ANA SƏHİFƏ / HADİSƏ

Əmisi təcavüz etdi, qız etiraf etdikdə isə 11-ci mərtəbədən atıb öldürdü

12578    |   2020-07-31 10:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İranda 16 yaşlı qız əmisi tərəfindən cinsi istismara məruz qalmasını açıqlamasından sonra binanın 11-ci mərtəbəsindən atılaraq öldürülüb.

Bu barədə "Hürriyet” yazıb.

Hadisə İranın paytaxtı Tehranda baş verib. Müctəba Namdar adlı şəxs qardaşının Fatimə adlı 16 yaşlı qızını cinsi istismara məruz qoyub. Qız bu barədə açıqladıqda isə öldürülüb. Hadisə İran ictimaiyyətində böyük rezonans doğurub.

Məhkəmə qarşısına çıxarılan M.Namdar girov qarşılığında azadlığa buraxılıb.

"Qızımı gözlərimin qarşısında pəncərədən atdı və qızımın bədəni əllərimin arasında idi. Girov müqabilində azadlığa buraxıldı, ancaq indi sərbəst şəkildə gəzir. Bu insanı necə sərbəst buraxdılar?”, - deyə ölən qızın anası Barihə Rəhmani bildirib.

Qadın, həmçinin, M.Namdarın oğlunu da ölümlə hədələdiyini qeyd edib.




İmza:
SON XƏBƏRLƏR
2020-08-15
2020-08-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK