ANA SƏHİFƏ / ŞOU-BİZNES

Türkiyə şou-biznesindən Azərbaycana dəstək: "Türkün türkdən başqa dostu olmaz"

9056    |   2020-07-16 12:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində vəziyyət bir neçə gündür gərginləşib. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 11 nəfəri də şəhid olub.

Döyüşlərdə həlak olan şəhidlərlə bağlı türkiyəli məşhurlar sosia şəbəkə hesablarında paylaşımlar ediblər. Dünən xəbər vermişdik ki, məşhur müğənni Mahsun Kırmızıgül, modelyer İvana Sert və bir neçə tanınmış məşhurlar Azərbaycanın haq işinə dəstək nümayiş etdiriblər.

Adalet.az xəbər verir ki, bu gün isə həmin siyahıda müğənnilər Ebru Gündeş, Alişan, Gülbən Ərgən, Sərdar Ortaç, Seren Serengil, aktyorlar Oktay Kaynarca, Şahan Gökbahar, aparıcı Ece Erken və başqaları yer alıblar.

Sərdar, Ebru, Çağla Şikel, Merve Özbay bayrağımızı yayımlayıb.

Qürurverici paylaşımlar

Ece Erken Azərbaycan bayrağını paylaşaraq "Şəhidləriniz bizim də şəhidlərimizdir. Millət olaraq başımız sağ olsun" sözlərini qeyd edib.



Alişan isə "Şəhidlərimizə Allahdan rəhmət diləyirəm" sözlərini yazıb. İfaçı general-mayor Polad Həşimovun da şəklini yerləşdirib və "Nə kral bir adam olmusan, nə gözəl könlün var imiş" deyə, bildirib.

Gülbən Ərgən isə "Acınız acımızdır" deyə, paylaşımında vurğulayıb.

Oktay Kaynarca isə Azərbaycan xalqına başsağlığı verib.

Işın Karaca Bakıda baş tutan yürüşdən görüntü yerləşdirib və "Türkün türkdən başqa dostu olmaz" sözlərini yazıb.



Serengil isə "Bu da bizim can qardaşlarımızın bayrağıdır. Uğruna şəhid edilən bütün azərbaycanlı qardaşlarımız bizim də şəhidimizdir" deyə, bildirib.

Qeyd edək ki, dəstək nümayiş etdirən Türkiyəli sənətçilərin bir çoxu Azərbaycanın kədərli günlərində də yanında olub. və Xocalı soyqırımına da öz münasibətlərini də ortaya qoymuşdular.

Əntiqə Rəşid



İmza:

Renka: Ailəmiz yoluxdu, atam rəhmətə getdi, özümün vəziyyətim...

Supermodel yenə hamam geyimində: Bu dəfə makiyajla...

Nadir Qafarzadə: “Sosial şəbəkədəkilər cahildir” - VİDEO

Mina Hüseyn alt paltarında video paylaşdı: Tənqid və təhqirlərə məruz qaldı...

Aparıcı növbəti dəfə tənqidlərə tuş gəldi: "Süni, ətimizi tökmə..."

Məşhur aparıcıdan məsləhət: “İnsanları layiq olduğu yerə qoy..."

Məşhurlardan etiraz: Karantin rejimi rədd olsun...

Yaponlar beş ən gözəl rusiyalı qadını seçdilər

Məşhur modelin yalanı açıldı: Türkiyəliləri suçlamaq üçün...

Cazibədar model Türkiyədə döyüldü - FOTO

Roza Zərgərli kimlərlə düşmən olduğunu açıqladı - VİDEO

Cazibədar model qəribə yarışda iştirak üçün tərəf müqabili axtarır - VİDEO

SON XƏBƏRLƏR
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK