viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ŞİLLƏ MASAJI Adalet.az | ŞİLLƏ MASAJI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ŞİLLƏ MASAJI

25138    |   2013-06-08 06:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Eşitdiyimə görə, Taylandda bir seansı 350 dollara başa gələn şillə terapiyası növü mövcudmuş. Bu masajın özəlliyi ondaymış ki, şillə üzdəki qan dövranını sürətləndirir və dəri sağlam, gənc qalır. Çinlilərin, taylandlıların bu üsulunu indi eşidərkən, bizim ulu babalarımızın nə qədər uzaqgörən olduqlarını anladım! Sən demə, bu döyülmə heç də cahillik, mədəniyyətsizlik, qadına qarşı zorakılıq əlaməti deyilmiş! Qadınlarımızın illər öncə qorxu ilə, təlaşla qarşıladıqları bu münasibətlə onlar özləri də bilmədən, kişiləri tərəfindən davasız, dərmansız müalicə olunurmuşlar, xəbərləri yoxmuş! Və bunun sayəsində də gənc qalır, gənc ölürmüşlər...
Sizə elə gəlməsin ki, bizdəki şilləterapiya keçmişdə qalıb. Xeyr! İndi də davam etməkdədir. O terapiyanı hər gün keçən o qədər qadınlarımız var ki... Bunun özəlliklərini anlmayanlar isə, adını qadın zorakılığı, zəif cinsə qarşı işgəncə qoyub, haray - həşir salıblar. Daha bilmirlər ki, belə ailələrdəki qadınlar nəinki cavan qalır, hətta şilləterapiya başlarında da davam etdiyindən, ağılları da cavan qalır, hətta uşaq ağlından artıq inkişaf etmir. Buna tam əminəm. Çünki ağıl bir az inkişaf etmiş olsaydı, bircə dəfə başını qaldırıb, nə üçün döyüldüklərini soruşar, haqlarını tələb edərdilər. (Heç olmasa, bu terapiya üçün təşəkkür edərdilər!).
Maraqlıdı, əyyaşlıqla məşğul olan, arvadın qazandığı qəpik - quruş hesabına qarnını doyduran, əsəbiləşəndə isə, onu və balalarını min bir zəhmətlə qazanıb, yedizdirəni, elə balalarının gözü qarşısında təpik altına salan bu kişiləri nədən evdə saxlayırlar bu qadınlar? Hətta, bu üzdən boşanıb, yenidən nigahsız olaraq bir yerdə yaşayan və bu vərdişini davam etdirəni də tanıyıram. Bu qadınları heç cür anlaya bilmirəm. Sənə dəyər verməyən, hörmət etməyən, çətin, ağır günlərində sənə dayaq durmayan, ad gününü belə, xatırlamayan, yeri gəldi - gəlmədi söyüşlə səni təhqir edən kişi ilə necə bir yerdə yaşamaq olar? Üzündəki, gözünün altındakı göyləri "qapıya dəyib" deməklə, bu əyyaş "qapını" nə qədər müdafiə etmək olar? Axı həyat yoldaşı - həyatdakı dar günün də, xoş günün də yoldaşı deməkdi! Əməyini istismar edib, səni adam yerinə qoymayan kişini nə deyib, evdə saxlayırsan ki, bədbəxt qadın? "Bədbəxt" yerinə məmnuniyyətlə, axmaq yazmaq istəyirəm.
Ailə, Qadın və Uşaq problemləri təşkilatı qadınları bu zorakılıqlardan xilas etmək üçün yollar axtarırlar. Ancaq məncə, o yol qadının öz içindən keçir. Müasir dövrdə bir parça çörəyini qazanıb, başını saxlamaq, balalarını dolandırmaq eləmi çətin işdir? Həm də əyyaş kişinin səni dolandıracaq nə qazancı olacaq ki? Mənəvi dayaq da deyil. Bəs nədir o səninçün, kimdir...
Bəzən bu mütiliyə səbəb qadınların "adı, nəfəsi üstümdə olsun" kimi absurd düşüncələri, namus keşikçiləri tərəfindən məzəmmətlənmələrindən qorxmalarıdır. Həyat insana bir dəfə verilir. Onu necə yaşamaq yolunu müqəddəs kitabımız göstərir. Düzgün yolu seçib, o yolla addımlamaq hərənin öz seçimidir. Bu yolda çətinliklər, səhvlər də olacaq, şübhəsiz. Ancaq hər yanlış da düzgün yolu tapmaq üçün bir sınaqdır, tramplindir. Hər kəs vicdanla, namusla öz yolundadırsa, ətrafın nə düşünməsi əhəmiyyət kəsb etməməlidir. Əksər vaxtlar bu, namus keşikçiləri "ev xanımı" olan həyat yoldaşını addıma bir "çöl xanımları"na dəyişərək, özlərinin namussuzluqlarını ört - basdır etmək üçün canfəşanlıq edir, başqalarını misal çəkirlər. Amma müqəddəs kitabımızda böhtanın, qeybətin, zinanın nə cəzalara gətirib çıxaracağını təsəvvür etmək belə, qorxuncdur. Sən doğru addımını at, Allah köməyin olacaq!
1941-45 - ci il müharibəsi illərindən bu günə kimi ərini gözləyib, o həsrətlə dünyadan köçənlər oldu. Xəstə həyat yoldaşına bütün ömrünü həsr edib, yaşayanlar da var. Amma səninki başqa şeydi. Sən bütün hüququnu, azadlığını, arzularını dəyərsiz birinə qurban verirsən. Səni nəyə bənzədirəm bilirsənmi: Həyət evində yaşayarkən kənddən mənə üç - dörd toyuq gətirmişdilər. Bir müddət onları tordan düzəldilmiş bir kvadratmetr ölçüdə yeşikdə saxladım. Belə öyrəşdilər və bir gün onların qapısını açıb, buraxdım və işimlə məşğul olmağa getdim. Bir - iki saat keçmiş olardı, onlara dən vermək üçün qayıdanda hələ də o dar qəfəsdən çıxmadıqlarını gördüm... Onlara bənzəyirsən - ağılsız, qoyulduğu yerə öyrəşib qalan, kiminsə komandasıyla hərəkət edən zavallı canlı... Axı yaradan səni müti yaratmayıb. Səni yaradılanların əşrəfi sayıb. Sənə haqlar verib. Səndən hərəkət, məndən bərəkət, - deyib.
Bu mənim sənin barəndə düşündüklərimdi. Bəlkə sənin mənim haqqımda daha maraqlı, məntiqli düşüncələrin var, bilmirəm.
Amma bütün düşüncələrə rəğmən o dəqiqdir ki,Tanrı bizi toyuqdan, ümumiyyətlə bütün yaradılmışlardan çox - çox ağıllı və şərəfli yaradıb...
Fəridə RƏHİMLİ
f_rehimli@rambler.ru


İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK