ANA SƏHİFƏ / YAZARLAR

SÖZ HAVASI ÜSTƏ

Şair dostum Nurafizin 55 yaşına

60605    |   2013-08-13 00:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hərdən sözdən qaçmaq istəyirəm. Kağızı, qələmi görmək, onun yanında durmaq, onun hənirini hiss etmək məni əməlli-başlı əldən salır. Ona görə də qaçıb elə yerə getmək istəyirəm ki, orda söz olmasın, amma mümkün olmur. Çünki söz Allahın yaratdığıdı və mənə görə, ən böyük söz elə Allahın öz adıdır və üstəlik də içimizdə bir Allah xofu olduğundan bütün sözlərdən qaçmaq mümkün olsa da, həmin o içimizdə bizimlə son nəfəsə qədər yol yoldaşı olan Allah sözündən qaçmaq mümkün deyil. Bax, bu mənada mən sözün olmadığı, sözün gedib çıxmadığı elə bir yeri ağlıma gətirə bilmirəm, ümumiyyətlə elə bir yer yoxdur. Söz hər yerdədir... söz hamının, hər kəsin canında, qanında, ruhundadı. Sadəcə, hər kəs sözü bildiyi kimi, duyduğu kimi, yaşadığı kimi, yaratdığı kimi deyir, təqdim edir.
Sözə meylli olduğundan söz adamları mənim üçün daha doğmadılar. Çünki mən onlarla obrazlı desəm, Söz qohumuyam. Bu elə qan qohumu kimi bir şeydi. Ən zəif, ən səriştəsiz söz belə mütləq hardasa diqqəti çəkir, hardasa nəyəsə xidmət edir, amma elə söz də var ki, onu özün axtarırsan. Onun işığına, onun izinə düşüb əlində dəmir əsa, ayağında dəmir çarıq ayla, illə yorulmadan, dincəlmədən yol gedirsən.
Bugünkü söz dünyamızda diqqəti çəkən, oxucu marağının mərkəzində olan kifayət qədər qələm adamı var. İstər yaşlı nəsilin, istər ədəbi gəncliyin sırasında sözün yükünü çəkən, sözün meydanında dişlə, dırnaqlı iz qoyan samballı Söz yaradanlar var. Təbii ki, bu adamların da həyat missiyası bu cürdür. Onların da xəmiri belə yoğrulub. Və mən də zaman-zaman onların söz dünyasının qapısını döyməyə, o bağın-bağçanın gülündən dərib ruhumu təzələməyə maraq göstərmişəm. Bax elə mənim böyük həvəslə qapısını döydüyüm, böyük sevgi ilə canıma hopdurduğum sözlərdən birinin də sahibi Nurafizdi...
Adətən daha çox özünə çəkilmək, öz-özü ilə söhbət etmək və çap olunmaqdan daha çox öz dairəsində dostlarına söz töhfəsi ərməğan etməyi üstün tutan Nurafiz demək olar ki, ədəbi ictimaiyyətin həmişə gözündən bir addım kənarda dayanıb. Ancaq bu bir addımlıq məsafə onun sözə olan sevgisinin, onun söz yaratmaq qabiliyyətini ovxardan salmayıb. O, həmişə qələmini də, sözünü də bülövlü saxlayıb. Onun parıltısı həmişə gözləri qamaşdırıb.

Baxmazdım vara-yoxa,
Yaxamı verdim aha.
Demək, ölmüşəm daha,
Bağışla məni, Allah!

Zənnimcə, elə bu söz, bu misralar artıq Nurafizin necə bir şair olduğunu təqdimatsız-filansız oxucuya pıçıldayır və bildirir ki, yaxası ahın əlində olan şair əslində Allahın ona verdiyini çox böyük könül xoşluğu ilə yaşayır.

Çox uduzdum dözümə mən,
Qul olub haqq sözümə mən.
İki yazdım özümə mən,
Bildiyim dərsdən kəsildim.

Sözü əlində mum kimi min cür formaya salmağı bacaran, onu öz ruhuna uyğun bir şəkildə cilalayan və sözün mayasını xalqdan, folklordan götürən, onu bir laylay kimi, bir həzin sevgi nəğməsi kimi oxucuya pıçıldayan Nurafiz hər şeirin sonunda sanki bir az da oxucuya yaxınlaşır, bir az da ona doğmalaşır. Çünki o, əllaməçilik eləmir. Bəzəksiz, boyasız inandırıcı, hamının həzm edə biləcəyi, hamının dərk edə biləcəyi və hamını da düşündürəcək sözlə məşğuldur.

Günlərim nəzir-niyazdı,
Hər gün gedirəm pirə mən.
Yolunun üstə çıxmışam,
Qayıt ki, düşüm yerə mən.

Bu günlərdə dostlardan birinin dilindən qaçırtdığı söz diqqətimi çəkdi. Öyrəndim ki, şair qardaşımın 55 yaşı tamam olur. Öncə bu xəbər münasibəti ilə Nurafizə bir neçə təbrik sözü yazmaq könlümdən keçdi. Amma sonra onun "Sözün dörd havası" kitabı yazı masamın üstündə olduğundan sözümü dəyişdim. Elə öz sözü ilə, öz şeiri ilə onu təbrik etmək, həm də onun söz dünyasına təkrar üz tutmaq qərarına gəldim. Və beləcə, Nurafizin misraları məni öz qanadlarına aldı.

Kəklik dərd daşa çıxanda,
Xoş ümid boşa çıxanda
Tənhalıq başa çıxanda,
Təklənmək ağırdı qardaş!

Mən təklənməyin nə olduğunu zaman-zaman yaşamışam və bu gün də yaşayıram. Ona görə də sənin dediklərin elə sözlərinlə desəm, məni də öldürür. Sən yazırsan:

Söykəndiyim gümanın,
Əl yerindən qan damır.
Sevə-sevə aldadıb,
Öldürürlər adamı.

Və onu da vurğulayırsan ki:

Biz oynadıq boş-boşuna,
Gəldik həsrətin xoşuna.
Oturub elçi daşına,
Fələk də bizlə oynayır.

Gəlin etiraf edək ki, indi özgə havaya oynayanlar, özgə kölgəsində buynuz çıxaranlar, dəsmal gəzidrənlər o qədər artıb ki, bəzən onları söz meydanında da görəndə qaçmağa, bu dünyadan tüpürüb getməyə təşnə oluram.
Elə istəyirəm ki, bu müqəddəs meydan onlardan təmizlənsin, onların bu meydana girişi bağlansın. Amma neyləyim ki, bu girişin qarşısını almaq mənim ixtiyarımda deyil. Doğrudur, sən də mənim səsimə səs verirsən və yazırsan ki:

De, nədən nəğməmiz tərsə oxunsun?
Fələyi qatmayaq söz davamıza.
... Odamız, adımız, andımız manşır...
Niyə oynamayaq öz havamıza?!

55 yaşı tamam olan dostumun ad gününə bir hədiyyə olaraq yazdığım bu qarışıq yazıda mən həm də Nurafizin şeir çələngindən sizlərə bir sərgi açdım. Yəqin ki, elə həmin o misralar və o misralardan gələn işıq 55 ilin günə yandırılan papaq olmadığına sizləri də inandıracaq. Biləcəksiniz ki, işıqlı söz, böyük söz harda yazılmağından, harda pıçıldanmağından asılı olmayaraq həmişə tərdi, həmişə öz kökündədi. Onu kökləməyə ehtiyac yoxdu. Bu mənada sözün bütün havalarını çox gözəl bilən Nurafizi ürəkdən təbrik edir, bundan sonra da yaşadığın kimi, yaratdığın kimi öz işıqlı yolunun yolçusu olmağını Tanrıdan diləyirəm. İnanıram ki, sözü yaradan Tanrı sözün yükünə çiyin verən Nurafizin də köməyi olacaqdır.

Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK