ANA SƏHİFƏ / GÜNDƏM

Nəriman QASIMOĞLU: ƏLADAN ƏLA

3374    |   2020-07-13 11:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2004-cü ilin yazıdır, Amerikanın Georgetown University-ində araşdırmaçı qismində çalışıram. Ofisim Center for Muslim-Christian Understanding, yəni Müsəlman-Xristian Anlaşma Mərkəzindədir.

Bir gün həmkarlarımdan biri zəng edib bildirir:

- Xaricdən Amerikaya gənc ilahiyyatçılar və din xadimlərindən ibarət nümayəndə heyəti gəlib, ABŞ-da ziyarət edəcəklərinin sırasında universitetimiz də var. Məsləhət olub həmin nümayəndə heyətini sən qəbul edəsən.

- Nə məsələdir, yəni mümkündür ki, mən qəbul edim o əcnəbiləri? Deyəsən, bu mənim səlahiyyətimdə deyil axı?!

- Niyə də yox, sən də bizim əməkdaşımız.

- Haradan gəliblər, hansı ölkəni təmsil edirlər?

- Azərbaycandan.

- Great!, - yəni "əla!” deyib daha nə isə soruşmağı artıqdan bilirəm.

Əhvalım da əladır: bir azdan həmvətənlərimi bir Amerika universitetinin təmsilçisi kimi rəsmən qəbul etməliyəm.

Qəbul zalındayam. Heyətin üzvləri içəri daxil olurlar. Tərcüməçi də Bakıdandır. Qonaqları salamlayandan sonra Amerika-Azərbaycan əlaqələrinin strateji mahiyyətindən, Amerikada etiqad azadlıqlarının tarixindən, təmsil etdiyim universitetin keçirdiyi dinlərarası dialoq tədbirlərindən və s.-dən uzun-uzadı söhbət aparıram. Cümlələrimə fasilə də verirəm ki, tərcüməçi dediklərimi Azərbaycan dilinə rahat tərcümə edə bilsin. Sonra keçirik açıq söhbətə, sorğu-suala. Azərbaycanda etiqad azadlıqları barədə soruşuram, onlar mənə Azərbaycanda dini tolerantlığın tarixindən danışırlar.

Görüş bitir, söhbəti elə zaldaca qonaqların şərəfinə təşkil edilən kofe-şirniyyat süfrəsi ətrafında davam etdiririk.

Bakılı tərcüməçi məndən əslimi soruşur. "Roluma” davam edib əslən azərbaycanlı olduğumu, ABŞ-a nə zamansa babalarımın hicrət etdiyini deyirəm. Ona maraqlı gəlir. Dilimizi bilib-bilməməyimi soruşur. Bir-iki kəlmə "qırıldadıb” deyirəm bildiyim elə budur.

Gənc din xadimlərindən biri yaxınlaşıb mənə şərq miniatürləri ilə bəzənmiş qələmdan hədiyyəsini verir.

Nümayəndə heyətində bir gənc xanım da var, ilahiyyat fakültəsini bitirib. Space TV-də bir dəfə mövhumatçıların cərgəsində mənimlə mübahisəsi də düşüb. O zaman OXU-dan nə qədər dəlil gətirirdimsə Məhəmməd Seçilmişə bu Yazıdan kənar ilahi vəhylər olmayıb, ola da bilməzdi, mövhumatçı müəllimlərinin ona öyrətdiklərindən çıxış edərək elə hey dirənirdi ki, yox, Qurandan əlavə hədisi-qüdsilər də guya peyğəmbərə vəhy edilibmiş. İndi isə maraqla məni süzür, bilirəm fikrindən keçirir görəsən bu mən olaram, ya bir başqası. Yaxınlaşıb ehtiyatla ingiliscə salam verir. Onun üçün gözlənilməz olaraq Azərbaycanca salamlaşıb hal-əhval tuturam və deyirəm:

- İndi isə məni tanımamış olmazsınız.

Gülümsünür. Tərcüməçi çaş-baş qalıb. Ümumilikdə isə hiss edirəm bu durum onlarda pozitiv ovqat yaradıb. Azərbaycan dilində danışdığımı eşidib digərləri də ətrafıma toplanırlar. Söhbətimiz şirin məcraya yönəlir. Gənclər bir-bir yaxınlaşıb mənimlə Georgetown universitetinin foyesində, pilləkanlarında şəkil çəkdirirlər. Biri deyir:

- Görün burada sizin nə qədər hörmətiniz var ki, xarici nümayəndə heyətini amerikalılar adından qəbul etməyi sizə tapşırıblar.

Əhvalım isə bu dəfə "is better than great”, yəni əladan da əladır.





İmza:

Azərbaycanla Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında saziş avqustun 13-dən qüvvəyə minir

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub - VİDEO

BU İLQAR RƏSUL NƏ ƏRİNCƏK ADAMIYMIŞ

Baş nazir: Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür

İlham Əliyev: Bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərin müxtəlif elementlərini icra ediblər - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar - YENİLƏNİB

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir - VİDEO

Fəttah Səməd oğlu Heydərov

Müdafiə Nazirliyindən Polad Həşimovun səngərdən uzaqda şəhid olması iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib

Ermənilərin Gəncəni vuracağı hədələri ilə bağlı nazirlikdən SƏRT REAKSİYA

QMİ nümayəndəsi: İnsanların kütləvi məkana toplaşması yoluxma ehtimalını artırır

Azərbaycanda 103 nəfər koronavirusa yoluxdu, 221 nəfər sağaldı

DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib

Bakıda məşhur nəşriyyatda polis reydi ilə bağlı RƏSMİ AÇIQLAMA

“Eşidəndə ki, Kəmaləddin Heydərovun oğlu rəssamın qızı ilə evlənib…“ - Seyran Səxavət

DTX-dən əməliyyat: Azərbaycanlı səfir Bakıda tutuldu - RƏSMİ

Koronavirusla üz-üzə: COVID-19 virusundan sağalan jurnalistin başına gələnlər

BMTİP vasitəsilə Azərbaycana 5130 qutu dərman preparatı gətirilib

Vilayət Eyvazovdan yeni təyinat

Agentlik sədri: Xəzərə axıdılan tullantı suları təkrar istifadə edilə bilər

SON XƏBƏRLƏR
2020-08-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK