ANA SƏHİFƏ / YAZARLAR

DƏMİRÇİ

30286    |   2013-06-22 01:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

...Həmid kişi axırıncı namazını qılıb otağa keçdi. Mışıl-mışıl yatan uşaqlarına baxdı. Fikirləşdi ki, bu uşaqları böyütməliyəm, oxutmalıyam, sonra da Allah qismət eləsə toylarını eləməliyəm! Amma bu həyat tərzi ilə çətin ki, üç uşağı - Zəfəri, Aydını və Mədinəni ürəyi istədiyi kimi böyüdəydi. Çünki zəmanə o zəmanə deyildi. Gərək yaxşı dolanmaq üçün kiməsə yalan danışaydın, kimisə aldadaydın, əyri yolla gedəydin...
Bunları isə Həmid kişi bacarmırdı. Çünki Həmid kişi gözünü açandan evlərində halallıq görmüşdü, düzlük görmüşdü və ən nəhayət gözünü açandan evdəkilərin yalan danışdığını eşitməmişdi. Həmidin babaları da, atası da oruc tutub, namaz qılan adam idi. Və bu kişilər heç vaxt evlərinə haram tikə, haram çörək gətirməmişdilər.
Düzdü, çətinlikləri olmuşdu, dolanışıq sarıdan o qədər əziyyət çəkmişdilər ki, bunu bir onlar bilirdi, bir də Ulu Yaradan. Heç kimə ağız açmazdılar və heç kimin də minnətini götürməzdilər. Çətinliklə də olsa, onun babaları öz övladlarına savad vermişdilər, ali məktəbdə oxutmuşdular və işə də düzəltmişdilər. Sadəcə olaraq, bu ailə hər hansı bir məqsədə çox əzab-əziyyətlə və çətinliklə çatırdı.
Evin ağsaqqalı Həmid kişi bir daha babalarını yada saldı. Gözünün qabağına babası Əliş kişinin dəmirçixanada dəmiri necə qızardıb çəkiclə döyməsi gəldi. Babası həmişə dəmiri ocaqda qızardar, sonra da onu çəkiclə möhkəm-möhkəm döyərdi. Çəkiclə döyə-döyə həmin dəmirdən ya dəhrə düzəldərdi, ya da bıçaq. Kənddə ondan başqa da dəmirçi vardı. Amma Əliş kişinin işindən camaat o qədər razı qalardı ki, bir də yenidən onun yanına qayıdıb dəhrə, bıçaq və eləcə də digər həyət-bacada işlənən alətləri düzəltməyi sifariş verərdilər.
...Uşaq olanda həmişə babasının dəmirçixanasına gələr, onun işinə göz qoyar, yüksək temperaturda dəmiri ocağa salıb necə qızartdığına baxar və sonra da evdən gətirdiyi torbaya bükülən yeməyi babasına verərdi. Babası da nəvəsi yemək gətirən kimi, əlini saxlayar və keçib yaxınlıqda əl-üzünü möhkəm-möhkəm soyuq su ilə yuyar, dəsmalla üz-gözünü qurulayardı. Nəvəsinin gətirdiyi süfrəni açanda orda pendir, pomidor, xiyar, iki tikə də toyuq soyutması olardı. Yeməkləri səliqə ilə süfrəyə düzər və nəvəsini də çağırardı ki, gəlsin bir tikə çörək yesin.
Babası:
- Ay Həmid, gəl bir az çörək ye! Tək yeyəndə canıma yatmır.
- Baba, vallah, evdə yeyib gəlmişəm. Nənəm dedi ki, sən acsan, ona görə də tez ayaqyalın, başıaçıq yeməyi sənə çatdırdım...
- Ay oğul, tərslik eləmə! Baban deyir ki, gəl yemək ye, deməli, onu eşitməlisən!..
Həmid babası Əliş kişinin təkidli dəvətindən sonra süfrə arxasında əyləşdi. Əlini qıpqırmızı qızarmış pomidora sarı uzatdı və sonra da dedi:
- Baba, elə bu pomidorla çörək mənim bəsimdir. İki yerə bölüb, üstünə duz tökərək yeyəcəyəm...
O, elə də etdi. Pomidoru bıçaqla səliqə ilə iki yerə böldü və üstünə duz töküb çörəklə yeməyə başladı. Elə şirin-şirin çörək yeyirdi ki, babası nəvəsinin bu hərəkətlərini nəzərdən qaçırmadı və dilləndi:
- Həmid, görürsən, çölçülük nə yaxşı şeydi?! Burda bir tikə də çörək yeyəndə adama bal kimi şirin gəlir. Bax, mənim özüm möhkəm işləmişəm, indi yeyəcəyim o gətirdiyin azuqələr o qədər şirin olacaq ki, dadı damağımdan getməyəcək. Çünki əziyyət çəkib, işləyib, tər töküb, çörək yeyəndə o bal kimi şirin olur və canınıa məlhəm kimi yayılır. Sən də çalış ömrün boyu əziyyətinlə, zəhmətinlə çörək qazan. Bax, onda heç kimdən minnət götürməzsən.
Əliş kişi nəinki kənddə, hətta rayonda təmiz, saf və halal adam olmağına görə, böyük hörmət qazanmışdı. Ümumiyyətlə, onların nəsli-nəcabəti Allahını tanıyan, təmiz və halal bir nəsil kimi sayılırdı. Elə bu halallığına görə də el-obada onlara hamı hörmətlə yanaşardı...
...Bir anlıq Həmid kişi xəyaldan ayrıldı və babasının dedikləri yadına düşdü. Düşündü ki, hər açılan səhərə və hər günə görə Allaha şükür eləmək lazımdır. Elə babasından da ona dəmirçi sənəti qalmışdı. Amma əvvəlki kimi, kənddə dəmirçiyə çox adamın işi düşmürdü. Həmid kişinin dəmirçiliklə yanaşı, maşından da başı yaxşı çıxırdı. Maşını xarab olan, yolda qalan adamlar gecə vaxtı onun qapısını döyər və kömək istəyərdi. Gələnlər deyərdilər ki, Həmd kişi, ölmüşük bizi yerdən götür. Maşınımız palçığın içində, kəndin ortasına qalıb, işləmir. Ümidimiz sənədi. Həmid kişi tez əyin-başını geyinər, hətta hava qarlı-çovğunlu və şaxtalı olsa belə heç nəyə əhəmiyyət vermədən, bir söz deməyərək gələn adamın yanına düşər və onunla hadisə yerinə gedərdi. Və heç kimi də darda qoymazdı. İki daşın arasında maşının xarab yerini axtarıb tapar, bir təhər quraşdırıb düzəldərək avtomobili işə salardı. Avtomobil işə düşəndə sürücünün sanki gözünə işıq gələrdi və deyərdi:
- Ay Həmid kişi, Allah sənin balalarını saxlasın, sən olmasaydın, bu gecə vaxtı mənə kim idi kömək eləyən, qalmışdım kəndin ortasında. İndi de görem, sənə borcum nə qədərdi?!
Bu sözləri eşidəndə Həmid kişi əsəbiləşər və gələn müştəriyə deyərdi ki, əgər pulun vardısa, mənim qapıma yox, Cəfərin yanına gedəydin. Onda görərdin ki, usta Cəfər səndən nə qədər pul istəyir. Ömrüm boyu heç kimdən gördüyüm iş üçün pul ummamışam. Özü də gecə yolda qalan və mənə pənah gətirən adamlardan heç nə istəməmişəm. Sənin də bir manatın mənə lazım deyil. Get, Allaha dua elə! Dua elə ki, Həmid kişinin canı sağ olsun, çətinə düşən adamlara kömək eləsin!
...Uşaqlar böyümüşdü. Zəfər orta məktəbi bitirir, Aydın 8-ci sinifdə oxuyur, Mədinə isə 5-ci sinfə gedirdi. Onların necə böyüdüyün Həmid kişi hər gün, hər saat hiss eləyirdi. Hiss eləyirdi ki, bu uşaqlara haram tikə yedirtməyib və onları düzgün tərbiyə eləyib. Tez-tez onun yanına böyük oğlu Aydın, bir də Zəfər gələrdi. Amma bu uşaqların heç birinin dəmirçi peşəsinə marağı yox idi. Çünki uşaqlar gözünü açan kimi, kitabdan elə yapışmışdılar ki, onları kitabdan qoparmaq mümkün deyildi. Böyük oğlu Zəfər hüquqşünas olmaq istəyirdi, balaca oğlu Aydın isə yaxsı mütəxəssis kimi yetişmək arzusundaydı. Bircə qalırdı qızı Mədinə, hələ o heç bir şey demirdi...
...İllər bir-birini ildırım sürəti ilə əvəzləyirdi. Artıq böyük oğlu Zəfər universitetin hüquq fakültəsinə qəbul olmuş və oranı bitirmişdi. Prokurorluğun keçirdiyi test imtahanından da yüksək bal toplamışdı. Müsabiqədə isə onunla söhbət eləyən hüquqşünaslar bu gəncin təfəkkürünə, məntiqinə və hüquqi savadına məəttəl qalmışdılar. Ona görə də müsabiqədə iştirak edən mütəxəssislərin hamısı ondan razı qaldı və Zəfəri şimal bölgələrində olan rayon prokurorluğuna müstəntiq göndərdilər. Az bir vaxtda Zəfər özünü təsdiqləyə bildi. Hətta nə vaxtandır açılmayan cinayət işini rayon prokuroru ona həvalə etdi və Zəfəri yanına çağırıb dedi:
- Sən bacarıqlı və istedadlı gəncsən. Neçə ildir bağlı qalan cinayət işinin üstü açılmır. Mən bu işi sənə etbar edirəm. İnanıram ki, güclü məntiqi təfəkkürün sayəsində onun üstünü aça biləcəksən.
Zəfər:
- Cənab prokuror, bu iş çox ağır cinayət işidir. Ancaq siz mənə etimad göstərdiyinizə görə, çalışacam cinayətin üstünü açam.
Zəfər düz bir ay cinayət işində adı hallanan adamlarla görüşdü, onların izahatını, ifadələrini aldı. Kələfin ucunu artıq ələ keçirmişdi. Zərərçəkən tərəf də istintaqın ədalətli getdiyinə görə, bir qədər sakitləşmişdi. Son nöqtəni isə Zəfər prokurorun yanında qoydu və bildirdi:
- Cənab prokuror, cinayətin üstü açılıb, hər şeyə baxa bilərsiniz. Mən istəyirəm ki, Həsənovu həbs edim!
Prokuror diqqətlə cinayət işini vərəqlədi, alınan izahatları və ifadələri nəzərdən keçirdi. Gördü ki, gənc müstəntiq hər şeyin izinə düz düşüb və Həsənovdan yapışmaqda tam haqlıdır. Ona görə də Zəfərə məsləhət verdi:
- Çıxardığın qərarla mən də razıyam. Sanksiyanı hazırla imza atım. Və bu gün Həsənovu həbs elə!
...Uzun müddət bağlı qalmış cinayət işinin üstü Zəfərin gücü məntiqi nəticəsində açıldı. Həmid kişi övladının xoş sədasını eşidəndə sevincindən ürəyi köksünə sığmırdı. Sevinc-sevinc dalınca gəlirdi. Artıq ortancıl oğlu Aydın da ali məktəbi bitirmişdi, o da yaxşı bir vergi müfəttişi idi. Vergi işini beş barmağı kimi bilirdi. Qızı Mədinə isə Tibb Universitetini bitirib mərkəzi xəstəxanada həkim işləyirdi.
Həmid kişi övladlarının xoş sədalarını eşitdikcə uçmağa qanadı olmurdu. Fikirləşirdi ki, dünyada halallıqdan və təmizlikdən gözəl şey yoxdur. Amma uşaqlar dünyaya gələndə Həmid kişini dərd götürmüşdü. Babasının öyrətdiyi dəmirçi peşəsi ilə Həmid kişi uşaqların da böyütdü, əlini çörəyə çatdırdı və özünün də şərəfini, mənliyini qoruya bildi. Kənddə çox pullu adamlar Həmid kişiyə qibtə eləyirdilər...
Qibtə eləyirdilər ki, onların varı-dövləti başlarından aşsa da, dərdləri böyükdü. Çünki övladları fərsiz çıxıb və onların başını aşağı eləyib. Amma Həmid kişi toyda-düyündə və xeyirdə-şərdə bir kəlmə danışmaz, nə də övladları ilə öyünməzdi. Elə sakitcə gəlib bir stolda oturar, toydusa xeyir-dua verər, yas idisə "Allah rəhmət eləsin" deyib gedərdi.
Həmid kişi bütün bunlara görə Allahına borclu idi. Və Allahına dua edirdi ki, nə yaxşı uşaqları böyüdə bildi. Nə yaxşı onların əlini çöyərə çatdırdş. Və nə yaxşı ki, o ağır yük onun çiynindən götürüldü...

FAİQ QİSMƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK