Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI... Adalet.az | İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI...

27582    |   2009-05-16 16:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli ötən şənbə saylarımızda)
   
    ... Pierre Loti İstanbulun Eyyub səmtində Xəlicə baxan bir təpədi. Turistlər buranı sıx-sıx ziyarət edərlər və bu nədənlə də təpədə bulunan kafe və çayxanalar çox bahalıdı. Pierre Lotidən bir mənzərə açılır ki, gəl görəsən. Bu adın hardan qaynaqlandığını xəbər alsanız, deyək ki, Pierre Loti orientalist fransız yazıçısıdı. XIX əsrin ortalarında ilk dəfə 26 yaşında İstanbula gəlib dənizçi kimi. O zamanlar Avropada Şərqə maraq artdığından böyük axına səbəb olmuşdu. Təbii ki, gələnlərin içərisində müxtəlif məqsədlər güdənlər vardı. Amma hər gələn geriyə qayıdanda özü ilə Şərq haqqında olumlu-olumsuz, yaxşı, ya da pis bir xatirə aparırdı. Jülyen Vio adlı dənizçi ilk olaraq Pierre Loti təxəllüsü ilə yazmağa başlayanda Osmanlı həyat tərzi, İstanbul haqqında həqiqətləri təsvir edib. Bu şəhərə böyük sevgi ilə yazıb. Deyilənlərə görə, Aziyadə adlı evli bir Osmanlı xanıma aşiq olub, ilk romanı da "Aziyadə" adlanır. Mənə elə gəlir ki, Pierre Lotinin tam bir İstanbul aşiqi, türk dostu olması yazıçı kimi onun xeyirinə işləyib. İndi Fransada həmin adda bir yazarın xatırlanması böyük sual işarəsidi, amma İstanbulda Pierre Lotinin adına küçə, təpə, kafe var. Vaxtilə yaşadığı ev qorunub saxlanılır. Oxuyanların sözlərinə görə, Loti realist qələmlə İstanbulun, Osmanlının gerçək mənzərələrini verə bilib. Və təsadüf sayılmasın ki, binası qoyulduğu gündən kosmopolit şəhər sayılan İstanbulda sevdiyi, tez-tez ziyarət elədiyi məkan kimi Eyyubu seçib. Eyyubun etnoqrafik yapısı tamamilə türk ünsüründən ibarətdir, günü bu gün də. Yazdıqlarına görə, Avropada məşhurlaşan orientalist yazar Sultan II Əbdülhəmidin də, Sultan Rəşadın da qonağı olub.
   
    ... Təpədəki mənzərədən aralanıb aşağıdan qübbəsi görünən Eyyub sultan cameyə üz tuturuq. Cameyə getmək üçün diki enib məzarlıqdan keçmək lazım gələcək. Onu da deyim ki, İstanbulda məzarlıqlar çox səliqəlidi, dəbdəbə və təmtəraqdan uzaq məkanlardı. Üzümü sağa-sola tutub burda yatanlara rəhmət oxuyuram. Dədə Əfəndinin qəbri də burdadı. Bu şəxs XIX əsrin sonunda türk musiqisinə böyük xidmət vermiş sənətkardı.
   
    ... Eyyub sultan camesini Fateh Sultan Mehmet inşa etdirib. Rəvayətə görə, 671-ci ildə xilafət ordusu Konstantinopolu mühasirə edəndə burda Həzrəti Məhəmmədin yaxın silahdaşı Eyyub Əl-Ənsari şəhid olub. Eyyub Əl-Ənsari Məkkədə İslamı qəbul etmiş ilk müsəlmanlardan sayılır. Həzrəti Peyğəmbər Məkkədən hicrət etdiyi zaman onu daşıyan dəvə Eyyub sultanın evinin qarşısında yerə çöküb və bu işarət üzərinə Peyğəmbər onun evində qonaq olub.
   
    Övliya Çələbinin yazdıqlarına görə, Əbu Eyyub iki dəfə Konstantinopol yürüşündə iştirak edib. İkinci səfərində şəhid olub. 1453-cü ildə İstanbul fəth olunanda Sultan Mehmetin üləmalarından olan Akşəmsəddin onun məzarının yerini bulur və Fatih savaba orda bir came tikdirir. Və bundan sonra Fatihdən başlayaraq bütün sultanlar taxta keçdiklərində Sinan Paşa köşkündən qayıqla bura gəlirlərmiş, camedə iki rükət namaz qılırlarmış, Şeyxülislam da şahlıq qılıncını bellərinə bağlayırmış. Sərv ağacları və məzarlıqlarla çevrələnmiş came qiymətli memarlıq abidəsi sayılır. Osmanlı tarixinin bir çox önəmli isimləri bu məzarlıqda yatır.
   
    ... Tuncay dua etmək üçün içəri keçir. Mən isə camenin həyətindəki qocaman çinar ağacına söykənib gələn turistlərə tamaşa edirəm. Hərə bir dildə danışır - amma fərqi nədi, yuxarıdakı o gözəgörünməz qüvvə hamımızı anlayır. Kömək ol, Böyük Yaradan!
   
    İstanbul çox təzadlı bir yerdi. Və hər səmtin də özünəməxsus zümrəsi var. Eyyubun küçələri ilə sahilə doğru irəliləyəndə saqqallı, əbalı kişilərlə, gözünə qədər çarşablanmış qadınlarla sıx-sıx rastlaşırsan. Dindar kəsim burda çoxluq təşkil edir. Bizim müsafir olduğumuz Sarıyerdən çox fərqlidi buralar.
   
    Taksi ilə tramvay durağına tərəf gedirik. Mürəkkəb yol qovşağından baş çıxara bilmədiyimizə görə Tuncay körpünü piyada keçməyə məcbur edir. "Bax, iki addım yoldu, gəl özümüz gedək" - deyir. İstanbulun iki addımı başqa yerin addımlarından çox uzundu axı, yoruluram. Bu günlük bəsdi gəzdiyim. Gedib otelin önündəki sevimli skamyamda oturub Boğazı seyr edəcəm. Və ...
   
   
   
    İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI
   
    BİR KUŞ ÇIRPINIYOR ETEKLERİNDE;
   
    ALNIN SICAKMI, DEYİLMİ, BİLİYORUM
   
    DUDAKLARIN İSLAKMI, DEYİLMİ, BİLİYORUM
   
    BEYAZ BİR AY DOÜUYOR FISTIKLARIN ARKASINDAN
   
    KALBİNİN VURUŞUNDAN ANLIYORUM
   
    İSTANBULU DİNLİYORUM...
   
   
   
    ***
   
    Dumanlı, çiskinli bir gündə sahildən yuxarı qalxırsan. Zamanında sultanların gəzdiyi bu məkanların yeni sahibləri ticarətçilərdi. Səs-küylü, hərəkətli məkanlardı. Bu hay-huyun içində özəl duyğularla baş-başasan. Möhtəşəm Süleymanın hüzuruna tələsirsən. Divarlara vurulmuş lövhələr sənə yol göstərir. Nəfəsin təngiyə-təngiyə diki qalxırsan və birdən... ətrafındakı hər şeyi unudursan.
   
    Ey iki dünyanın hökmdarı Sultan, ey iki oğlunun qətlinə fərman verən Ata, ey başqa saraylardakı qovğaları həll edib də öz sarayında sakitlik yarada bilməyən Ər, ey atları ilə dünyanı lərzəyə salan, ordusunun başında torpaqlar fəth edən, ey vətəndən kənarda döyüşü seyr edə-edə gözlərini yuman Padşah! Xəbərin varmı 500 il əvvəlki səhvlərin acısını yaşayırıq?!
   
    Kanuni Sultan Süleymana avropalılar "Möhtəşəm" ünvanını veriblər. Osmanlının onuncu padşahı, İstanbulun fəthindən sonra dördüncü padşahı. İndi mən İstanbulun ən hündür təpəsində - Xəlici, Mərmərəni, Boğazı, Topqapını görən təpəsində Möhtəşəm Süleymanla üzbəüz dayanmışam. Süleymaniyyə külliyyəsi bir vaxtlar şəhər içində şəhər sayılırmış. Kitabxanası, xəstəxanası, mədrəsəsi, karvansarayı, su anbarı ilə. Came olsa da karvansarayda xristian qonaqları da qəbul edib üç gün pulsuz yeməklə təmin edərlərmiş. Camenin binəsi qoyulan vaxt Parisdə fransız kralı Fransisk Luvr sarayının inşasına başlamışdı. Az keçmiş kraliça Yekaterina Mediçi Tüilri sarayını sifariş vermişdi. Vatikanda isə Mikelancelo Müqəddəs Pyotr kilsəsinin tikintisi ilə məşğul idi. Ancaq sultanın arzusuna görə bu came bütün şəhər əhalisinin istifadəsinə təmənnasız verilmişdi. Elə indi də o zamanlar olduğu kimi içəri girib rəngbərəng mərmərlərdən düzəlmiş dörd nəhəng sütunun, böyük qübbənin, vitrajlardan axıb gələn işıq selinin altında insan ömrünün nə qədər boş, həyatın nə qədər fani olduğunu düşünməli olursan.
   
    Ey Möhtəşəm Süleyman, ey ürəyi dağlı ata, böyük arzularla yaşadın. İki dünyanı birləşdirmək istədin. Ömrünün sonuna acı xatirələrin qaldı. Möhtəşəm olsan da, Sultan olsan da enində-sonunda insan idin.
   
    ...Yağış deyəsən ara verir, amma sis-duman var. Elə qəlbimdə də. Bu məkandan aralanıram.
   
   
   
    ARZULAR BAŞKA ŞEY,
   
    HATIRALAR BAŞKA.
   
    GÜNEŞİ GÖRMEYEN ŞEHİRDE
   
    SÖYLE, NASIL YAŞANIR?
   
   
   
    ***
   
    Bebekdə bir kafede oturmuşuq. Burası Boğazda sosyetenin, ulduzların takıldığı bir mekan. Menyuya baxıb Adil Polatın təklifi ilə dadını bilmədiyim sahlab sifariş verirəm. Düyü unundan hazırlanmış, üstünə də darçın səpilmiş, bir növ bizim firniyə bənzər, amma duru bir içkidi. Soyuq havalarda insanın canını isidəcək bir şey. Xoşuma gəlmir, amma çox bəyəndiyimi deyirəm.
   
    Hər gün Bebeyin içindən dar yollarla keçib getsək də, ancaq indi diqqətlə ətrafıma göz ata bilirəm. Əksəriyyəti taxtadan tikilmiş əsrlik evlər yolboyu düzülüb. Evlərin qiymətini soruşuram Adil Polatdan:
   
    - Abla, burda elə evlər var ki, paha biçiləməz - deyir.
   
    Düz dənizin qırağında Beşiktaş Valide Sultan camesinə bənzəyən bir tikili var. Nə vaxta aid olduğunu soruşuram.
   
    - Altı yüz sənə kadar olar.
   
    - Olamaz - deyirəm.
   
    - Nədən?
   
    - İstanbulun fəthi nə zaman, 1453. Dahası var. Camenin mimari yapısı da son dönəmləri göstəriyor.
   
    - Üzerindeki levhaya bakalım, abla.
   
    Lövhəyə baxırıq... mən haqlıyam. İstanbulun Avropa yakasındakı çox məkanlar kimi Bebek də tarixlə müasirliyin qəribə sintezini yaşayır. Son günlərin məşhur mahnısını xatırlayıram:
   
    Sevgilimi koluma takarım,
   
    Bebekde üç-beş tur atarım...
   
   
   
   
   
    ***
   
   
   
    İstanbula gələsən də, alış-verişə çıxmayasan? Olurmu böyle şey? Tamam, hadi bakalım.
   
   
   
    ... Burası "İstinye park" - neçə qatlı böyük ticarət mərkəzidi. İynədən, düymədən tutmuş hər şey satılır. Satılmağına satılır da, amma mən yazıq öz ölçümdə bəyəndiyim bir şey bulamam ki... Ancaq burda gəzməyin özü əsəbləri sakitləşdirir. Yəqin bilirsiniz də şopinq-terapiya deyilən bir müalicə üsulu var qadınlar üçün. Bir məsələ də var ki, qadınların şopinq-terapiyasından sonra evdəki erkeklərin şokinq-terapiyası başlayır. Eybi yox, həmişə qadınlar əziyyət çəkməli deyil ki?..
   
   
   
    Gördüyüm qədəri haqqında bol-bol danışılan ekonomik kriz alış-veriş mərkəzlərinə bir elə toxunmayıb. Alan-alır, satan-satır. Bizimkilərlə də sıx-sıx rastlaşırıq. Heç ağızlarını açmamış üz-göz ifadələrindən, bir də makiyajlarından tanınırlar. Vaxtım və yorğun ayaqlarım imkan verdiyi qədər gəzirəm, evdəkilərə bir-iki hədiyyə alıram...
   
   
   
    ***
   
    İndi bu sətirləri yaza-yaza fikirləşirəm ki, İstanbulu gəzib-tozub, vəsf eləmək üçün nə bir həftə, nə bir ay, nə də bir sənə bəs eləməz. Həm də yazdıqlarıma baxıb tarixi xronologiyanı pozduğumu görürəm. Martın sonlarında gəldim buralara. Nisan və mayıs aylarında yazını yazdım. Təsvir edəcəyim Rumelihisarının təməli aprel ayında qoyulub. İstanbul isə bir il sonra mayda fəth olub. Nə fərqi, harda başladın, harda bitirdin? Amma qəribədi, gəzintimə İstanbulun başlanğıc tarixində son verirəm.
   
    Rumelihisarı Konstantinopolu İstanbula dönüşdürən zamanın əvvəlidi. İlk öncə Ayasofyadan, Sultan Əhməddən, Dolmabaxça sarayından, Pierre Lotidən, Eyyub Sultan camesindən yazmışdım. Amma bu qarışıqlığın özündə də bir bağlantı var.
   
    Ən hündür qüllədən Boğaz, qarşı tərəfdə Anadolu yakası və Anadolu hisarı görünür. Anadolu hisarını 1396-cı ildə Yıldırım Bəyazid inşa etdirib. 1402-ci ildə Əmir Teymurla savaş olmasaydı İstanbul o zaman fəth ediləcəkdi. Olmadı. Hələ ki, II Mehmet adı ilə taxta çıxmış gənc sultan 1452-ci ildə Boğazın ən dar yerində yeni bir inşaata başlayır - Rumelihisarının. Bu qalanın tikilişi ilə Konstantinopol mühasirəyə alınır. Çünki Qara dənizdən gələn gəmilər şəhərə ərzaq gətirə bilmirlər. Bu nəhəng tikili cəmi dörd aya başa gəlir. Bütün əyalətlərdən toplanmış bənnaların zəhmətiylə. Tikinti bitən kimi Boğazdan keçən gəmilər nəzarətə alınır, tabe olmayan gəmiləri batırır, heyətini isə edam edirlər. Bundan sonra yeni qalaya həm də "Boğazkəsən" adını verirlər - yəni hər iki mənada.
   
    Hisarın qüllələrinin tikintisinə nəzarət II Mehmetin sərkərdələrinə tapşırılır. Dəniz tərəfinə düşən qismiyləsə sultanın şəxsən özü ilgilənir. Elə indi də bu qüllələr tikintini aparmış paşaların ismini daşıyır. Hisarın böyük qüllələrini birləşdirən divarın uzunluğu şimaldan cənuba 250 metr, şərqdən qərbə isə 125 metrdir. Bəzi yerlərdə divar qalınlığı 7 metr, hündürlüyü isə 45 metrə çatır.
   
    Rumelihisarı bu gün muzeydi. Bir vaxtlar üstündən quş uça bilməyən yerdən çox rahatca içəri keçirik. Hərə öz yaşına uyğun cəldliklə - mən də, Tuncay da qüllələrə dırmaşırıq. Bürclərdən bax ki baxasan. Qarşıdan Anadolu hisarının üstündə dalğalanan qırmızı Türk bayrağı görünür. Və birdən Tuncayın sözləri məni təsirləndirir:
   
    - Bu şəhəri hər yaşda bir başqa cür qavrayırsan, - deyir.
   
    Demək bu günün türkləri hələ də var, var olacaqlar. Müharibə qalasının içində konsert meydançası düzəltsələr də, bu günün türklərini oynadıb-oxutsalar da, başlarını qarışdırsalar da var...
   
    Bir az irəlidə Rumelihisarı məzarlığının daşları görünür. Orxan Vəli burda yatır. Şairim, ustadım, yatdığın yer güzel də, gözlerin kapalı da, hala İstanbulu dinliyormusun?
   
   
   
    ***
   
   
   
    BU SABAH YAÜMUR VAR İSTANBULDA... Şəhər qonaqlarını qarşıladığı hava ilə yola salır, yəni yağmurla. Adil Polat xanımı ilə hava alanında bizi uğurlamağa gəlib. Vaxta hələ var, kafedə çay içirik:
   
    - Günler elə bil uçdu - deyirəm.
   
    - Nasıl, abla, anlayamadım - deyir Adil Polat və xanımı tez-tələsik düzəliş verir:
   
    - Günler çabuk geçdi diyor.
   
    Tuncay:
   
    - Vay bə, Filiz azericeyi söküyor.
   
    - Tamam, nasılsa bir gün öyrenecek - deyirəm. Və özlüyümdə düşünürəm ki, Türkiyənin də, Azərbaycanın da gələcəyi bu gənclərdən asılıdır. Allaha əmanət olun!
   
    ... Uçaqdakı yerimdə oturub gözlərimi yumuram, beynimdə isə bu misralar fırlanır:
   
    İSTANBULDA BOÜAZ İÇİNDEYDİM
   
    BİR QARİP
   
    İRADƏ TUNCAY...
   
    Bakı-İstanbul
   
    Mart-may


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-10-16
2019-10-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK