Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SEVRDƏN SÜRİXƏDƏK GƏLƏN YOL Adalet.az | SEVRDƏN SÜRİXƏDƏK GƏLƏN YOL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SEVRDƏN SÜRİXƏDƏK GƏLƏN YOL

27580    |   2009-10-31 03:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tarix yazılıb, qeyd olunmuş keçmişdən daha
   
   artıq bir şeydi. O, yazılmış, yazılacaq və ən
   
   önəmlisi xatırlanan keçmişdən oluşur.
   
   
   
   (Əvvəli ötən şənbə sayımızda)
   
   
   
   YURDSUZ İMPERATOR
   
   
   
   ... Tarixdəki ən dərin dövlət təcrübələrindən birini yaşadan xanədanın xələfi olan Vəhdəddin bu gün də ən çox müzakirə olunan isimlərdən biridi. Halbuki o, bu taxta istəmədən, təsadüfən oturdulmuşdu. Osmanlı xanədanında taxt varisləri Əkbəriyyət prinsipi ilə seçildiyindən həmin vaxt Sultan Əbdüləzizin oğlu Yusif İzzəddin əfəndi vəliəhd idi. Vəliəhdin intiharı Vəhdəddini taxta namizəd edir. Ancaq özünün də söylədiyi kimi, o, bu iş üçün yetişdirilməmişdi. Həmin dövrün çətin siyasi mənzərəsini də nəzərə alsaq, bu zəif adamın çiyinlərinə nə qədər ağır yük düşdüyünü anlamaq çətin olmayacaq. Ancaq təsadüfmi, ya olacaqmı - Vəhdəddin sultan taxtına oturduldu. Tarix 1918-ci il. Birinci Dünya Müharibəsinin sonuncu ili. Və Osmanlının sonuncu padşahı taxta çıxır. Əgər buna padşahlıq demək olarsa. Yurdsuz padşah...
   
   İngiltərə və Fransa Sevr anlaşmasını imzalamaq üçün sultana ciddi təzyiqlər edirlər. Sultan İngiltərə kralı V Georqa göndərdiyi teleqrafda bu barış şərtlərinin yumşaldılması ricasında bulunsa da kral cavabında özünün heç bir şey edə bilməyəcəyini, hər şeyin müttəfiq dövlətlərin əlində olduğunu bəyan edir. Ancaq o vaxt ingilisləri çəkindirə biləcək ciddi bir amil mövcud idi - Hindistan məsələsi. Daha doğrusu, Hindistan müsəlmanları. Nəzərə alsaq ki, sultan həm də İslam aləminin xəlifəsi idi və onun Hindistandakı ümməti İstanbuldakı siyasi dəyişmələri diqqətlə izləməkdə idi. Hindistan müsəlmanlarının Osmanlıya həm maddi, həm də siyasi dəstək verdikləri isbat edilmiş faktlardı. Bu dəstəyin və yüz milyonlarla müsəlman kütlənin mövcudluğunun fərqində olan İngiltərə türklərə olan basqının Hindistanda da əks-səda doğuracağından əndişəli idi. Hətta 1922-ci ildə "Times"da çıxan bir yazıda "İstanbul türklərə geri verilməzsə İngiltərə Hindistanı kayb edəcək" kimi fikirlər də yer almaqda idi. Təbii ki, ingilislər Sevr anlaşmasının tələblərinin yerinə yetirilməsini arzu edirdilər. Amma başqa qorxuları da vardı. Bu qorxuların qaynağı isə belə sıralana bilər:
   
   1. Osmanlı bu anlaşmanı rədd edə bilər. İmzalasa da uyğulamaz.
   
   2. Sultan Vəhdəddin taxtdan çəkilə bilər və ya taxtdan endirilə bilər. Anadoluda yeni hökumət qurula bilər və Osmanlı məclisi Anadoluya köçürülə bilər. Bütün türklər mücadiləyə qalxa bilər. Anadoluda, Frakiyada yaşayan xristianlar qətliama məruz qala bilər.
   
   3. Yunanların əleyhinə aparılacaq hərəkətləri yerbəyer eləmək üçün türk və bolqar işbirliyi ilə Avropada sonu görünməyən bəzi təşəbbüslərin başlanması söz konusu ola bilər.
   
   4. Anadoluda bolşeviklər, ərəblər və türklər arasında gələcəkdə ortaq bir işbirliyinin meydana çıxması mümkün ola bilər.
   
   ... İngilis çox uzaqgörən idi. Hər hansı bir addım atılanda bütün olasılıqlar gözdən keçirilirdi. Belə bir vəziyyətdə məmləkətə dəmir iradə gərəkirkən təsadüf nəticəsində taxta çıxmış adamdan güc göstərisi tələb etmək doğru olarmı? Vəhdəddin haqqında ən çox mübahisə yaradan məsələ nədən Vətənini tərk edib İngiltərəyə sığınmasıdı. Cavablanması müşkül məsələdi, hələ Osmanlılıq şüurundan bəhs edərsək...
   
   1922-ci ilin 16 noyabrında Yıldız sarayını tərk edən və gəmi ilə vətənindən uzaqlaşan Vəhdəddin Türkiyə Böyük Millət Məclisinin yenicə çıxardığı qanuna görə artıq padşah deyil, yalnız xəlifə ünvanını daşıyır. Belə bir fikir də var ki, Vəhdəddinin gedişi Ankara hökumətinin işini asanlaşdırıb, Lozannada imzalanacaq yeni anlaşma üçün İstanbul hökumətinin də qatılmasını tələb edən İngiltərə, Fransa və İtaliyanı müşkül duruma düşürüb. Təbii ki, məğlub vəziyyətdə olan sultan ikili siyasət yürütməyə məhkum idi. Bir tərəfdən qalib dövlətlərlə dil tapmağa, bir tərəfdən də asi Ankara hökuməti ilə münasibət saxlamağa məcbur idi. Unutmayaq ki, Mustafa Kamala örtülü ödənəkdən min altın və vəzifə verib Anadoluya göndərən də o idi. Və ordu sərkərdələrinin ingilislərin nəzarəti altında olan İstanbuldan çıxıb daha təhlükəsiz Anadolu torpaqlarında birlikdəliyini təmin edən də o idi. Hər kəsin haqqını vermək lazım. Kimisə göylərə qaldırıb kimisə yerə çırpmaq düzgün olmayacaq.
   
   Vəhdəddin Osmanlı tarixinin ən faciəvi fiqurlarından biridi. Özünün dediyi kimi, "mən millətin atəşli külü üzərində oturdum. Təxti-səltənətin qu tükündən düzəlmiş yastıqlarına gömülmədim! Bunlardan kimsəyə bəhs etmirlər, millətə məlumat verə bilmirlər. Əlbət, bir gün tarix həqiqətləri yazar". Qəribədir ki, sonuncu sultan haqqındakı həqiqətləri ilk dəfə türk basınında, Türkiyənin ən böyük solçusu Başbakan Bülənt Ecevit 2005-ci ildə qəzetlərə verdiyi açıqlamalarda bildirmişdi.
   
   ...İngilislər onlara sığınan sonuncu padşaha yurdsuz imperator olmanın bütün məziyyətlərini göstərirlər. Əvvəlcə Malta adasına aparırlar, sonra kübar bir şəkildə onun burda qala bilməyəcəyini söyləyirlər, Fasa (Tunis) getməyi təklif edirlər. Bu arada Hicaz kralı Hüseyn Vəhdəddini Məkkəyə dəvət edir. (Siyasi baxımdan çox maraqlı yazışmaları var. Təəssüf ki, hamısını yazıya sığışdırmaq olmur). Vəhdəddin də İslami bir coğrafiyada iqamətgah arzusundadı. (Bu da maraqlı faktdır ki, 400 il İslamın qılıncını daşıyan Osmanlı padşahlarından kimsə Haca ziyarətə getməyib). Məkkədə bir müddət qalan, özünü xəlifə kimi aparmaq istəyən Vəhdəddin az sonra "sağlıq sorunları" səbəbi ilə Hicazdan ayrılır. İngilislər buna da sevinirlər. Çünki xəlifənin bu coğrafiyada bulunması onların bayrağı altında yaşayan müsəlmanları yerindən oynadır. Nəzərə alsaq ki, o zaman dünya müsəlmanlarının 80 faizi müstəmləkə zülmü altındadı, mənzərə aydınlanır.
   
   Vəhdəddinin taleyi çox adamlara ibrət konusu ola bilər. (Təbii ki, olmur). Uzun-uzadı təsvirlərdən qaçaraq deyim ki, top kimi ordan-bura, burdan-ora atılan sonuncu imperator Hicazdan İsgəndəriyyəyə, ordan Genuyaya, ordan da San-Remoya gedir. 12 nəfərlik ailə böyük maddi sıxıntılar içindədir. Və İngiltərə hökuməti isə ona maddi dəstək vermək fikrində deyil. Saysız-hesabsız müraciətlərin də faydası yoxdur. Onu qeyd edim ki, azdan-çoxdan maliyyə yardımını Hindistan müsəlmanları ediblər. 16 may 1926-cı ildə İtaliyanın San-Remo şəhərində 65 yaşında vəfat edir Vəhdəddin. Ailəsinə miras olaraq külli miqdarda borc qalır. Alacaqlılar ev əşyalarını müsadirə edirlər. Hətta cənazəsinin dəfn olunmasına icazə almaq üçün o zaman Suriya dövlət başkanı olan Əhməd Nami bəy pul ödəyir, dəfnə icazə verirlər. 600 il babaların dünyaya hökm etsin, öləndə cənazənin üstünə həciz qoyulsun. Ay gidi dünya!..
   
   
   
   DAMAD FƏRİD PAŞA
   
   
   
   Osmanlı tarixində damad sədrəzəmlərin sayı az deyil. Sarayla qohum olan, sultanın qızı, ya da bacısı ilə evlənmiş paşalardan biri idi Fərid paşa. Xanədan mənsubları ilə qohum olmaq çox imtiyazlar versə də, bir çox hallarda onları edamdan da qurtara bilmirdi. "Damad Fərid paşa" sözü ilə, "xain" sözü sinonim kimi işlənir. Əslində necəymiş, bunu da doğru-düzgün yazan yoxdur. Onun haqqında geniş məlumatı yenə ingilis arxivlərində axtarmaq olar. İngilislər onun haqqında böyük rəğbətlə danışırlar. 1920-ci il ingilis İstihbarat raportlarında belə yazırlar: "Damad Fərid paşa 70 yaşlarında birisidi. 1886-cı ildə padşahın bacısı Mədiha Sultanla evlənib. Liberal görüşlüdü, islahatlarda fransız və alman modellərini tənqid edir. Sultan Vəhdəddinə onun qədər sədaqətli birisi olmadı. Xalq onu sevmir. Xəta və yanlışlarına rəğmən yüksək bir cəsarət sahibidi. Qaynının (yəni Sultanın) nüfuzundan geniş ölçüdə istifadə edir. İngilislərin böyük heyranı durumundadı. Və Türkiyənin qurtuluş yolunu Böyük Britaniya ilə birlikdə görür. Təəssüf ki, çox yaşlıdı və sağlığı yerində deyil. Ancaq hələ də milliyyətçi qüvvələrə qarşı yönəlmiş güclərin mərkəz nöqtəsidi". Bu ingilislərin yazdıqları. Ancaq dediyim kimi, ingilislər uzaqgörən olublar və onlara yalnız yaltaq deyil, həm də xalqın güvənini qazanmış, xalqı istənilən istiqamətə yönəldə bilən yaltaq lazım imiş və Sevr anlaşmasının bir nəticə vermədiyini görən ingilislərin basqısı nəticəsində Damad Fərid paşa 17 oktyabr 1920-ci ildə görəvindən ayrılır. İki il sonra da mühacirət edir. Mühacirət həyatı ciddi maddi sıxıntılar içində keçir. İngilis dostluğuna rəğmən İngiltərə ona yardım etmir. Öz köməkləri bir tərəfə qalsın, başqalarının da yardım etməsinə izn vermirlər. Damad Fərid paşa 1923-cü ildə Nitsada səfalət içində vəfat edir. Bu da yadellilərə arxayın olanların aqibəti...
   
   
   
   (Ardı var)


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-09-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK