ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: AYASOFYA VƏ AĞDAMIN DONUZ SAXLANILAN MƏSCİDİ

27516    |   2020-07-31 09:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fateh Sultan Mehmet İstanbulu fəth elədi və Türkün bayrağını bu şəhərin ən uca zirvəsinə sancdı. 567 ildir bütün dünya yığışıb o Bayrağı yendirməyə çalışır, amma gücü çatmır.

Və gəldi Ayasofyaya, bu kilsəni məscid elan elədi və orda namaz qıldı. Və minbərindən də azan oxundu.

Sinaqoq da, kilsə də, məscid də Allah evidi. Hər üçündə ibadət edənlər bir Allaha ibadət edirlər, bir Allaha dua oxuyurlar.

Fateh Ayasofyanı sökdürə də bilərdi, ya da istəsəydi karvansara eləyərdi, ya da əsgər yataqxanası. Amma etmədi. Allah evi adını qoruyub saxladı. Dünən xristianlar bu məbəddə Allaha dua oxuyurdular, bu gün müsəlmanlar oxuyur.

Tarixi hamınız əzbər bilirsiz, sonra 1934-cü ildən muzeyə çevrildi, amma ibadətə də bağlanmadı.

Və bu günlərdə Türkiyənin cümhurbaşkanı sayın Rəcəb Tayyib Ərdoğan Danıştayın çıxardığı qərara söykənərək Ayasofyanın yenidən məscid kimi fəaliyyət göstərməsinə imza atdı.

Mən bütün hallarda qardaş ölkənin cümhurbaşkanının qərarına hörmətlə yanaşıram.



Və indi bütün xristian ölkələri Ayasofyanın məscid elan olunmasına etiraz edərək birləşiblər. Hətta Papa deyilənə görə, buna təəssüfləndiyini bildirib və hönkür-hönkür ağlayıb.

Xristian ölkələrindən təkcə Rusiya (əslində elə Rusiyanın əhalisinin 30-35 faizi müsəlman türkləridi) bu məsələyə soyuqqanlı yanaşıb və bildirib ki, bu, Türkiyənin daxili işidi. Yeri gəlmişkən, onu da qeyd edək ki, keçmiş Sovetlər ölkəsində ən böyük məscidi də Putin Moskvada tikdirdi və Ərdoğanla birlikdə açılışını da elədi.

Bəli, bütün xristian dünyası buna görə Türkiyəni top atəşinə tutur və təəssüf ki, qardaş Türkiyə də müsəlman ölkələrindən elə bir güclü dəstək də görmür.

Görən, bu müsəlmanların əllərini-ayaqlarını pişik yeyib və ya dillərini pişik yeyib?

Ermənilər Qarabağda məscidləri yandırdılar, dağıtdılar. Ağdam məscidini də donuzxanaya çevirdilər. Və heç bir müsəlman ölkəsi səsini çıxarmadı. Özünü İslam respublikası sayan və şiə məzhəbinə söykənən, dinimiz və kültürümüz, bir çox adət-ənənələrimiz, mətbəxlərimiz eyni olan İran həmin məscidin də məhz şiə məscidi olduğunu nəzərə alıb Ermənistana gözün üstə qaşın var demədi.

Şuşada Gövhər ağa məscidini dağıtdılar, amma sonra onu farsların özlərinə bərpa etdirib, indi də Fars məscidi adı ilə sırıyırlar dünyaya.


Minlərlə insanın, uşağın, ağsaqqalın, ağbirçəyin qanı tökülmüş torpaqları tapdayaraq hansı müsəlman gedib Şuşadakı məsciddə namaz qılırsa, o, ermənidən də betər ermənidi.

Deyə bilərsiniz ki, Ayasofya möhtəşəm bir abidədi, nə bilim 1500 yaşı var, amma Ağdam məscidi və ya Gövhər ağa məscidi 200-250 ilin abidələridi, özü də elə bir möhtəşəmliyi də yoxdu.

Kasıbın olanından. Mənim üçün və bizlər üçün içində donuz saxlanılan Ağdam məscidi Ayasofyadan da möhtəşəmdi, Notrdamdan da.

Və bundan başqa, ermənilər Qarabağda Ayasofyadan da qədim olan türk abidələrini darmadağın ediblər, izləri də qalmayıb. Mən o abidələrin bir daşını da ayasofyalara dəyişmərəm.

Sabir necə deyir:

Cin görürəm, şeytan görürəm, qorxmuram,

Harda müsəlman görürəm, qorxuram.

Bu yazını niyə yazdım?

Baxıram, Türkiyənin bu qərarına Azərbaycandan da etiraz edənlər çıxır və belələrini başa düşmürəm. Ayasofyanın dərdini çəkənlər çoxdu, bəlkə biz işğal altda olan torpaqlarımızdakı öz məscidlərimizin dərdini çəkək?!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-08-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK