Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Aktyor da Allahın gördüyü işi görür" Adalet.az | "Aktyor da Allahın gördüyü işi görür" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Aktyor da Allahın gördüyü işi görür"

Xalq artisti Cəfər Namiq Kamal: "Mən yaşda saray təlxəyi olar?"

26699    |   2013-07-06 00:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heydər Əliyev Sarayında Azərbaycan peşəkar teatrının 140 illik yubileyi qeyd olunur. Tədbirin sonunda səhnəyə qalxan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev teatr xadimlərinin fəxri adlarla təltif olunması haqqında ölkə başçısının sərəncamını elan edir. Fəxri ada layiq görülənlər arasında Akademik Milli Dram Teatrının aktyoru Cəfər Namiq Kamal da var. Xalq artisti Cəfər Namiq Kamal həmin an zalda səslənən alqış səslərini unuda bilmir.
- Həmin gün yubiley tədbirində siz də iştirak edirdiniz. Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" tamaşasından bir parçanı oynayıb səhnənin arxasına keçmişdiniz. Nazir Əbülfəs Qarayevin oxuduğu siyahıda adınızı da yəqin elə səhnə arxasında eşitdiniz. Həmin an necə sevindiyinizi başa düşmək olar...
- Həqiqətən də çox maraqlı bir an oldu. Yubiley tədbirində "Lənkəran xanının vəziri" tamaşasından bir parça oynadıq. Mən də vəzir Mirzə Həbib rolunda idim. Çox sevindim ki, Xalq artisti fəxri adını məhz elə yubiley mərasimində, səhnədə, necə deyərlər, görəvimin başında olarkən aldım. Ən çox da bilirsən nəyə sevindim?
- Nəyə?
- Hörmətli nazirimiz sərəncamı oxuyarkən mənim adım çəkiləndə eşidilən alışıq səslərinə. Zalda 2 min qonaq var idi, 300-ə yaxın iştirakçı da səhnənin arxasına toplaşmışdı. Siyahı elan olunanda bəlkə də ən çox mən alqışlandım. Mərasimə dəvət olunanların əksəriyyəti də sənət adamları, mənim həmkarlarım idi. Yaradıcı adamlarda qısqanclıq, paxıllıq və həsəd hissi həmişə olur, olacaq da, bunu gizlətməyin yeri yoxdu. Fəxri ad almağıma bu qədər insanın müsbət reaksiya verməsi əlbəttə maraqlı mənzərə idi. Bu şad xəbəri evdə, çay içə-içə televizordan eşitsəydim yalnız ailə üzvlərimin sevindiyini görəcəkdim. Amma minlərlə insanın mənim uğuruma sevinməsinə şahid oldum. Həm də dövlətin, prezidentin əməyimə verdiyi yüksək qiymətlə xalqın, tamaşaçının və həmkarlarımın verdiyi qiymət üst-üstə düşdü. Bu mənim üçün böyük şərəfdi. Deyilənə görə, bir neçə il əvvəl də Xalq artisti fəxri adına təqdim olunmuşam, lakin sonda hansı səbəbdənsə alınmayıb. Görünür qismət bu günə imiş.
- Bu dəfə də alınmasaydı necə olacaqdı?
- Heç bir faciə baş verməyəcəkdi. Yenə də başımı aşağı salıb teatrdakı işimlə məşğul olacaqdım. Fəxri ad, hansısa mükafat üstündə heç vaxt hay-küy salmamışam, narazılıq etməmişəm. Ömrümün 41 ilini 140 yaşı olan Azərbaycan teatrına həsr etmişəm. Sağ olsunlar ki, bunu nəzərə alıblar. Mənim əziyyətimə dəyər verən, çəkdiyim zəhmətimi qiymətləndirən hər kəsə təşəkkürümü bildirirəm.
- Səhnə fəaliyyətinizi iki mərhələyə bölmək olar - Dövlət Gənc Tamaşaçılar Teatrında çalışdığınız illər və bir də Akademik Milli Dram Teatrındakı dövr. Teatr ictimaiyyətinin, tənqidçilərin, sıravi tamaşaçıların münasibəti öz yerində, Cəfər Namiq Kamal özü bu mərhələləri necə dəyərləndirir?
- Aktyor kimi yetişməyimdə, tanınmağımda Dövlət Gənc Tamaşaçılar Teatrının böyük rolu var. 1972-ci ildən 1996-cı ilə kimi məhz bu teatrda çalışmışam. Həmin kollektivdə çiyin-çiyinə çalışdığım aktyorları, rejissorları həmişə hörmətlə xatırlayıram. Gənc Tamaşaçılar Teatrının səhnəsində də maraqlı rollar oynamışam. Götürək elə Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi" tamaşasındakı Uçitel Həsənov obrazını. Rejissor Azər Paşa Nemət bu tamaşaya çox maraqlı bir quruluş vermişdi. Biz həmin tamaşa ilə festivalda da çıxış etdik.
Akademik Milli Dram Teatrına isə 1996-cı ildə dəvət olundum. Teatrın o zamankı rəhbəri, görkəmli sənətkarımız Həsənağa Turabovun istəyi ilə kollektivə qəbul olundum. Sən deyən kimi, mənim üçün növbəti bir mərhələ başladı. Sözün açığı, bu mərhələlər arasında özüm üçün müqayisə aparmağa zamanım olmadı. Bir də gördüm ki, repertuardakı tamaşaların yarıdan çoxunda məşğulam. Sözsüz ki, Akademik Milli Dram Teatrı böyük tarixi, öz yaradıcılıq yolu olan bir sənət ocağıdı. Bu teatrda çalışmaq hər aktyora qismət olmayıb. Mən isə bu teatrın səhnəsində Şeyx Əhməd (Cəlil Məmmədquluzadə "Ölülər"), Mirzə Həbib (Mirzə Fətəli Axundzadə "Lənkəran xanının vəziri"), Şahzadə (İlyas Əfəndiyev "Xurşidbanu Natəvan"), II Tiqran (Nəriman Həsənzadə "Pompeyin Qafqaza yürüşü"), Kamran Qızılsəs (Əli Əmirli "Köhnə ev"), Xasay (Afaq Məsud "Qatarın altına atılan qadın") obrazlarını oynamışam. Xalq yazıçısı, görkəmli dramaturq Elçinin son illər Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulan bir neçə əsərində - "Ah, Paris, Paris" -də Eynşteyn, "Mənim ərim dəlidir"də Dost, "Poçt şöbəsində xəyal"da Xəlil, "Mənim sevimli dəlim"də Ədəbi işçi, "Sənətkarın taleyi"ndə Poloni rollarını yaratmaq mənə nəsib olub.
- Bu dəqiqə qrim otağınızda oturub söhbətləşirik. Bir azdan Elçinin "Sənətkarın taleyi" tamaşasında Poloni rolunu oynamaq üçün yenə səhnəyə çıxacaqsınız. Həmin tamaşada maraqlı obraz - aktyor obrazını yaradırsınız. Hüseyn Ərəblinskinin truppasında "Hamlet"dəki Polonini uğurla yaratdığına görə aktyoru elə bu adla çağırırlar. Şekspirin "Hamlet"ində Poloni oynamaq heç ürəyinizdən keçdimi?
- Ürəyimdən keçir deyəndə ki... Poloni çox maraqlı obrazdı, necə deyərlər, yaşım da, başım da bu rolu oynamağa imkan verir. Amma indi gərək bu teatr "Hamlet"ə yenidən müraciət etməyə ehtiyac duysun, bu əsərə quruluş verə biləcək rejissor tapsın, rejissor məni Poloni obrazında görsün... Görürsən də, hər şey aktyorun arzusu ilə olsaydı nə vardı ki...
Mən heç vaxt rolun həcmi üstündə dalaşmamışam. Belə demək mümkünsə, bircə tələbim olub - həmişə dolğun rollar istəmişəm. Yəni bu rolun imkanı olsun ki, mən onu obraz səviyyəsinə yüksəltmək üçün səhnədə tər töküm, əziyyətə qatlaşım. Son nəticədə də bilim ki, bir dolğun obraz yarandı. Şablon səslənməsin, aktyor sənəti çox müqəddəs sənətdi. Aktyor da Allahın işini görür - insan yaradır. Səhnədə həmin insana nəfəs, can verir, yaşadır.
Hiss edəndə ki, bu rol məndə alına bilər, onda var qüvvəmi qoymağa hazıram. Əks halda roldan uzaq qalmağa çalışıram. Məsələn, böyük dramaturqumuz Hüseyn Cavidin "Topal Teymur" pyesindəki Cücəni oynaya bilmərəm.
- Niyə?
- Mən yaşda da təlxək olar? Bu yaşda təlxəyi heç vaxt sarayda saxlamayıblar.
- Görkəmli rejissor Georgi Tovstonoqov deyirdi ki, müəllifə sədaqət heç də onun hər sözünə riayət etmək deyil. Aktyor kimi, müəllifin mətninə müdaxilələrə necə baxırsınız?
- Çox normal. Bayaq dediyim kimi, aktyor sənəti yaradıcı işdi. Obrazı dolğun yaratmaqdan ötrü əlavə ştrixlər, hərəkətlər, sözlər tapmalısan. Yetər ki, tapdığın "faydalı qazıntı" olsun. Mən də səhnədə "faydalı qazıntı" axtarmağı sevirəm. Elə sözlər tapmağa çalışıram ki, əlavələrim yerinə düşsün. Xalq yazıçısı Elçinin bir neçə tamaşasında obrazın sözlərinə əlavələr etmişəm. Elçin müəllim məşqdə və ya daxili baxışda bəyənib.
- Titul baxımından qardaşınız, Xalq artisti İlham Namiq Kamala çatdınız...
- İlhamı sənətə mən gətirmişəm. Orta məktəbdə oxuyanda mərhum aktyorumuz Məmmədağa Dadaşov məni və qonşumuz, indi teatrımızın direktoru, professor İsrafil İsrafilovu rəhbərlik etdiyi dram dərnəyinə apardı. Rolları böləndə gördük ki, bir nəfər çatışmır. Dedim ki, bir yaş məndən böyük qardaşım var, bəlkə onu da dərnəyə gətirim? Məmmədağa müəllim də razılaşdı. İlhamın əlindən tutub gətirdim dərnəyə. Akademik Milli Dram Teatrının səhnəsində İlhamla bir neçə tamaşada oynamışam. İstedadlı olmaqla yanaşı, çox maraqlı tərəf-müqabildi. Bunu tək mən yox, digər aktyorlar da deyir.
Mən Dövlət Gənc Tamaşaçılar Teatrından Akademik Milli Dram Teatrına gəldim. İlham isə bu teatrdan Dövlət Musiqili Teatrına getdi, həmin teatrda baş rollar oynayır. Görünür orada İlhama daha çox ehtiyac var.

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK