hacklink Adalet.az | ƏRƏBLƏRİN DAY-DAYI LAWRENCE Adalet.az | ƏRƏBLƏRİN DAY-DAYI LAWRENCE Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏRƏBLƏRİN DAY-DAYI LAWRENCE

226010    |   2013-06-08 06:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Hər insanı öndən və arxadan təqib edən mələklər vardır. Allahın buyruğu ilə onu qoruyurlar. Bir xalq öz əhvalını dəyişməyənə kimi Allah onların vəziyyətini dəyişdirməz. Allah bir qövmə də pislik eləmək istədimi, artıq onun qarşısının alınması qeyri-mümkündür. Onlar üçün Allahdan başqa bir himayədar da tapılmaz".
"Rəd Surəsi. 11-ci ayət"

Xeyli uzun müddətdir beynimdə ingilis casusu Lawrencenin Ərəbistan yarımadasında 20-ci əsrin əvvəllərində bizə qarşı həyata keçirdiyi əməlləri yazmağı dolandırırdım, ancaq özümü kökləyə bilmirdim.
Keçən il "ərəb Dünyası Niyə Belədi" başlığı altında yeddi yazı yazmışdım, Thomas Edward Lawrence adlı bu casusun törətdiyi cinayətlərə toxunmamışdım, çünki mənə görə onun etdikləri və ərəblərin aldanışı müsəlman dünyasında yaşayan hər bir nəsil üçün ibrət dərsi götürülməli hadisələrdir. Bu səbəblə xalqlarımızın, dövlətlərimizin gələcəyi naminə onlar ətraflı təhlil edilməli, daim dilə gətirilməli, yeni nəsillərimiz də bu cür tarixi olayları bütün detallarına kimi öyrənərək yetişməlidir.
Qərb dünyasında, ərəb Baharı, 21-ci əsrin böyük hadisələrindən biri kimi qələmə verilir. Çünki bu hərəkat, ərəb aləmində qalmaqallı təlatümlərin yaranmasına səbəb olub. O, 2010-cu ildə başlasa da indiyə kimi davam edir və edəcəkdi də. Xalqımızın dediyi kimi, bu xəmir hələ çox su aparacaq.
Qərb dünyasının toplum mühəndisləri, siyasətçiləri, strateqləri, ərəb Baharı deyilən hadisələrin, ərəb xalqlarının demokratiya, azadlıq və insan hüquqlarını tələb etməsindən törədiyini kəlmə başında vurğulayır. Yaranan etiraz aksiyaları, mitinqlər, nümayişlər, daxili toqquşmalar azadlıq mübarizəsi kimi irəli sürülür. Bu hərəkat ərəb dünyasında bir çox rəhbərin bir fısa bənd olan qabaq kolu kimi dırmandığı taxtdan, təpəsi üstə kəllə-mayallaq yerə gəlməsinə gətirib çıxarıb. Qərb dünyası, taxtı çevrilən hakimlərin əslində diktator olduqlarını və xalqın onları haqlı olaraq ayağından tutub aşağı saldığını daim vurğulayır. Ancaq o diktatorları özlərinin həmin məqama çıxardıqlarını isə heç dillərinə də gətirmir. Bu hərəkat Misir, Tunis, Liviya, Suriya, Bəhreyn, əlcəzair, İordaniya və Yəməndə kütləvi şəkildə; Moritaniya, Səudiyyə ərəbistanı, Omman, İraq, Lübnan və Mərakeşdə isə kiçik tərpənmələr şəklində özünü göstərib. Yenə qərblilər uzun müddətdir ərəb dünyasının ardıcıl dəyişmə prosesinə daxil olduğunu, İslam dünyasında demokratik tələblərin artdığını, ərəb xalqlarının da müasir demokratiyanın nemətlərindən bəhrələnmək istədiklərini, buna haqları olduğunu, boyaqlı mətbuatları və telekanalları ilə gecəli-gündüzlü carrayır, insanların beyinlərini bulandıraraq şüurlarını da bu istiqamətə yönləndirməyə çalışırlar. əslində düzünü desək, hardasa 80 faiz yönləndiriblər də.
İnsan bir an üçün dayanıb fikirləşir, bu demokratiya deyilən şey nəmənəm xörəkdir ki, yalnızca qərbli imperialistlərin mətbəxində bişirə.. Misal üçün ABŞ-da, İngiltərədə, Almaniyada, Fransada ki, bunlar imperiya siyasəti güdən qansoran dövlətlərin başında dayanırlar, onların ölkəsində sözün əsl mənasında demokratiya vardırmıə!. Məsələn, İngiltərədəki demokratiya ilə ABŞ-dakı tamam-kamal üst-üstə düşürmüə Almaniyadakı azadlıqlarla Fransadakı bir-birinə uyur, ya yoxə Axı bu gün özünü demokratiyanı, insan hüquqlarını, bəşəri əxlaqı ən həssas şəkildə yerinə yetirən ölkə kimi qələmə verən bu insansevər xalqlar (ə) on yeddinci əsrdə Katolik-Provaslav deyə bölünüb din uğrunda otuz il bir-birini qırmadıə Sonra onlar doğrudanmı dini-məzhəbi mübarizə üçün bir-birini qırdılarə Müqəddəs etiketini yapışdırdıqları Roma-German İmperiyası Vestfaliya sazişi ilə Almaniya və Avstriyadan ibarət iki müstəqil dövlətə niyə bölündüə Yoxsa bu bölünmənin alt qatında yatan səbəb, İngiltərə və Fransanın təkbətək bu imperiya ilə hesablaşa bilməməsindən törəmişdiə!. Bəlkə bu iki dövlət əlbir olub qarşılarındakı nəhəng imperiyanın gücünü dağıdaraq dünyanın gücsüz xalqlarını sümürməkdə rəqibsiz qalmaq istəmişdiə
Digər bir mövzu isə, həmin bu güclər Birinci və İkinci Dünya Müharibəsini çıxararaq milyonlarla insanın qanının tökülməsinə, milyonlarla ocağın sönməsinə səbəb olmamışdıə Özgələrinin yeraltı və yerüstü sərvətlərini, gücsüz xalqların əməyini sümürmək haçandan bəri demokratiya, azadlıq və insansevərlik olubə..
Cəncəl qanununun hökm sürdüyü dünyanın belə bir vaxtında ərəb aləminə nəzər saldıqda insanı çaş-baş salan ayrı bir sual yaranır. Axı nəyə görə indi 200 milyonluq əhaliyə malik ərəb dünyası, dünən yaranan və bu gün 8 milyona da çatmayan əhalisiylə İsrailin əlində, "parçala hökm elə" siyasətinə görə zəlil-zəbun olubə Həmin siyasəti orda hansı qüvvələr işə salıbə Yoxsa bu gün ərəb Baharı adı verilən olayların özülü Birinci Dünya Hərbindən də qabaq qoyulubə!. Bu həm də demokratiyanı ixtira edib dünya xalqlarına bağışlayan qərblilərin əliylə olub!
Mənə görə ərəb Baharı deyilən şey tamamilə ABŞ-İngiltərə-İsrail triosunda fəaliyyət yeridən toplum mühəndislərinin uydurmasından və onların planlarıyla yeriyən bir prosesdən özgə heç nə deyildir, adı böyük Orta Şərq Layihəsidir və dəstəkçiləri də Avropanın qansoranlarıdır.
"Bəs ərəb dünyası haqda nə deyə bilərsinizə" sualına bu cavabı verərdim:
Ulu Tanrı müqəddəs kitabımız "Qurani-Kərim"də Şura surəsinin 23-cü ayətində belə buyurur:
"Allah, iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. Ya peyğəmbər de ki; Mən sizdən peyğəmbərliyimi təbliğ etməyimin müqabilində əhli-beytə sevgidən başqa bir şəy istəmirəm. Hər kim yaxşı bir iş görərsə biz onun savabını artırarıq. Şübhəsiz ki, Allah bağışlayandır və qədir biləndir".
Yaxşı, bəs ərəblər Peyğəmbərin əhli-beytinə nə cür yanaşdılarə..
əhli-beyt mənsublarından Allahın aslanı, Həzrət Peyğəmbərin kürəkəni, əmisi oğlu, İslamın dördüncü xəlifəsi, Peyğəmbərin "Mən elm şəhəriyəm, əli də onun qapısıdır" dediyi Hz. əlini məsciddə namaz qıldığı yerdə vurdular, Hz. Həsənə zəhər verib şəhid etdilər, Hz. Hüseyni özləri Kufəyə dəvət edib Kərbəlada başına dünyada tayı-bərabəri olmayan bir bəla gətirərək şəhid etdilər. Yanındakı qundaqdakı körpələri də oxladılar. Suya həsrət dodaqların təşnəsini söndürmək üçün Fərat çayından su gətirən əmisi Hz. Abbasın qollarını qələm saldılar və nələr, nələr etmədilərg! Üstəlik onu şəhid etməklə də kifayətlənmədilər. Hz. Hüseynin mübarək başını kəsib, Tanrının, "Ya Məhəmməd sən olmasaydın, sən olmasaydın bütün bu fələkləri yaratmazdım" dediyi iki cahan sərvəri Hz. Peyğəmbərin ciyərparəsinin nəşinə hər cürə təhqiri layiq gördülər. Qəribə burasındadır ki, onlar həmin gün oruc tutmuşdular və ağızlarını-burunlarını dəsmallamışdılar ki, atların dırnaqlarından qalxan tozlar boğazlarına dolub oruclarını batil etməsin.
əhli-beyt mənsublarına o cür əməlləri layiq görən ərəb xalqının başından bəla əskik olardı kiə.. Olmadı, olmayacaq dag
Mən həmişə, Türk Allahın ordusudur, Tanrı bizi özünə ordu yaradıb fikrindən müdafiə etmişəm. əlbəttə bu səbəbsiz deyil. Həmin Kərbəla hadisəsi əsnasında yeddi nəfər Türk döyüşçüsü Hz. Hüseynin hüzuruna gedib, ona hörmət və məhəbbətini bildirdikdən sonra, "Ya İmam, komandanımız bizi yolladı ki, sizi buradan çıxarıb Azərbaycana aparaq" deyib. Hz. Hüseyn də, "Komandanınıza təşəkkür edirəm. Tanrının məsləhəti belədir, mən burda şəhid olacağam. Yardımınız mənə yox, xəstəhal oğlum Hz. Zeynəlabidinə olacaqdı. Mən şəhid olduqda onu götürüb bu bəlanın içindən çıxarıb apararsınız" deyə buyurub, o əsgərlərdən də, komandirlərindən də razılığını bildirib. İmam şəhid olandan sonra da həmin əsgərlər gedib Hz. Zeynəlabidini o qada-bəlalı yerdən çıxarıb sağ-salamat aparıblar.
əgər bu gün ərəb dünyası hardasa min beş yüz ildir qalmaqalların təlatümündən yaxasını xilas edə bilmirsə, ayılıb özünə gələ bilmirsə bunun səbəbini bir az da mənəviyyatda aramaq labüd deyildirmiə
Yeddinci əsrdə əhli-beyt mənsublarına qarşı o cinayətləri törədən ərəb xalqı qərblilərin təbliğatla şişirtdiyi Səddamı, ənvər Sədatı, Hüsnü Mübarəki, Qəddafini və digərlərini özünə rəhbər qəbul etdi, ta ki qərblilərin onlarla işi qurtarana kimi. Qurtardıqda da yenə qərblilərin təbliğatına uyub öz liderlərinin axırına özləri çıxdılar.
İngilis casusu Lawrence, 20-ci əsrin başlarında ərəbistan çöllərində çöl ərəblərinə ayda 20 min qızıl paylayaraq onları özünə ram etdi. Çöl ərəblərinə, ərəbistanı imperiya siyasəti güdənlərə qarşı qoruyan, yəni özlərinin oranı sümürməsinə mane olan Türk əsgərlərini istiqamət göstərdi. Üstəlik Lawrencenin köməkçiləri sadəcə olaraq çöl ərəbləri də deyildi.
Seyfəddin Altaylı,
Ankara
altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK