ANA SƏHİFƏ / YAZARLAR

QUDURĞAN

24157    |   2013-07-06 00:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Bir aydan çox idi ki, Şakir yaxın qohumu və yüksək vəzifədə işləyən Şirzad Gözəlovun qəbuluna düşə bilmirdi. Hər gün səhər tezdən iş yerinə gələr, onun əyləşdiyi binanın yaxınlığındakı hündür çinarın kölgəsi altında gözləyər və ancaq yenə də qohumu ilə görüşə bilməzdi. Qohumu Şirzad Gözəlov isə işə gələndə "AA" serialı xidməti maşından düşərək elə sakitcə kabinetə doğru gedərdi ki, heç ruhu da inciməzdi. Kabinetə doğru gedəndə heç vaxt nə sağa, nə sola tərəf baxmazdı. Bilirdi ki, sağda və solda ona xeyir gətirməyən adamlar durub gözləyirlər. Elə bu adamlara görə də başını aşağı salıb iri addımlarla binaya girərdig
Şirzad Gözəlov çox imkanlı və hörmətli bir vəzifəli şəxs idi. Hətta bir çox nazirlərdən o daha hörmətliydi. Çünki əlaqələri möhkəm idi və istənilən işi aşıra bilirdi. Ona görə də səhər tezdən o işə gəlməmişdən əvvəl binanın qarşısında çoxlu sayda adamlar onu gözləyirdi. O nəinki binaın ətrafında onu gözələyən adamları görməzdi, heç binanın iki addımlığında uca çinarı belə görmürdü. Özünü göyün yeddinci qatında hiss eləyən Şirzad müəllim belə boş-boş şeylərə heç vaxt fikir verməzdi...
Kabinetə keçən kimi mühafizəçilərinə möhkəm təpinərdi:
- Mənim yanıma boşboğaz adamları buraxmayın! Gündə yüzü gəlir ki, qohumumdu. Mənim qohumumun canı çıxsın evimə gəlsin! Yaxınlarım ev-eşiyimi yaxşı tanıyırlar. O qalanlar ki, var ha, onlar hamısı maşinnikdi!
Mühafizəçi:
- Şirzad müəllim, elə biz də gələnlərə elə deyirik. Deyirik ki, qohumundursa get, evində görüş! Ay Şirzad müəllim, vallah, bəzilərini başa salmaq olmur ey! Nə qədər izah eləyirsən, nə qədər deyirsən, yenə iki ayaqlarını bir başmağa dirəyib deyir ki, mən müəllimlə görüşməliyəm, vəssalam!
Rəis təpədən-dırnağa mühafizəçini süzdü və dedi:
-Ə, sən də adam balası ol. Elə qohumum var görürsən ki, məni yaxşı tanıyır, xeyirli adamdı, burax içəri! Mənim zəhləm getdiyi adamları bəzən içəri buraxırsınız, xeyir verənlər isə qalır çöldə! Bax belə şeyləri yığışdırın! Elə eləməyin ki, cin atına minim və sizi iti qovan kimi qovum!..
Mühafizəçi yazıq görkəm aldı və bürüşmüş halda dilləndi:
- Oldu, yoldaş Gözəlov! Bir də başımdan yekə qələt eləmərəm!..
Şakirin gün başına o qədər vurmuşdu ki, az qala ürəyi getmişdi. Çünki zalım oğlu bu yayın istisində səhər tezdən günortaya qədər gəlib o binanın qarşısında dayanardı. Uca çinar ağacının gölgəsi altında isə o qədər adam durardı ki, Şakirə yer olmazdı. İstəsəydi o da gəlib o ağacın kölgəsi altında durardı, ancaq ağacın kölgəsi altında ən çox dayananlar yaşlı kişilər və qadınlar idi. Elə Şakir də onlardan utanıb gəlib orda durmurdu...
... Dəsmalını çıxardıb boynunun tərini möhkəm-möhkəm sildi. Sonra da dedi ki, burda gəlib durmaqla Şirzad Gözəlov məni qəbul eləyən deyil. Çünki bir ay onun qəbuluna ayaq döysə də çinar ağacının kölgəsi altında durub onu gözləyənin heç birini qəbul eləmirdi...
İki gün sonra Şakir eşitdi ki, yaxın qohumlarından biri rəhmətə gedib. O dəqiqə barmağını dişlədi. Fikirləşdi ki, mütləq həmin yas yerinə Şirzad Gözəlov gələcək. Düzdü, dəfn günü baş qarışıq olacaq, amma rəhmətliyin üçündə Şirzadın həmin məclisə gəlməsi mütləq gözlənilirdi. Çünki rəhmətə gedən Şirzadın qaynı Akif müəllim idi. Akif müəllim də elə-belə adam deyildi. Uzun müddət hüquq-mühafizə orqanlarında rəhbər vəzifədə işləmişdi. Yaxşı da dostları, tanışları vardı.
Rəhmətlik Akif müəllim həm də Şirzaddan fərqli olaraq qohum-əqrəba arasında fərq qoymazdı. Məsələn, deməzdi ki, bu kasıbdı, o da varlı. Qohum idisə, mütləq onun xeyrinə-şərinə getməli idi. Şirzad Gözəlov isə kasıb qohumlarının heç birini adam yerinə qoymazdı. Onları görəndə özünü görməməzliyə vurar, kimsə toya çağırıb, dəvətnamə göndərəndə o dəvətnaməni kabinetindəki zibil qutusuna atardı. Sonra da sifətini turşudub deyərdi: "Adə, gedin, tayınızı tapın! Mənim sizin toyda nə itim azıb?!"
Artıq Şirzad Gözəlovun kasıb qohumlarının hamısı ondan iyrənmişdi. Düzdü, Şirzadın da kasıb qohumlarından zəhləsi gedirdi, amma kasıb qohumlarının da ondan xoşu gəlmirdi...
...Şakir yas məclisində yuxarı başda əyləşmişdi. Akif müəllimin üçü günü idi. Öyrəndi ki, Şirzad Gözəlov həm dəfində iştirak edib, həm də ikinci günü məclisdə olub. Demək üçüncü günü də mütləq yas məclisinə gəlməli idi. Günorta saatları olmasına baxmayaraq, o hələ məclisə gəlib çıxmamışdı. Şakir də yerini elə rahatlamışdı ki, ordan kimsə onu çətinliklə tərpədə bilərdi. Molla hər dəfə "Fatihə" verəndə gözü səhərdən oturan Şakirə sataşırdı. Molla da fikirləşirdi ki, balam, bu adam yayın istisində düz altı saatdır məclisdə əyləşib, çıxıb getmir. Sonra da molla öz-özünə dedi: "Əşi, camaatın işi mənə qalıb?!"
Həyətdə o qədər maşın dayanmışdı ki, digərlərinə yer tapılmırdı. Birdən qohumlardan kimsə dedi:
- Şirzad müəllim gəldi!
Məclisdəkilər o gələn tərəfə boylandılar. Şirzad müəllim iri addımlarla ətrafına baxmadan məclisin yuxarı tərəfinə irəliləyirdi. Sanki alçaq dağları o yaratmışdı. Məclisin yuxarı tərəfi isə bomboş idi və orda bircə Şakir əyləşmişdi. İlanın zəhləsi yarpızdan gedən kimi, Şirzadın da zəhləsi Şakirdən gedərdi. Əyləşəndə gördü ki, düz Şakirin yanında oturub. Şakir bu fürsəti göydə axtarırdı. O yazıq bir görkəm aldı və çöhrəsinə təbəssüm qondu:
- Ay qohum, səni xoş gördük. Qadan alım, evdəkilər necədi, nəvələrin nə təhərdi? Nə vaxtandır səni görmək istəyirəm, ancaq gəlirəm qəbuluna içəri buraxmırlar məni...
Şirzad:
- Ay rəhmətliyin oğlu, bu qohum-əqrəbanın əlindən boğaza yığılmışam. Gərək onları qəbul eləsəm, iş-gücümü atam, qohumlarımla məşgul olam. Biri deyir uşağı işə düzəlt, biri deyir oğlum tutulub onu buraxdır, biri də deyir ki, ev tikdirirəm yarımçıq qalıb, mənə kömək elə! Mən yazıq da birinə kömək eləyirəm, beşinə kömək eləyirəm, o birilərinə əl tuta bilmirəm...
Şakir:
- Allah köməyin olsun! Kömək eləsən də sağ ol, eləməsən də!
Ancaq həqiqətdə isə Şirzad Gözəlov xeyri olmayan işə heç vaxt əl qoymazdı. Daha doğrusu, yaralı barmağa sarğı vuran deyildi.
Şakir yenidən özünü toplayıb dərdini Şirzada dedi:
- Bilirsən qohum, sənin yanına gəlməkdə məqsədim odur ki, balaca oğlum ali məktəbi bitirib, beş ildir bir iş tapa bilmirəm. Deyirəm, bəlkə sən ona kömək eləyəsən?
Şirzad Gözəlovun qaşları çatıldı və əsəbi halda:
- Ay Şakir, indi başqa zəmanədi. Qabaqkı kimi deyil. İşə adamları tapşırıqla yox, test imtahanları yolu ilə götürürlər. Ona görə də heç kimə bir söz demək mümkün deyil.
Şakir bir istədi desin ki, necə olur, qayınlarını, baldızlarını, arvadağanın digər qohumlarını dövlət qulluğunda işə düzəltmisən, amma doğmaca xalan oğluna kömək göstərmək istəmirsən?! Bunların heç birini o, Şirzad Gözəlova demədi. Desəydi, olan-qalan hörməti də itirəcəydi.
Yas məclisində əyləşənlərin çoxu vəzifəli adamlar idi. Ona görə də Şirzad Gözəlov canını Şakirdən tez qurtarmaq üçün yerini dəyişib rayon prokurorunun yanına keçdi və başladılar xısın-xısın söhbət eləməyə. Şakir də bu mənzərəni çox da uzaqdan deyil, yaxından izləyirdi. Fikirləşdi ki, Allah zəmanənin üzünü qara eləsin! Bu xalası oğlu Şirzad Gözəlov adi tərcümeyi-halını yaza bilmir, amma noulsun, böyük bir idarənin rəisidir, qaz vurub, qazan doldurur. Balalarına, nəvələrinə bir gün ağlayıb. Hamısını ev-eşik edib. Bahalı maşınlar alıb. Hətta Bilgəhdə, Mərdəkanda, Novxanıda nəvələrinə bağ evləri də bağışlayıb.
O, dərindən nəfəs saldı. Fikirləşdi ki, artıq məclisdə oturmaq da Şakiri sıxır. Havası çatışmırdı. Tezliklə məclisi tərk elədi və iri addımlarla avtobus dayanacağına doğru getdi. Dedi ki, belə alçaq qohuma ağız açmaqdansa, elə yaxşısı budur, oğluma deyərəm dövlət qulluğuna girmək üçün lazımi sualları axtarıb tapsın və hazırlaşsın. Onun oğlu Mərdan düz üç ay möhkəm hazırlaşdı. Hətta atası Şakir kişi ona müəllim də tutmuşdu. Üç aydan sonra imtahan oldu və test imtahamına lazımi balları topladı. Müsabiqədən keçib işə qəbul olundu. Nazirliklərin birində işləməyə başladı.
... Səhər tezdən Şakir qəzetləri vərəqləyəndə gözü bir xəbərə sataşdı. Xəbərdə yazılırdı ki, filan idarənin rəisi Şirzad Gözəlov külli miqdarda rüşvət aldığına görə Korrupsiya İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Day xəbərin arxasını oxumadı və sakitcə evlərinə sarı getdi. Fikirləşdi ki, bu da qudurmağın, qohum-əqrəbanı saymamağın sonu! Çünki axır vaxtlar Şirzad Gözəlovun gözü ayağının altını görmürdü. Belə də olmalı idi......

FAİQ QİSMƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK