ANA SƏHİFƏ / YAZARLAR

Tarixdə ilk dəfə türkcə xütbə oxuyan xəlifə - Yılmaz Özdil

61782    |   2020-07-30 09:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fransızca, almanca, ingiliscə, farsca, ərəbcə bilirdi.

Rəssam idi.

Türk rəssamlıq sənətinin öndə gedənlərindən idi.

Osman Hamdi bəyin tələbəsi idi.

Zonaroyla dost idi.

İbrahim Çallı, Hikmet Onat, Namık İsmail və Nazmi Ziya kimi 1914-cü illərin sənətçiləri ilə birlikdə eyni atelyedə rəsm çəkməkdən zövq alırdı.

Bu torpaqlarda qurulan ilk "Rəssamlar Cəmiyyəti”nin sədri idi.

Parisdə sərgi açdı.

"Hərəmxanada Bethoven”, "Hərəmxanada Göte” kimi tabloları Vyanada nümayiş olundu.

Bu tablolar hal-hazırda Ankara Dövlət rəsm-heykəl muzeyi ilə İstanbul rəsm-heykəl muzeyindədir.

Çılpaq modellərlə işlədi, nude rəsmlər çəkdi.

Hətta hərəmxanadakı qadınları belə hovuz ətrafında çılpaq olaraq çəkdi.


1899-cu ildə çəkdiyi "Qadınlar həyətdə” adlı yağlı boya ilə çəkdiyi tablosu 2013-cü ildə hərracda 1 milyon 600 min lirəyə satıldı. Həmin dövrkü valyuta ilə 1 milyon dollar edirdi.

İstanbulda rəsm atelyeləri açdırdı, qabiliyyətli gənclərin Avropada sənət təhsili alması üçün təqaüd verdi, Hüseyn Avni Lifijin Parisdə oxumasını təmin etdi.

İntellektual idi.

Dövrünün aydınları ilə dostluq əlaqələri qurardı. Abdülhak Hamit Tarhanın, Recaizade Mahmut Ekremin, Tevfik Fikretin, Pierre Lotinin portretlərini çəkdi.

Teatr sevdalısı idi, tamaşaların birini də qaçırmazdı.

Axşamların birində "Bayquş” adlı bir tanaşaya getdi, baş rolu oynayan sənətçiyə heyran qaldı, yaşlı birini canlandırırdı, həqiqətən də yaşlı adama oxşayırdı, 24 yaşında idi, o, gənc sənətçini öz köşkünə dəvət etdi, teatrdakı kimi qrimlətdirdi, yaşlı adam oxşatdı, yağlı boya ilə portretini çəkdi. Hələ məşhur olmamışdan qabaq kəşf etdiyi o gəncin adı Muhsin Ertuğrul idi.

Rəsm kimi musiqiyə də marağı var idi.

Franz Lisztin tələbəsi macar pianist Hegyei və virtuoz skripkaçı Karl Bergerlə birlikdə iş gördü.

Piano, skripka, violonçel və klavsendə ifa edərdi.

Prelüdlər, konsertlər bəstələdi.

Əski türk əlifbası ilə adının yazıldığı 1911-ci il istehsalı olan Steinway pianosu və Lucas markalı violonçeli hal-hazırda Dolmabahçe Sarayında qorunur.

Musiqi kitabxanasında Bethoven, Motsart, Josef Haydn, Şuman başda olmaqla klassik musiqinin ən vacib bəstəkarlarının arxivi və Avropadan gətirilən not qeydləri vardı.

O dövrün İstanbulunda ən məşhur musiqi mağazasının sahibi olan Ernest Komendingerin bir nömrəli müştərisi idi.

Dolmabahçe Sarayında 10 min 867 kitabdan ibarət möhtəşəm kitabxanası var idi.

Bu kitabların 6 min 454-ü fransızca və almanac idi.

Viktor Hüqo, Emil Zolya, Volter, Göte, Şiller kimi yazıçıları oxuyurdu.

Fransız və alman ədəbiyyatına aid əsərləri sadəcə yığdığını yox, hamısını bir-bir oxuduğunu bilirik. Çünki cümlələrin altından xətt çəkmiş, səhifələrin kənarlarına qeydlər etmişdi.

Librairie Weiss, Gerard Freres kimi xarici nəşriyyatlardan alış-veriş edərdi.

İstanbuldakı "Kitabxaneyi-İbrahim Hilmi”, "Təfəyyüz Kitabxanası”, "Vətən Mücəllidxanası” kimi nəşriyyatlardan kitablar alardı.

Kitabxanasında "Usulü'l-Hikem fi Nizamü'l-Ümem" (Millətlərin Nizamı haqqında hikmət əsasları) adlı kitabı, İbrahim Mütəfərrik tərəfindən yazılmışdı,. İlk türk mətbəəsi olan İbrahim Mütəfərrik mətbəəsində çap olunmuşdu.

Dəri, atlas, məxmər, ağac, hətta mərmərlə hazırlanmış cild sənətinin nadir nümunələrini yığdı.

Kitablarla yanaşı cild halında 3 min 829 dərgisi var idi.

"L'illustration”, "Le Temps” kimi qəzetlərə abonə olmuşdu.

İdmançı idi, at çapardı, güləşərdi.

Üzməyi çox sevərdi, ailəsiylə birgə çimərliyə gedər, çimərlik geyimi geyinərdi, dənizdə çimərkən şəklinin çəkilməsinə pis baxmazdı.

Futbolla maraqlanırdı.

Oğlu Fənərbaxça klubunun prezidenti idi.

Qərb stilində geyinərdi, qalstuksuz fotosunu tapa bilməzsiniz, ayaqqabılarını Paristə tikdirdi, odekalonlarını Almaniyadan gətirdərdi.

Qızı Dürrüşehvar sultan və gəlini daxil olmaqla ailəsində bütün qadınların başı açıq idi.

Həyat yoldaşının və qızının saçları açıq halda rəsmlərini çəkdi.

1919-cu ildə qadın dərgisi olan "İnci”yə müsahibə verdi. Qadının cəmiyyətdəki yerinin artmasının, qadınların da kişilər kimi təhsil almasının, iş sahibi olmalarının lazım olduğunu və sənət sahəsindəki əməklərinin dəstəklənməsinin vacib olduğunu dedi.

Abdülmecid əfəndi.

Axırıncı xəlifə idi.

Topqapı Sarayının müqəddəs əmanətlər dairəsində xəlifəliyi təhvil alarkən tarixdə ilk dəfə ərəbcə yox, türkcə dua edildi.

Xəlifə olaraq ilk cümə namazına Fateh məscidinə getdi, ilk dəfə türkcə xütbə oxundu.

O xütbədə İslam aləminin artıq cəhalətlə savaşmasının lazım olduğunu anlatdı.

Axırıncı xəlifənin atası Abdülaziz həm padşah, həm də xəlifə idi.

Atası da onun kimi musiqiçi idi, piano çalardı, vals bəstələyərdi, operaya marağı vardı, Londonda, Vyanada, Parisdə krallıq qala gecələrinə dəvət olunardı, izləsinlər, öyrənsinlər deyə şahzadələrini də özüylə aparardı, Vaqnerin opera binasına maddi yardım etmişdi, Beyoğlundakı Naum teatrında gedərdi, sənətçilərə bəxşişlər verərdi.

Atası da özü kimi rəssam idi, öz heykəlini düzəldən ilk və tək padşah idi.

Axırıncı xəlifə Abdülmecid əfəndinin rəsm mövzusunda ən böyük dəstəkçisi həm padşah, həm xəlifə olan əmisi oğlu Abdülhamid idi.

Sənət əsərlərini orada rahat-rahat yaya bilməsi üçün şəxsən Abdülhamid tərəfindən Üsküdarda ovçuluq köşkü hədiyyə edilmişdi.


Dilimizə uyğunlaşdıran: Eminquey



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-08-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK