ANA SƏHİFƏ / MƏMLƏKƏT

Vətən olan oğullar- şəhid Qaryağdı Əhmədovun anım günüdür

36912    |   2020-08-01 15:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əhmədovlar ailəsi ilə Quzanlı köçkün şəhərciyində tanış olmuşdum. 1993-cü ildə Ağdamın Saybalı kəndindən məcburi köçkün düşən Eldar əmi sakit, həlim bir adam idi. Həyat yoldaşı Məzəli xanım isə deyən-gülən, pozitiv, xeyirxahlığı, ləyaqəti, səmimiyyəti ilə hamının könlünə girməyi bacaran qadın idi. Ailə də 3 oğul bir qız böyüdürdülər. Evin balacı isə qarayanız, suyuşirin Qaryağdı adlı körpə idi. Doğma kəndi işğal olunanda Qaryağdının bir yaşı təzə tamam olmuşdu. O qədər qaynar, aktiv, sevimli uşaq idi ki, yanından ötdünsə, onu çimdikləməmiş, saçını-başını bir-birinə qarışdırmamış, xoşu gəlməsə də, zorla tutub öpməmiş əl çəkmirdik. . Əlimizdən çıxan kimi yekə bir daş axtarıb tapırdı. Onu zorla yerdən qaldırırdı, güclə qucağında gətirirdi və daşı vurmağa ürəyi gəlmirdi. "Hikkəylə” qucağını göstərib deyirdi:”Bu daş var haa, bu daşnan səni vurub öldürərəm”. Sonra daşı qucağından yerə atıb, azacıq uzaqlaşırdı və başlayırdı "qələbə” əzmi ilə gülümsəməyə. Guya bizi qorxudub "qisas”ını alıb . Onda Qaryağdının 4 yaşı vardı.

Asta-asta böyüdü... gözümüzün qarşısında məktəbli oldu, sonra əsgər getdi, sonra geri döndü. 22 yaşı olanda ana-atası onu evləndirmək söhbətini açdılar. Qaryağdı isə nəinki, söhbətə razı olmadı, hətta yenidən səngər həyatını seçəcəyini ailəsinə elan edib, evdən çıxdı. Səngər onu çağırırdı...

Bu gün Əhmədov Qaryağdı Eldar oğlunun doğum günüdür

Qaryağdı Əhmədov 1992-ci ilin 1 iyulunda Ağdam rayonunun Saybalı kəndində anadan olub. Quzanlı kəndində yerləşən 68 saylı köçkün orta məktəbi bitirib. Tovuz rayonunda hərbi xidmətdə olub. Xidmətdən qayıtdıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən (MAXE) hərbçi kimi cəbhəyə yollaıbı.2014-cü il avqustun 1-də Ağdamın Çıraqlı kəndi ərazisində gedən döyüşlərdə şəhidolub.

O vaxt xəbər qəsəbəyə ildırım sürəti ilə yayıldı. Qəsəbə də hamı Eldar Əhmədovun evinə tərəf axışırdı. 3 mərasimində mən də

İştirak etdim və xətrini istədiyim bu ailənin ağır günündə dəstək olmaq borcum idi.

Fürsətdən istifadə edib ailənin hər bir üzvü ilə söhbətləşə, onlara təsəlli verməyə çalışdım.

Şəhidimizin qardaşı İsayla söhbətləşən də o bildirdi ki, Qaryağdı evin sonbeşiyi olduğu üçün hamımız tərəfindən məxsusi sevilirdi:” Həm də çətinliyi sevirdi, mümkün olmayanı əldə etməyi arzu edirdi. Məsələn, o kimisə ad günü ilə bağlı təbrik edəndə "uzun ömür, can sağlığı” kimi şablon sözlər işlətmirdi. Yarızarafat, yarıgerçək deyirdi: Allah səni yurduna qovuşdurmayana qədər canını almasın...

Bir dəfə nənəm xəstələnmişdi, indi guya nənəmə təsəlli veri: Nənə haaa, birdən əzrayıla can verərsən. Qəti vermə! Gəlib eləsə denən, özümü kəndimizə -Saybalıya saxlayıram..

İnanırsınız, nənəm necə ürəkdən qəhqəhə çəkib güldü... Elə nənəmin yanına yığışanlarda özlərini gülməkdən saxlaya bilmirdilər. Mənim qardaşım belə duzlu-məzəli, pozitiv bir oğlan idi. Onu şəhidliyindən əlavə gözəl xüsusiyyətlərinə görə də sevirdilər. Hamı onun toy xəbərini gözləyirdi...

Şəhidin atası Eldar əmi ilə söhbətləşmək olduqca ağır idi. O, oğlunun vətən yolunda şəhid olduğunu qürurla deyir və dodaqlarını titrəməsi , əllərinin əsməsi, gözlərinin dolması atalıq hissinin ağrısını tam biruzə verirdi. Çətinliklə də olsa danışmağa özündə güc tapdı : "1992-ci ilin iyulun 1-də anadan olmuşdu, avqustun 1-də də.... (Susur)... 22 il 1 ay ömür sürdü. Onunla sonuncu dəfə görüşəndə öyüd-nəsihət verdik. Dedik, ehtiyatlı ol. O da gülümsəyərək " Mən şəhid olsam, siz də şəhid ailəsi olsanız, mənimlə fəxr edəcəksiniz”- dedi. Oğlumu alnıaçıq şəkildə torpağa tapşırdım. O bu vətən üçün şəhid oldu. Belə bir övlad böyütməyimlə fəxr edirəm. Azərbaycanın bütün rayonlarından bura gəlirlər, dərdimizə şərik olurlar. Çox sağ olsunlar”.

Şəhid atası sözünü bitirib gözünü yola zilləyir. Sanki o yolun bir döngəsindən Qaryağdı qəflətən çıxacaq, gülə-gülə: "Yenə niyə yola düzülmüsünüz? Evdə gözləyin də məni” deyəcək. Anası nigaran baxışlarla :”A, bala, o tərəfdən atışma səsi gəldi”-söyləyəcək. Qaryağdı yenə zarafatından qalmayacaq: "Niyə narahat olursunuz axı, Moskvadan gəlmirəm ki, budey, Çıraqlı qulağınızın dibindədir. Ordan gəlirəm də” deyəcək, anasının, atasının boyuna sarılıb onları əzizləyə-əzizləyə evə tərəf aparacaqdı.

Eldar əmi gözünü yollardan çəkmirdi... Onu elə orada qoyub evə tərəf döndüm. Məzəlinin səsi ərşə dayanmışdı. Onu susdurmaq, ovundurmaq olmurdu. Əvvəlki, danışan-gülən, ətrafı varlığı ilə nura boyayan Məzəlinin yerində sanki yad bir adam oturmuşdu...Kal səsi ilə nəfəs dərmədən: Balam, balam, balam” deyib nalə çəkirdi. Arada fatihə veriləndə məcburən o da susdu və dialoqumuz baş tutdu:”Bu qədər özünə zülm eləmə!Övladların var, Allaha ağır gedər!”-dedim.

-Yox , vallah, oğlumun şəhid olması ilə qürur duyuram. İndi ölüm yerdən-göydən yağır. İndi şəhid olmaq hər ölənə qismət olmur. Balama qismət oldu! Şəhidliyin mübarək balam!3 oğlum var! Biri vətənə qurban!Anla məni qadan alım, mən oğlumun şəhidliyindən qürur duyuram. Dövrəl-qədimdən deyirlər ki, oğul düşmən çəpəridi! Oğul vətə üçün ölməlidi. Mənim balam kimi oğullar! Amma anayam, torpağa verdiyim, mənim bir parçamdı. Məni yandıram həmin parçadı!”

Çöldən kimsə dedi ki, Qaryağdının silahdaşları da məclisə gəlib. Ana hövlanak yerindən qalxıb, qapıya tərəf qaçdı. Səsi həyəti başına götürdü:”Sizə qurban olun, hanı mənim balam? Hanı Qaryağdı? Niyə Qaryağdını da gətirmədiniz?”

Artıq təmkinimi, göz yaşımı saxlamağı bacarmadım və "təsəlli missiyamı” unudub həyətin ortasında dayanmış, dünənə qədər Qaryağdı ilə bir süfrədə oturan, bir səngərdə keşik çəkən , bir kazarmada yatan silahdaşlarının, məğrur duruşlu, amma simaları qayğılı igidlərin yanından ötüb bayaq Eldar əminin gözünü zillədiyi yola buruldum. Hər döngəni ötdükcə, hər cığırdan keçdikcə orda Qaryağdının izlərini görürdüm! Bu gün, məhz bu gün Qaryağdı Vətən olmuşdu.

Qeyd edək ki, Qaryağdı Əhmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Ruhun qarşısında ellikcə baş əyirirk Qaryağdı!

P.S. Bu gün onlayn olaraq bu ailənin yanında olmağı bir daha ehtiyac duydum. Şükür Allaha artıq Eldar əminin ocağında Qaryağdı əmisinə bənzəyən daha iki igid böyüyür.

Əntiqə




İmza:

Neftçalada yasda iştirak edən 17 nəfər saxlanıldı

İmişlidəki göllərdən Baş Muğan kanalına 3,5 milyon kubmetr su vurulub - suvarma problemi həll olunur

AQTA 78 müəssisədə qayda pozuntusu aşkarladı

Çadırda Üzeyir Hacıbəyov doğula bilməz

İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni “London taksi”ləri ilə tanış olub - YENİLƏNİB + VİDEO

İcra hakimiyyəti Nərimanovda inşa edilən futbol meydançasının tikintisini dayandırıb

190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik

Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı - VİDEO

“ABAD”a yeni sözçü təyin olunub

Mirhəsən Seyidov Tovuzda yaralanan zabiti ziyarət etdi

Sabah 19197 abituriyent qəbul imtahanı verəcək

Azərbaycanda kəhrizlərin 332-si erməni işğalı altındadır - İnstitut direktoru

SON XƏBƏRLƏR
2020-08-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK