ANA SƏHİFƏ / YAZARLAR

Ayı xidməti - Vüqar Abbasov yazır

44204    |   2020-07-25 13:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bayron: "Topladığım böyürtkənlərin hamısını mən öz əlimlə yetişdirmişəm. Onları yığarkən, əkdiyim böyürtkənlər əllərimi yaralayır və qanımı axıdırlar. Mən əvvəldən bilirdim ki, əkdiyim bu ağac hansı meyvəni verəcək.”

Aleksandr Düma: "Qafqaza səyahət”

Son günlər Avropanın bir neçə ölkəsində, həmçinin Los Ancelesdə baş verənləri çoxlarımız bilirik. Onsuz da gərgin olan əsəblər daha da tarıma çəkilib. Nə baş verib? Bilməyənlər üçün qısa olaraq belə təsvir etmək olar ki, xaricdə yaşayan soydaşlarımız xaricdəki Ermənistan səfirlikləri, ermənilər də Azərbaycan səfirlikləri önündə mitinq etmək istədilər və hadisələr məcrasından çıxdı. Yeri gəlmişkən qeyd edim ki, baş verənləri, soydaşlarımıza qarşı olan vəhşi hərəkətləri şiddətlə qınayır və zərərçəkmişlərə keçmiş olsun deyirəm.

Bizimkilərin etdikləri mitinqlərdən yazmayacam. Məlumunuzdur ki, ermənilər Niderlanddakı və Belçikadakı səfirliyimiz önündə mitinq etmək üçün aidiyyatı qurumlardan icazə alaraq ora toplaşmağa qərar vermişdilər. Onların bizə olan kinləri də məlumdur, məkrləri, hiyləgərlikləri də. Bizə düşən həm də onların məkrlərindən, hiylələrindən kənar durmağı bacarmaq olmalıdır. Amma bəzilərindəki populistlik, özlərini rəsmi Bakıya iş bilən, iş bacaran kimi göstərmək istəyi, təəssüf ki, buna imkan vermədi. Küyə gedənlərimiz də ayrı mövzudur. İllərdir ki, formalaşmış bu adət, işin nəticəsini düşünməkdən çox özünü haralarasa göstərmək adəti və buna şərait yaratmağımız öz əkdiyimiz "böyürtkənlər”dir ki, bu gün də bizi yaralayır, qanımızı axıdırlar və biz də bu kol-kosu əkəndə bu nəticəni görməliydik.

... Bir də xəbər tutdum ki, bir çox soydaşımız səfirliyimizin önünə, daha doğrusu, həyətinə yığışıblar, səfirliyimizi qorumaq üçün. Ermənilər orda mitinq edəcəkmiş, bizimkilər də mitinqə qarşı mitinq ediblər, hər halda. Öncə Niderlandda, bir neçə gün sonra isə Belçikada. Kim bunu təşkil etmişdi və nə üçün, cavabı açıq suallardır, hər halda mənim üçün. Toplaşmış soydaşlarımızın əksəriyyətinin səmimiyyətinə heç bir şübhəm yoxdur. Ancaq bu lazım idimi? Ermənilər səfirliyin içərisinə girə bilməzlər. Nəzərinizə çatdırım ki, hər iki ölkədəki səfirliyimiz dəmir barmaqlıqlardan olan hasarın içərisindədir. Narahatsan, ölkənin polisi var, çağır, əlavə qüvvələr istə. Emənilər də uzağı kənardan nəsə atacaqlar. Bir neçə pəncərə sınacaq, qoy sınsın. Daha yaxşı, bunu göstər də fəaliyyət göstərdiyin ölkənin aidiyyatı idarələrinə, mətbuata müraciət et. Deyək ki, ermənilər səfirliyin həyətinə daxil olub vandallıq etdilər. Qoy etsinlər də, bundan böyük fürsət? İstifadə edərdiniz də bundan. Bir qədər də irəli gedək, deyək ki, vurub bir diplomatı yaraladılar. Xoş hadisə olmazdı, ancaq nəticəsi bizim xeyrimizə olardı. Diplomat səngərdəki əsgərdən artıq deyil! Bunlar neylədilər? Yığdılar milləti istər Niderlanddakı, istər Belçikadakı səfirliyin həyətinə və baş verənləri də bilirsiniz. Los Ancelesdə olanlar da bunun bir başqa forması. Düşmənin oyununa saldılar bizi bu "diplomatlar,” diaspor başbilənləri. İnsanların qanı axdı, döyüldü və haqlı olduğumuz halda haqsız duruma düşmə ehtimalımız da var. Bizi oyunlara çəkdilər. Bunlar da oturub soyuq başla düşünüb qərar verməkdənsə bu oyunlara getdilər. Kimin məqsədi nə idi, özləri bilər. Ancaq bunların bu "diaspor-diaspor” oyunu çox eybəcər görsənir və olduqca zərər verir, bunu görmək lazımdır. Bu xidmətə ən yaxşı halda "Ayı xidməti” deyərlər. Bilməyənlər üçün "ayı xidməti”nin nə olduğunu çox qısa olaraq yazım. "Ayı xidməti” kömək etmək əvəzinə çətinlik yaradan bacarıqsız addım. Xeyirxah niyyətlə görülən, lakin zərərlə nəticələnən iş.

İfadə Asiya xalqları arasında mövcud olan əhvalatla bağlı yaranmışdır.

Bir gün bir ovçu meşədə dəhşətli ayı nəriltisi eşidir. Səs gələn tərəfə gedib görür ki, ayının ayağı armud ağacının haçasına ilişib və ha çalışırsa, çıxa bilmir. Ovçu qorxmadan irəli atılır və ayını xilas edir.

Ovçuya minnətdar olan ayı isə yüksək sədaqət göstərərək onunla hər yerə gedir, onu incidəni döyür, çöl işlərində bacardığı kimi kömək edir, günorta yatanda milçəyini qovurmuş. Bir gün ayı yatmış sahibinin alnına qonan qara milçəyi bir neçə dəfə qovur. Zəhlətökən milçək hər dəfə yenə qayıdıb eyni yerə qonur. Axırda bərk əsəbiləşən ayı böyük daşla vurub milçəyi (yəni sahibini də) öldürür.

Bunların etdiklərinə başqa ad tapa bilən varsa desin, sözümüzü geri götürək.

Baş verənlərlə bağlı əsəblərin tarıma çəkildiyi aydındır və buna görə də çox xoşagəlməz hadisələr baş verir. Belçikadakı mitinqdə və mitinqdən sonra ermənilər soydaşlarımızı yaraladılar, döydülər və.s. Hətta Real TV-nin Avropadakı jurnalisti Xatirə Sərdarqızı daha ağır yara aldı. Bütün bunlar isə, təkrar qeyd edirəm, əsəbləri tarıma çəkib. Ancaq yenə də artıq çağırışlara, hərəkətlərə yol vermək olmaz. Baş verənlərdən xeyrimizə faydalana biliriksə, edək, bacarmırıqsa, bilmədən yenə də "ayı xidməti” etmiş olmayaq. Əlbəttə, diqqətli oxucu bilir ki, bununla kimisə ayı filan adlandırmaq fikrində deyiləm. Sadəcə məsələlərin məcrasından çıxması bizə fayda verməz, bunu demək istəyirəm. Xaricdəki soydaşlarımıza müraciət edirəm, bizlər vətənə başqa cür fayda verə bilərik. Yaşadığımız ölkələrin xalqlarının xüsusiyyətlərinə uyğun olaraq ünsiyyət qura bilərik. Burdakı diplomatlarımız da gəldi- gedərdilər, diaspor rəhbərliyi də dünən başqası idi, bu gün başqası, sabah başqası ola bilər. Ən pis, bəlkə də ən yaxşı halda aidiyyatı komitə ləğv oluna bilər. Onlar kabinetlərindən nəyin necə olduğunu bilə bilməzlər. Bizlər yaşadığımız yerin xüsusiyyətlərini daha yaxşı bilirik. Atdığımız, atacağımız addımları yaxşı düşünək.

Əziz soydaşlar, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlər, hamınızı bir daha sakit olmağa və qanunların yol verdiyi imkanlardan faydalanmağa, qanunsuz heç bir addım atmamağa çağırıram.

Vüqar Abbasov.

Niderland.

[email protected]

Mənbə:https://www.azleks.az/




İmza:

YAZARIN ARXİVİ

2019-02-05 : Məzlum Məsum
2018-09-04 : Reportaj
2015-12-07 : Adsız yazı
SON XƏBƏRLƏR
2020-08-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK