ANA SƏHİFƏ / YAZARLAR

DOĞRULAR... ƏYRİLƏR... - Seyfəddin Altaylı yazır

38611    |   2020-07-31 12:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Düz sözü hardan gəlirsə gəlsin götürün deyənə yox, deyilən sözə baxın”.

Hz. Əli

Yeni Zelandiyada bir faşit iki cameyə 2019-cu ilin mart ayının 15-ində avtomatla hücum çəkərək 49 müsəlmanı qətlə yetirmiş bir çoxunu da yaralamışdı. Bu hadisədən sonra Türkiyədə Ayasofiyanın ibadətə açılması məsələsi gündəmə gəlmişdi. Cümhurbaşqanı cənab Ərdoğan da 16 mart 2019-cu il seçkilərindən öncə təşkil etdiyi mitinqlərin birində Ayasofiyanın ibadətə açılması haqda edilən tələb qarşısında belə demişdi: "Bu işin bir siyasi yönü vardır. Yanındakı Sultanəhməd məscidini doldura bilməyəcəksən, sonra da Ayasofiyanı dolduraq deyəcəksən. Böyük Çamlıca camiəsini tikdik, 4-5 Ayasofiya böyüklüyündədi. Bu oyunlara aldanmayaq, bunların tamamı tələdir, bu tələyə düşməyək".

Aradan bir il keçdi və "Daimi Vəqflər Tarixi əsərlərə və Çevrəyə Xidmət Dərnəyi" birinin dürtməsiylə birlikdə Ali Məhkəmənin 10-cu dairəsinə müraciət edərək, 1934-cü ildə buranın muzey kimi istifadəsini tələb edən nazirlər şurasının qərarının ləğvini tələb etdi. Ali Məhkəmə də Ayasofiyanın ibadətə açılması haqda qərara yetişdi və 24 iyul 2020-ci il tarixində muzey olan Ayasofiya təkrar ibadətə açıldı.

Ancaq daxildə və xaricdəki mübahisələr də bununla başladı. Xristianların hərəsi bir tərəfdən bəyanat yaydılar. Bu yazımda sadəcə olaraq, onları dilə gətirməyə çalışacağam.

Katoliklərin Papası Francis, "Ayasofiyanın ibadətə açılması hədsiz iztirab yaradır"dı.

ABŞ Dövlət Katibliyinin sözcüsü Morgan Ortagus yaydığı yazılı bəyanatında "Ayasofiyanın statusunun dəyişdirilməsi qərarıyla mənəvi süquta uğradıq", Rus Ortodoks Kilsəsi isə "Qərar böyük parçalanmalara və ixtilaflara səbəb ola bilər" - dedi.

Yunan baş naziri Kiryakos Miçotakis, "Bu qərar, tarixi tikilini dünya mirası gözündə görən hər bir şəxsi narahat etmişdir. Bu, sadəcə olaraq Türkiyə ilə Yunanıstan arasındaki əlaqələri deyil, Türkiyə ilə Avropa Birliyi arasındaki əlaqələrə də öz təsirini bağışlayacaqdı" - dedi.

Bəs Ayasofiya doğrudanmı xristiyanlar üçün, xüsusilə də Vatikan üçün həddən artıq önəmlidir, ya da onlar üçün müqəddəsdir?!

Ancaq tarixi hadisələr heç də onların fikrini təsdiq etmir və onların dediyini demir.

Səlahaddin Əyyubi 1187-ci ildə üç din üçün müqəddəs olan Qüdsü Məbəd cəngavərlərinin anasını ağladaraq, geri qaytardıqda təşkil olunan III Səlib yürüşü uğursuzluqla nəticələndi. O dövrün papası III İnnocəntius 1202-ci ildə bütün Avropa xalqlarını Səlib səfərinə səslədi. Təşkil olunan nəhəng Səlib ordusu Qüdsü almaq məqsədilə yola düşdü, ancaq Bizans İmperiyasının paytaxtı İstanbula çatdıqda, Qüdsü unudaraq bu gözəl və varlı şəhəri mühasirə etdi. 1204-cü ildə İstanbula daxil olan Səlib ordusu Bizans dövlətini süquta uğradaraq, Latın imperiyasını paytaxt elədi. Şəhərin üstünə qatı bir katolik kabusu çökdü və bu hal 57 il davam etdi. Bizans imperatoru VIII Mixayl Paleolog 1261-ci ildə İstanbulu qaytardığı zaman təpədən- dırnağa qarət edilmiş bir şəhərlə üzləşdi. Katolik səlibçilər Ortodoksların kilsəsi Ayasofiyanı da, İstanbul şəhərini də qarət edib aparmış, İtaliyada və Fransada satmışdı.

Həmin qarət hadisəsinin şahidi olan Villəhardouinli Gəoffrəy adlı tarixçi bunları qeyd edib:

"Səlib əsgərləri libaslarının üstünə çəkilmiş xaçın mənasını unutmuşdular. Onlara ancaq qəssab və qarətçi deyilə bilərdi. Evlərə od vurdular, sarayları, rəsmi binaları tamamilə qarət etdilər. Kişiləri qətlə yetirib, qadınları-qızları zorladılar. Nəinki bunlar ən dəyərsiz əşyaları, hətta kəndlilərin köynəklərini də əyinlərindən çıxarıb aldılar.

Növbə o çağın ən böyük Ayasofiya kilsəsinə gəldi. Ora nəinki qarət edildi, tarixin ən alçaq rüsvayçılığına şahidlik elədi. Səlibçi katoliklər kilsəyə qatırla və yanlarınca gətirdikləri fransız bir fahişəylə daxil oldular. Qarət ediləcək və Xristian inamı üçün müqəddəs özəlliyə malik nə varsa, qarət edib qatırlara yüklədilər. Kilsənin içindəki əşyalar qurtardıqda bu dəfə divarlara üz tutdular. Hz. İsanın həvvariləri və Hz. Məryəmə məxsus olduğuna inanılan nə varsa, Hz. İsanın çarmıxa çəkilməsində istifadə olunduğu iddia edilən müqəddəs mismarları, başına qoyulmuş tikanlı məftildən tacı, qızıl və gümüşdən düzəldilmiş nə varsa, tamamını söküb qatırlara yüklədilər. Onların qorxusuyla qaçıb kilsənin özəl bölmələrində gizlənmiş keşişləri tapıb qətlə yetirdilər, rahibələri tutub zorladılar. Qarət hadisəsinə çata bilməyən səlib əsgərləri Avropada, "Ayasofiyanın sütunları və divarları böyrək xəstəliyini, sinə ağrılarını müalicə edir" inamı yayıldığına görə, sütunları qırıb tökdükləri hissələri götürdülər. Üstünə yüklənmiş əşyaların ağırlığını götürə bilməyərək yıxılan qatırları əsəbləşib qılınc ilə parça-parça etdilər. Qarət qurtardıqdan sonra növbə əylənmələrinə gəldi. Papanın əsgərləri özləriylə birlikdə gətirdikləri fransız fahişəni Ortodoks patriarxının bir neçə gün qabaq çıxıb vəz verdiyi kürsüyə çıxartdılar. O da orasını-burasını göstərə-göstərə həm rəqs etdi, həm də mahnılar oxudu. Katolik səlib əsgərləri də çəlləklər dolusu şərabları içib kefləndilər. Bunlar qurtardıqdan sonra da əmin-arxayın şəkildə gəldikləri yerə, Avropaya qayıtdılar və qarət etdikləri nə varsa, aparıb bazarlarda satdılar".

Katoliklərin papası Francis, "Ayasofiyanın ibadətə açılması hədsiz iztirab yaradır" deyəndə doğrudan da dediyinə inanırdı.

Ancaq Papaya və digər xristianlara ən gözəl cavabı Afinaya yaxın Rafina bölgəsindəki Analipseos kilsəsinin keşişi Evangelos Papaniolaou bu cür verib:

"Ayasofiya kimi nəhəng bir tikilini kim qoruyacaqdı?! Türklər qorudular. Türklər 450 illik hakimiyyətləri müddətində Girit adasında bir kilsəni belə bağlamadı, ancaq Yunanıstanda Othonasın əmriylə çox sayda monastr və kilsə bağlandı. Türklərin hakim olduğu çağlarda insanlar öz dinlərində, inamlarında azaddı. Bu səbəblə insanlar Latın börkündənsə, Türkün çalmasını görməyi tərcih edərəm demişdi. Mənə qalsa, ikisini də görmək istəmərəm, ancaq ikisindən birini seçmək məcburiyyətində olsam Türkləri tərcih edərəm. Ayasofiya muzey olduğu zaman bir çox turist uyğunsuz libaslarla ora daxil olurdu, ancaq indən belə hər kəs ayaqqabısız, qadın və qızlar da mini ətəklə yox uzun libasla və başına örpəyi salıb daxil olacaqdı. Bu, dini məbədə hörmət əlaməti deyil?".

Bu yazımı xristian dünyasının böyüyünə və kiçiyinə ithaf edirəm, bilmirəm, utanacaq üzləri var, ya yox?!

Ankara, altaylı[email protected]


İmza:

YAZARIN ARXİVİ

2020-01-10 : HAYDUTLAR
2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2020-08-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK