ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: DÖYÜŞƏ GEDİRİK...

40905    |   2020-07-31 12:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu millətin, bu xalqın, bu insanların ruhunu və Vətən sevgisini heç bir müharibə, heç bir düşmən, heç bir yadelli öldürə, sındıra bilməz. Çünki bu millət, bu xalq Vətənin ən ağır, ən çətin və ən məşəqqətli günündə birləşməyi bacarıb. Ölkəmizin və dövlətimizin üstünü qara buludlar alanda, xalqımızın və millətimizin həyatını düşmənlər zəhərləmək istəyəndə yağılar bu birliyi görüb, bu möhtəşəmliyi hiss edib tısbağa kimi qınlarına çəkiliblər...

Tarixən bizim bir türk dövləti kimi mövcudluğumuz və nüfuzumuz qonşularımızın gözünə iynə kimi batıb. Və onlar həmişə çalışıblar ki, nəyin bahasına olursa-olsun Azərbaycanın müstəqilliyi, dövləçiliyi olmasın. Və onlar ona da çalışıblar ki, bu gənc dövləti və ölkəni parçalasınlar. Amma Azərbaycanın çox böyük siyasətçiləri, uzaqgörən, müdrik rəhbərləri tərəfindən onların, yəni düşmənlərin arzuları gözlərində qalıb. 1918-ci il mayın 28-də müstəqilliyi əldə edəndə də, sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi və dövlətçiliyi qorunub saxlanılanda da düşmənlərimizin başına bir dəyirman daşı düşüb. Və bu dəyirman daşı bu gün də onların başına dəyib.

Tovuzda - cəbhə bölgəsində də ermənilər bu dəfə yenidən təxribat yaratmaq istədilər. Mövqelərimizi, Tovuzun sərhəd kəndlərini ağır artilleriyalardan atəşə tutdular. 13 şəhid verdik, 30-a yaxın yaşayış binası onların atdığı top mərmisindən dağıldı və zərər gördü. Və ermənilər fikirləşirdilər ki, bu hücumları ilə yeni rayonlar, yeni kəndlər, yeni torpaqlar işğal edəcəklər. Ancaq onlar fikirləşdiklərinin əksini gördülər...

Gördülər ki, Azərbaycan ordusu 1990-cı illərin əvvəllərində olan nizamsız ordu deyil. Bu ordu həm müasir hərbi texnikası, həm də döyüş taktikası ilə çox güclüdür. Və bu ordu güclü zərbələrlə ermənilərin döyüş mövqelərini, hərbi texnikalarını və o cümlədən səngərlərini sıradan çıxardı. Yəni Tovuzda ermənilər kabab iyinə gəlmək istəyirdilər, gördülər ki, eşşək dağlayırlar. Onların ağzı möhkəm ovuldu...

Bütün bunlara isə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında nail olmaq mümkün oldu. Çünki həm Ulu Öndər Heydər Əliyev, həm də cənab prezident İlham Əliyev Azərbaycanda çox möhtəşəm və Qafqazın ən güclü ordusunu yaradıb. Və bu ordu 2016-cı ilin aprelində Lələtəpə yüksəkliyini azad edib Horadiz şəhərinin, Cocuq Mərcanlının təhlükəsizliyini necə təmin etmişdisə, Tovuzun və qonşu rayonların təhlükəsizliyi o cür həyata keçirildi. Ermənilərin ağlı 1990-cı ilin əvvəllərinə getmişdi. Bir mərmi, bir top atılan kimi təxribatçılar işə düşür, "erməni gəldi” deyib camaat arasında vahimə yaradırdı. Nizamsız ordu isə pərən-pərən düşürdü. 2020-ci ilin Azərbaycan ordusu isə ermənilərə bir daha öz gücünü və möhtəşəmliyini göstərdi, onların özlərini pərən-pərən saldı.

Heç bir güc, heç bir qüvvə və heç bir düşmən millətin ruhunu öldürə, əyə və sındıra bilməz. Bu ruh, bu güc iyul ayında bir daha öz möhtəşəmliyini göstərdi. Bakıda minlərlə adam gecə saatlarında küçələrə axışıb Azərbaycan prezidentinə və ordumuza dəstək olduqlarını bildirdilər. Düzdür, daxildəki bəzi təxribatçı qüvvələr millətin bu dəstəyinə və oyanışına ləkə gətirsə də, onlar ifşa olundu və xalqın möhtəşəmliyi və birliyi bir daha özünü bariz surətdə təsdiq elədi.

Cənab prezident İlham Əliyevin müraciəti ilə 55 mindən çox könüllü səfərbərlik məntəqələrinə gedərək cəbhədə döyüşmək istədiklərini bildirdilər. Yeniyetmə, gənc, qoca, hətta qadınlar belə məlum quruma müraciət edərək qeydiyyata alındılar və hər an, hər dəqiqə döyüşlərdə iştirak etməyə hazır olduqlarını bildirdilər. Birinci Qarabağ müharibəsində canlarını, həyatlarını qurban verən Qarabağ qaziləri cənab Prezidentə cəbhəyə getmək üçün müraciət etdilər. Onların bir çoxu 1994-cü ilin yanvarında Füzulinin Horadiz şəhərinin və 22 yaşayış məntəqəsinin azad olunması uğrunda döyüşlərdə iştirak ediblər. Onların bəziləri ayaqlarını, gözlərini, qollarını itirsələr də, ürəklərindəki vətən eşqini və vətən məhəbbətini heç kəs itirməyib. Bu döyüşkənlik ruhu, milli qürur və ruh onlarda yenə güclüdür. Elə Vətən belə oğulların çiyinində qorunur və müdafiə olunur.

Bu gün də səfərbərlik idarələrinə çoxlu sayda Qarabağ döyüşçüləri və digər gənclər müraciət edirlər. Onlardan biri də Birinci Qarabağ döyüşündə vuruşaraq Qarabağ müharibəsi veteranı adını almış və bədənində çoxlu sayda qəlpələr gəzdirən laçınlı Elburus Ağayevdir. Mən Laçınlı Elburus Ağayevi və onun qardaşı Arif Ağayevi düz 20 ilə yaxındır tanıyıram. Hər iki qardaş bu vətənin, bu millətin, bu torpağın uğrunda illərlə erməni yağılarına qarşı döyüşüblər.

Elburus Ağayev Füzulinin Bəhmənli kəndində olan "N” saylı hərbi hissəsində ən ağır döyüşlərdə iştirak edib. Bəhmənlinin və eləcə də Horadiz şəhərinin, digər 22 yaşayış məntəqəsinin azad olunmasında çox böyük xidmətləri var. Və o heç vaxt bu barədə, yəni özünün ağır döyüşlərdə iştirakı haqqında danışmayıb. Sonradan öyrənmişəm ki, bu döyüşən Laçın igidlər Bəhmənlidə bibim oğlu rəhmətlik Şükürgilin evində qalıblar. Bibim oğluyla kənd azad olunandan sonra tanış olublar. Daha doğrusu, dostlaşıblar.

Qarabağ döyüşü iştirakçısı Elburus qardaşımız deyir ki, mən bir neçə dəfə o döyüşlərdə qəlpə yarası almışam və bu gün də bədənimdə həmin qəlpələri gəzdirirəm. Və ağır zamanda camaat kəndə qayıdandan sonra bəhmənlilərin mərdliyinin, kişiliyinin şahidi olmuşam. Çünki onlar özləri yemədikləri toyuğu, cücəni kəsib bişirərək bizi qonaq eləyiblər. Və o kənd elə bilirdim mənim öz doğma elimdi, obamdı. Bu gün də qardaşım Arif o kəndə tez-tez gedir. Çünki orda onun sənin kimi dostu var. Amma mən nə vaxtdandı nə Bəhmənliyə, nə də Horadizə gedə bilirəm. Elə bu gün, sabah deyib hələ ki, istəyimə nail ola bilməmişəm. Cənab prezidentin müraciətindən sonra bədənində qəlpə olsa da, Suraxanı rayonunun səfərbərlik idarəsinə cəbhəyə gedib döyüşmək üçün müraciət eləmişəm. Səfərbərlik idarəsinin rəisi Qəşəm müəllim mənim müraciətimə hörmətlə yanaşdı və qeydiyyata aldılar.

Biz Qarabağ müharibəsi iştirakçıları döyüşdüyümüz yaşayış məntəqələrinin və cəbhə bölgəsinin bütün yollarını, cığırlarını, sirli aləmini tanıyırıq. Məndən olsa 18 yaşlı əsgərlər posta göndərilməz. O posta mənim kimi təcrübəli, psixoloji və fiziki cəhətdən həmişə hazır olan döyüşçülər getməlidir. Çünki biz bilirik ki, müharibə, döyüş, düşmənin üstünə şığımaq nə deməkdir. Və biz heç də zəifləməmişik. Düzdür, yaşımız bir qədər çoxdur. Amma döyüş təcrübəmiz, peşəkarlığımız, fiziki durumumuz şükür Allaha, yetərincədir. Ömrümüzün çox hissəsini yaşamışıq. Tay bundan sonra dünyanı tutub getməyəcəyik ki! Biz cəbhəyə döyüşməyə, torpaqlarımızı ermənilərdən azad etməyə və onları it kimi gəbərtməyə gedəcəyik və həmişə də ürəyimdə bir inamım var ki, bu döyüş gec-tez olacaq və bu döyüşdə də işğal altında olan torpaqlarımızın hamısını azad edəcəyik.

Dostumuz Elburusun sözünə qüvvət olaraq demək istəyirik ki, bəzi döyüşçülərimiz belə fikir səsləndirirlər ki, biz cəbhəyə ölmək üçün gedirik. Bu fikrin özündə bir balaca bədbinlik, pessimist əhval-ruhiyyə var. Ona görə də bu vətəni, bu milləti, bu dövləti qoruyan bütün döyüşçülər başqa cür düşünürlər: onlar cəbhəyə ölməyə yox, düşməni öldürməyə və torpaqlarımızı işğaldan azad etməyə gedirlər. Bundan gözəl nə ola bilər? Qoy millətimizin məmə deyənindən pəpə deyəninə qədər hamısı təki bu ruhda, döyüşkənlik ruhunda olsun!

... Bu millətin döyüşkənlik ruhu, mübarizliyi, vətənsevərliyi bu gün çox möhtəşəmdi... Bu möhtəşəmliyi hər bir Azərbaycan vətəndaşı döyüş bölgəsinə gedib öz borcunu verməkdə görür... Bu möhtəşəmliyi biz bu gün hər evdə, hər kollektivdə, hər kənddə, hər eldə, hər obada görürük... Millət çox möhtəşəm ayağa qalxıb və cənab prezidentin döyüş əmrini gözləyir. Allah bu milləti, bu xalqı və bu dövləti qorusun!!!




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-08-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK