viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI... Adalet.az | İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İSTANBULU DİNLİYORUM GÖZLERİM KAPALI...

27907    |   2009-05-02 00:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli ötən şənbə sayımızda)
   
   
   
   ... Səhər açılır. Yerimdən qalxıb pəncərəyə yaxınlaşıram. Boğazda böyük-kiçik gəmilər ləngər vururlar. Günəşin şüaları mavi sularda bərq vurur. Hava gözəl. Həkimin cavabları necə, gözəl olacaqmı görən?
   
   ... Kahvaltıda Tuncaydan polis kimliyini istəyirlər. Baş komissar (yəni baş leytenant) üçün çox cavan göründüyündən təəccüblə baxırlar. Türkiyədə bu rütbəni qazanmaq üçün neçə illər görəv yapmaq lazım. Kahvaltı qiymətləri başqa məkanlarla müqayisədə çox ucuz və yemək çeşidləri də bol. Yeməkdən sonra üz tuturuq avtobus durağına. Akbili kullanıb (akbil - "akıllı bilet" bir növ bizim vaxtilə işlətdiyimiz aylıq abonent biletləri kimi bir şeydi. Bütün nəqliyyat vasitələrində elektron qeydiyyat makinaları mövcud olduğundan bu biletdən istifadə çox sərfəlidi) rahat-rahat gəzəcəyik...
   
   
   
   ***
   
   
   
   ... Aman doktor, canım-cicim doktor, dərdimə bir çarə. Doktoru dinləyə-dinləyə həyəcanım azalır. Uzun-uzadı anlatmalardan sonra əcəlimin bu xəstəlikdən olmayacağı məlum olur. Doktor bəy kötü alışqanlıqlardan qurtulmağı tövsiyə edir. Of, hansı birindən qurtulayım?
   
   
   
   ***
   
   ... Heyran-heyran fəxri qaravulda durmuş əsgərlərə tamaşa edirik. Dolmabaxça sarayının önündəki bu mənzərə gözəl bir tamaşadı. Gəlişimiz qaravulun dəyişmə vaxtına təsadüf edib. Dolmabaxça sarayı İstanbulun sayseçmə abidələrindən biridi. 400 il əvvəl bu yerlərdə Osmanlı Kapitani-Dəryasının (yəni donanmasının) gəmiləri lövbər salırmış. Sonra bataqlığa dönməyə başlayır. XVII əsrdə bataqlığı torpaqla dolduraraq padşahların əyləncə məkanına çevirirlər. Dolmabaxça sözü də burdan gəlir. O zamanlar burda köşklər, qəsrlər tikilir və Beşiktaş Sahil Sarayı adlanır. XVIII əsrin ikinci yarısında memarlıqda Qərb təsiri özünü göstərməyə başlayıb. III Səlim Boğaziçində Qərb üslublu binalar inşa etdirən ilk sultandı. Ondan sonra gələn II Mahmud dönəmində Topqapı sarayı artıq tərk edilmiş sayılırdı. Onun oğlu Əbdülməcid də Qərbyönümlü olduğundan yeni tikililər tam Avropa üslubunda inşa olunurdu. Sultanın qərarına görə torpaqla doldurulmuş buxtanın yerində yeni saray tikilir. Daha böyük ərazi üçün yaxınlıqdakı tarla və məzarlıqlar satın alınıb təmizlənir. 1853-cü ildə saray inşaatını gəzən bir fransızın yazdığına görə, həmin vaxt hələ bəzək-düzək işləri bitməyibmiş. 1856-cı ildə saray təntənəli mərasimlə açılır. XIX əsrin ortaları Osmanlı imperiyasının qürub dönəmidi. Ancaq dünyada öz nüfuzunu, prestijini itirməmək üçün borcla da olsa sarayı 5 milyon altına araya-ərsəyə gətirə bilirlər. Məmurların maaşlarını borc nədənindən 3-4 aydan bir verə bilən sultan Əbdülməcid özü də bu sarayda cəmi 6 ay yaşaya bilir. Gənc yaşlarında vərəmdən vəfat edir. Onu əvəz edən qardaşı Sultan Əbdüləzizin zamanında isə sarayda israf ən yüksək nöqtəyə çatır. 5320 adamın çalışdığı sarayda illik məsrəf 2 milyon funt-sterlinqə yaxın imiş. Rüşvətə, intriqalara, məmurların qəfildən işdən çıxarılıb ucqarlara göndərilməsinə də səhnə olan saray sultanın zorla taxtdan endirilməsinə də şahid olub. Orduya ayrılmış pula göz dikən padşahı hakimiyyətdən məhrum edirlər.
   
   Ondan sonra ruhi xəstə olan V Murad, az vaxtdan sonra isə II Əbdülhəmid taxta çıxıblar. Xatırlayırsınızsa, sultan II Əbdülhəmidin dövrünü tarixdə "zülm dövrü" adlandırıblar. İndi mən sarayın içində gəzə-gəzə düşünürəm ki, doğrudan bu dünyanın işini bilmək olmur. Bir zamanlar bu sarayda krallara, imperatorlara ziyafət verilib, sonuncu sultan Vəhdəddin vətəni bu saraydan tərk edib. Sonuncu xəlifə yanına gələn heyəti burda qəbul edib. Və xilafətin ləğv olunma xəbərini də burda eşidib. 1924-cü ildə boşalan saraya Atatürk 3 il sonra gəlib. Onun zamanında saray iki yöndən önəm qazanıb - həşəmətli qonaqlar burda qəbul edilib və sarayın bəzi hissələri turistlərə açılıb. Həmin dövrdə İran şahı Rza Pəhləvi, İraq kralı Faysal, İordaniya kralı Abdullah, əfqan kralı Əmənulla, ingilis kralı Eduard və Yuqoslav kralı Aleksandr bu sarayda Atatürkün qonağı olublar. Ömrünün son günlərini Dolmabaxçada keçirən Mustafa Kamal Paşa üçün xüsusi olaraq lift də düzəldilib. Muzeydə xüsusi işarələnmiş 71 nömrəli mütəvaze otaqda isə Atatürk haqqa qovuşub, gözlərini yumub.
   
   Oğlum bu otaqda hər şeyə çox diqqətlə baxır. İçində böyük bir Atatürk sevgisi olduğunu bilirəm. Böyük bir ruh yaxınlığı da var yəqin. Əvət, oğlum, əgər bu gün biz sadə insanlar bu ehtişamlı sarayda gəzə biliriksə, buna görə də onun xatirəsinə borcluyuq. Çox təəssüf, günümüzün Türkiyəsində onun kim olduğunu unutdurmağa çalışanlar var...
   
   Saraydan çıxırıq. Yenə sahildə oturmuşuq. Yenə martılar (qağayılar) başımızın üstündə uçuşurlar. Yenə də dənizdən əsən meh bizi üşüdür. Bir az o tərəfdə Beşiktaş iskələsi (liman kimi bir şey) görünür. Bu iskələdən 1919-cu ilin mayında Mustafa Kamal İstiqlal savaşını başlamaq üçün Anadoluya gedib.
   
   ... Osmanlının hərb tarixində donanmanın, dəniz savaşlarının da önəmli yeri var. Dənizçilik muzeyi bu şanlı tarixi dönəm-dönəm əks etdirən eksponatlarla zəngindi. Muzeydə sultanların, onların hərəmlərinin də qayıqları saxlanılır. Ancaq aşağı mərtəbələr təmirdə olduğundan oraları oğluma göstərə bilmirəm. Əvvəl gəldiyimdə də onları bura gətirmişdim, ancaq Tuncay xatırlamır.
   
   ... Bələdiyyə seçkilərinə bir həftə qalıb. Bütün şəhər müxtəlif partiyaların bayraqları və plakatları ilə bəzədilibmi desəm, zibillənibmi desəm... Doğrudan, seçkidən sonra bu qədər çöpü nə edəcəklər? Kendilərinin bildiyi bir şey - amma görünən odur ki, bu plakatlar sadə vətəndaşı o qədər də ilgiləndirmir. Axşama oğlumun devrə arkadaşı bizi qonaq dəvət edib. Tələsik otelə qayıdacağımızdan taksiyə otururuq. Hər yerdə olduğu kimi burda da taksilər xarici olduğunu hiss edən kimi səni şəhərdə fırlatmağa çalışırlar. Ancaq Tuncay mənə göstəriş verib ki, maşında ağzımı açmayım, onun isə türkcəsi çox iyi:
   
   - Nərəyə?
   
   - Emirgana, Baltalimanına.
   
   - Yabançımısın?
   
   - Yoo, hayır.
   
   - İstanbullu deyilsin...
   
   - Ankaradan gəldik. Öyrənciyim. - Tuncay söhbəti dəyişməyə çalışır: - Oy verməyə gidecekmisin?
   
   - Giderim elbet. Bizim orada bir belediyye başkanımız var, adam ceketini koysa kazanır zaten...
   
   Son günlər Türkiyədə çox yayğın bir ifadə oldu bu - "ceketini koysa kazanır" (yəni pencəyinin də namizədliyi keçərli).
   
   
   
   ***
   
   ... Polis Evinin restoranında axşamlar musiqi, əyləncə də var. Komissar Adil Polat xanımı ilə bizi burda ağırlayır (yəni qonaq edir):
   
   - Baküyü, televizyonu hep seyr ederim Tuncayı görürüm diye.
   
   - Dilimizden anlıyormusun?
   
   - Öyrendim, abla.
   
   - Ya sen?- deyib Filizə tərəf dönürəm. Fliz Adilin xanımıdı.
   
   - Yoo, ben anlamam, hiç anlamam.
   
   - Çaba göstər, zatən burda zor olan bir şey yok ki. Siz "geliyorum" diyorsunuz, biz "gəlirəm".
   
   - O da olacak, abla.
   
   - İnşallah! - deyirəm, amma fikirləşirəm ki, buna da uzun illər lazım, o da qoysalar.
   
   Filiz xırım-xırda bir köy cocuğudu. Boy-buxunlu, yaraşıqlı Adillə uyğunlaşmırlar. Tuncay mənə əvvəldən izahat verib ki, Türkiyədə qızlar çox halda polis eşi olmağa razılıq verməzlər. Həyat şərtləri ağırdı. İlbəil məmləkətin bütün vilayətlərini dolaşmaq lazım gələcək. Hələ bir "Şark" görəvi də var ki, məcburidi. "Şark" yəni şərq, Güneydoğu Anadolu, terror bölgəsi. Hər il bu bölgələrdə nə qədər polis həlak olur.
   
   - Sizdə Şark görəvi yokmu, abla?
   
   - Yok, bizim məmləkət çox küçük.
   
   İzahatım bura qədər, xırdalamaq istəmirəm.
   
   
   
   ***
   
   ... Bu sabah yağmur var İstanbulda. Taksimdə avtobusdan enib İstiqlal caddesinə doğru gedirik. Taksim İstanbulun böyük meydanlarındandı. 70-ci illərin sonlarında Türkiyədə cərəyan edən sağçı-solçu çatışmalarında bir çox qanlı olaylara səhnə olub. İndi də mediada 1 May kutlamalarının məhz Taksimdə olacağı dartışılır. Rəsmi olaraq bu ildən 1 May Türkiyədə Əməkçi bayramı kimi qeyd olunacaq (biz də neçə illərdən sonra bu bayramı ləğv elədik).
   
   İstiqlal caddesi həm lüks, həm də çox təzadlı bir yerdi. Demək olar ki, bir çox ölkələrin konsulluqları burda yerləşir. (Yadımdadır, 1996-cı ildə İstanbula gələndə bizim konsulluğumuz da burda idi. Abbas Abdulla ilə elə buralarda görüşmüşdük. Görəsən, konsulluğumuz indi hansı səmtdədi, heç bilmirəm). Məşhur Çiçək pasajı, xudmani lokantalar, lüks dükanlar, kitab pasajları və... arka sokaklar. Kazinolar, pavyonlar - yəni qədim peşə sahiblərinin yığışdıqları məkanlar. Həm də mütləq qeyd etmək istədiyim bir detal da var - İstanbulda dükanların əksəriyyətində rus qızları çalışır. Və bu qızlar da çox zaman dükan sahiblərinin arvadı olduqlarını söyləyirlər. İndi gəl bizi rus simpatizanlığında ittiham edən qardaşlarımızdan soruş görüm bu nə məsələdi? Nə isə, öz işləridi, ticarət elə bir sahədi ki, burda millət söhbətini araşdırmaq düz olmayacaq.
   
   ... Hara getsək Tuncay birinci kitab dükanlarına girir. Ürəyimdə deyinirəm - bu qədər kitabı necə daşıyacağıq? Ancaq kitabçılarda da bir detal diqqətimi çəkir. Ən çox satılan kitabların siyahısı bütün dükanlarda görünən bir yerdə asılıb. Elif Şafakın adı "Aşk" romanı ilə çox yerdə öndədi. Biz qadınlar beləyik də.
   
   İstiqlal caddesindən bir az o tərəfdəki yoldan Pera Palas oteli boy göstərir. Uzaqdan da Qalata qülləsi. Bu qülləyə çıxıb İstanbulu seyr eləmək olar. Amma yaxşısı budu körpünü keçib Piere Lotiyə gedək. Piere Lotini tanıyırsınızmı?
   
   
   
   (Ardı var)
   
   


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK