdılıb. Bu qəzet-oxucu körpüsünü məhz Cəmil Əlibəyov yaratmışdı. Ona görə də Cəmil Əlibəyov məktəbini keçənlər, tez-tez deyldiyi kimi, Cəmil Əlibəyov «şinelindən» çıxanlar qəzeti də, qəzetçiliyi də, jurnalistikanı da uca tutublar, həmişə seviblər, həmişə sevdiriblər. Bu gün də «Azərbaycan gəncləri» qəzetinin adı gələndə ilk xatırlanan imza sahibi kimi Cəmil Əlibəyovun adı yada düşür.

Cəmil müəllim Azərbaycan ictimaiyyətinə təkcə jurnalist, qəzetçi, publisist kimi deyil, həm də yazıçı, dramaturq, ssenarist kimi də çox yaxşı tanışdır. Onun 50-yə yaxın kitabı ölkə daxilində, sovetlər dönəmində Azərbaycanın hüdudlarından kənarda böyük tirajla çap olunub. Bir oxucu kimi onun sevə-sevə oxuduğum «Mənim analı dünyam», «Sınaq», «Həyatın özü», «İlk məhəbbət», «Qış məcarası» romanları, çoxlu sayda hekayə və povestləri bu gün də mənim oxucu yaddaşımda dərin iz buraxıb. Burda bir məqamı xüsusi qeyd etməliyəm ki, Cəmil müəllim öz yaşadıqlarını, öz müşahidələrini yazan yazıçıdır. Ona görə də əsərləri maraqla qarşılanıb, maraqla da oxunubdu. Üstəlik, onun kinostudiyaya rəhbərlik etdiyi illərdə Azərbaycan kinosunun çox byöük sıçrayışlar etməsi danılmaz bir faktdır. Məhz həmin illərdə dalbadal, bu gün də maraqla izlədiyimiz bədii filmlər çəkilib. Onların arasında «Dədə Qorqud», «Babək», «Tütək səsi», «Dərviş Parisi partladır», «Qaynana», «Ad günü», «İstintaq», «Papaq» və digər filmlər on minlərlə tamaşaçının sevgisini və rəğbətini qazanıbdır.

Ümumiyyətlə, Cəmil Əlibəyov istər qəzetdə, istər kinostudiyada, istər Azərbaycan Televiziyası və Radiosu Komitəsində sədr müavini işləyəndə, istər «Kommunist» qəzetinə rəhbərlik edəndə öz böyük potensialını xalq üçün sərf etməkdən çəkinməmişdir. Bu gün də Azərbaycan radiosunun bazar günləri səslənən «Bulaq» verilişi də məhz Cəmil Əlibəyovun xidmətlərinin nəticəsidir.

Bəli, mən Azərbaycanın çox dəyərli bir ziyalısı, necə deyərlər, öz böyüklüyünü böyüklük səviyyəsində saxlamağı bacaran Cəmil Ədil oğlu Əlibəyov haqqında ürəyimdən gəlib keçənlərin bir qismini onun 85 illik yubileyinə hədiyyə edirəm. Bilmirəm, bu hədiyyə layiqli alındı, yoxsa yox, bir onu bilirəm ki, Cəmil müəllim böyük ziyalıdır, dəyərli kişidir, böyük qəzetçidir, böyük söz adamıdır. Böyüklük Allahdan verilən paydır. Zənnimcə, Allahın verdiyi bu böyüklük Cəmil Əlibəyovun halal tituludur. Mən onun 85 illik yubileyini təbrik edir və qalan ömrünü də bu böyüklüklə yaşamağı arzu edirəm.

Əbülfət MƏDƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-12-19
2018-12-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK