Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SEZON FİNALI Adalet.az | SEZON FİNALI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SEZON FİNALI

27229    |   2008-07-12 16:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şərti olaraq mənim də yazdıqlarımı serial kimi qəbul edin. Yavaş-yavaş həvəslə baxdığınız seriallar ekrandan yox olur. Ekranın bir küncündə yazı oxuyursuz- "Sezon finalı". Yayda hərə bir tərəfdə olur - dağda, bağda. Ona görə kimsə var gücünü qoyub yaxşı nəsə yaratmağa maraqlı deyil. İşinin bəhrəsini onsuz da görən olmayacaq. Həm də istidə adamın başı da işləmir.
   
    İlin başa çatmasına hələ var. Həm ilin, həm də yayın ortasına çatmışıq. Amma havanın istiləşməsi adamın əlini işdən soyudur. Bu il çox ölkələrdə "istiləşmə" oldu, yəni siyasi havanın. Bizim üçün də gözlənilir. Ancaq payıza hələ var, cücələri saymamışdan əvvəl öz sezonumuzu finallaşdıraq.
   
    Yadımdadır ki, keçən yay mövsümü istirahətdən qayıdanda Bakıda bina çökdü. Deyəsən qəza vəziyyəti və göydələn problemi aktual olaraq qalır. Sökülən sökülür, tikilən tikilir. Mətbuat da yazıb-pozur, yəni ulduza hürür.
   
    2007-2008-ci tədris, pardon, yazı mövsümündə hansı əlamətdar hadisələr oldu? Üzr istəməyinə istədim, amma yazı mövsümü də elə tədris ilinə bənzəyir. Mətbuat da maarifçiliklə məşğuldur. Amma burda da durum məktəblərimizdə olduğu kimidir. Oxuyanlar da var, oxumayanlar da. Yeri gəlmişkən, "Təhsil haqqında" qanun da sinifdə qaldı. Gələn mövsümə. Hələ üstəlik həm attestatsız, həm də diplomsuz qalanlar da oldu.
   
    Yubileylər oldu - keçirilən, keçirilməyən, qeyd olunan, qeyd olunmayan. Deyək ki, bu mövsümün noyabr ayında Böyük Oktyabr Sosialist İnqilabının 90 illiyi idi. Çox sakit keçdi - təbiidir, hər gözəlin bir vaxtı var. İndira Qandinin, Ernesto Çe Qevaranın da yubileyləri idi. İstanbulun fəthinin 555-ci illiyi idi. Cümhuriyyətin qurulmasının 90 illiyi, bu hadisələrdən doğulmuş təşkilat və qurumların da eləcə.
   
    Sonra nə oldu?.. Heç kimin tanımadığı bir uşağı döyüb ölkənin ən məşhur jurnalistinə çevirdilər, beynəlxalq təşkilatlar ona mükafat-zad verdi. Bəlkə də bu uşağın bir inşa yazacaq qabiliyyəti yoxdur , ancaq nə dəxli var - əsas odur ki, adın siyahıya düşsün - bir tərəfin ağ, bir tərəfin qara siyahısı olsa belə. Bir halda ki, söz düşdü siyahıdan və söz düşdü jurnalistlərdən, Mətbuat Şurası da qurultay keçirdi. Orda da eyni prinsip işləyirdi, yəni siyahı məsələsi - ağ və qara. Hərəyə görə də öz siyahısı daha doğru rəngdə idi. Qəzetimizin cavan yazarı ora-bura çox qaçdı, çox çabaladı ki, "mən də, mən dəg" Dedim, bala, sakit ol, siyahı hazırdı, sənin də adın orda yoxdu. Dilini şirin elə, bəlkə gələcəkdə hansısa dəftərə sənin də adın düşər. Bu siyahı məsələsi doğrudan da bir az qəliz məsələdi. Çünki aşağıda yazılıb yuxarıya göndəriləndə gərək onların siyahısı ilə üst-üstə düşsün. Məsələn, yazıçıların təqaüd söhbəti bir il müzakirə olundu, nə qədər adam yalvar-yaxar , hədə-qorxu bu təqaüdə iddialarını bildirdilər. Axırı nə oldu? Dava-dalaşla hazırlanmış siyahı getdi yuxarı, sonrası məlum. Dəxli yoxdur, nə yazırsan, necə yazırsan. Məsələn, təqaüd ala bilməyən yazarlardan biri özü haqqında müxtəlif qəzetlərdə tərif yazdırdı və necə bir ədalətsizliyə uğradığından yazdırdı. Xeyri nədi, adın siyahıda olmayandan sonra. Abimiz Tofiq Abdin təqaüd aldı, indi də adını başqa siyahıda görmək istəyir. İnşallah, o da olar. Jurnalist dostumuz Məzahir Əhmədoğlu da gileylidir. Deyir qırx ildi mətbuatda külüng vururam, bir taxta, dəmir nişandan-zaddan da verməyiblər mənə. İndi Mətbuat günü ərəfəsində çox adam səbirsizliklə yeni açıqlanacaq siyahını gözləyir. Keçən il də gözləyənlər olmuşdu. Gözləyin, canım, gözləyin. Yəqin ki, siyahı hazırdı, amma siyahını mən tutsam Vəsilə Usubovanın da adını yazardım orag
   
    g Olmağına mən də öz siyahımla əlləşirəm. Öz yubiley tədbirim var, payızda - oktyabr ayında Məmməd Arazın 75 illiyidi. Saytını hazırlayıram, şerləri, məqalələri, poemaları, müsahibələri seçirəm, götür-qoy edirəm. Mən bilən çox obyektiv siyahı hazırlamışam - bir başa özümə aidiyyatı var axı. Bizdə belədi də, gərək yada salanın olsun. Ta sən kimsən, hansı çəkidəsən, hansı mərtəbədəsən, ona baxan yoxdur. Əsas odur ki, qohumların hansı zirvədədi. Kimin nə qədər dahi olduğu həmin zirvədən görünür. 4 il əvvəl vəfatından həmən sonra bəzi sərəncamlar verilmişdi. Nə bilim, evinin qarşısında lövhənini vurulması, adının əbədiləşdirilməsi və s. Sərəncam olaraq qaldı. Yəni lazımlı siyahıya düşmədi. Mən anlayıram ki, lövhə vurmaqla ad əbədiləşmir. Lövhədi bu gün vurarsan, sabah çıxararsan. Gözümüzün qabağında nə qədər belə hadisələr olub. Dil və xalq yaşayacağı halda əsl sənət əbədiləşir. Amma məsələ bundadır ki, mən bu dilin yaşayacağından o qədər də əmin deyiləm. Sərəncamları həyata keçirəcək mədəni nazirliyimizin "dövlət dili" məlum, xalqı yönəldəcək televiziyaların da dili türk seriallarının dilinə çevrilir. Yazıq Mirzə Cəlil, bir vaxtdan sonra "Anamın kitabı"nı da oxuyacaq kimsə qalmayacaq.
   
    ...Bu ov mövsümündə, pardon, yazı mövsümündə təxminən 50 yazı yazmışam. Yenə üzr istədim, amma elə yazı yazmaq da ovçuluq kimi bir şeydi. Hədəfi nişan alırsan, atırsan. Bəzən dəyir, nərildəyə-nərildəyə gəlirlər üstünə, bəzən də (əslində çox vaxt) kimsənin tükü də tərpənmir. Bildiyim qədəri yazdıqlarımı oxuyurlar, amma hansı mərtəbələrdə, onu bilmirəm. Həmin siyahı məndə yoxdu. Yazılanlara münasibət də birmənalı olmur. Deyirsən ki, nadan, cahil olmayın, başqa millətlər sizin haqqınızı yeməsin - əsəbləşirlər. Deyirsən ki, tualetləri təmiz saxlamaq lazımdır -hirslənirlər. Deyirsən ki, yaltaqlıq, yalaqlıq eləməyin, yalan danışmayın - qıcıqlanırlar. Deyirsən ki, avropalılar irqçidi - ona da qəzəblənirlər. Görəsən nədən? Nazim Hikmət deyir ki:
   
   
   
    İnsanlarım, ah mənim insanlarım,
   
    Antennalar yalan deyirsə,
   
    Yalan deyirsə mətbəələr,
   
    Kitablar yalan deyirsə,
   
    Divarda afişa,
   
    Sütunda elan yalan deyirsə,
   
    Ağ pərdədə yalan deyirsə
   
    Çılpaq baldırları qızların,
   
    Dua yalan deyirsə,
   
    Laylay yalan deyirsə əgər,
   
    Yuxu yalan deyirsə,
   
    Meyxanada kaman çalan yalan deyirsə,
   
    Yalan deyirsə ümidsiz günlərin gecələrində
   
    Ay işığı,
   
    Səs yalan deyirsə,
   
    Söz yalan deyirsə,
   
    Əllərinizdən başqa hər şey,
   
    Hər kəs yalan deyirsə əgər,
   
    Əlləriniz palçıq kimi itaətli,
   
    Əlləriniz qaranlıq kimi kor
   
    Əlləriniz çoban itləri kimi
   
    Axmaq olsunlar,
   
    Əlləriniz üsyan etməsin deyədi
   
    Və onsuz da çox az qonaq qaldığınız
   
    Bu ölümlü, bu yaşamalı dünyada
   
    Bu alış-veriş səltənəti,
   
    Bu zülm bitməsin deyədi.
   
   
   
    Nazim Hikmət yalan demir. Heç mən də yalan demirəm. Yazdıqlarıma bir nəzər salım:
   
   
   
    "Mən böyük bir ölkənin vətəndaşı kimi doğulmuşdum, böyük ölkənin vətəndaşı olaraq, amma kiçicik, yarızirzəmi bir evdə. Atam da, anam da kənd uşağı idilər. Kimsəsiz olsalar da həmin dövlət onlara oxumaq, savadlanmaq imkanı vermişdi ("Qayçı" hekayəsi yadıma düşür - Sovet hökuməti adama qaloş da verir, qaloşun üstündən qaloş da verir). Bir babam Rusiyada təhsil alıb hərbçi kimi dönsə də 30 yaşında vəfat etmişdi. O biri babam Sibir sürgünündən qayıdıb kənddə öz torpağı ilə əlləşirdi. Atam "xalq düşməninin" oğlu idi, amma mən doğulanda Vətənimizin paytaxtı Qızıl Moskvada oxuyurdu..."
   
    ("Mən və sən")
   
   
   
    "Muzey künclərində beş-altı nəfərin iştirakı ilə yubileyləri qeyd olunan nəhənglərimiz, gorunuz çatlasın. Bu xalqın sizə heç borcu-zadı yoxdu. İndi ürəyinizdən keçirə bilərsiniz ki, xalq neyləsin, xalqın əlində nə var. Bəs o xanımlara ad günü keçirənlər, maşın alanlar, klip çəkdirənlər də bizim xalqın nümayəndələridir də. Bax indi ümumxalq bayramı kimi həmin xanımın ad gününə hazırlaşırlar, xeyriyyə marafonu da olacaq..."
   
    ("Qınamayın İsgəndəri...")
   
   
   
    "Bir də ki, necə olur vəzifələr paylananda rusdillilərə verirlər, qalanlarına isə hətta bu dildə filmə baxmaq belə yasaq olur? Deməli, öz dillərində danışmağı ar bilənlər seçilmiş təbəqədir. Onlara hər şey olar, qalanlar başının çarəsinə baxsın. Araşdırma aparsaq ki, Azərbaycan ədəbi dilini mükəmməl bilən nə qədər nazirimiz var və bu nazirlərin övladları hansı dildə təhsil alırlar ürəkaçan mənzərə olmayacaq. Bir neçə il əvvəl təhsil nazirimizdən bu mövzu ilə bağlı müsahibə götürürdüm və bu sözləri ona da demişdim..."
   
    ("Öz dilimizdə - "Amneziya"")
   
   
   
    "Hər kəs inandığı həqiqətlər uğrunda özü bildiyi kimi mübarizə aparır. Siyasi xadimlər də, yazı-pozu adamları da. Amma son söz əlbəttə ki, səlahiyyət sahiblərinindi. Düzdür, ədəbiyyat da, mətbuat da həyatı doğru-düzgün əks etdirməklə, insan qəlbinə nüfuz etməklə tarixi missiyalarını yerinə yetirirlər. Mənəvi-ekoloji iqlimin bu qədər pozulduğu bir dövrdə isə yazılanı oxuyan yoxdur. Amma qədim hind fəlsəfəsi deyir ki, dünyada qeyri sabitlik qədər sabit heç nə yoxdur. Bu gün biz bunu bütün hüceyrələrimizlə hiss edirik. Yaşadığımız mühiti, cəmiyyəti dəyişməyə çalışırıq. Amma cəmiyyət də bizi dəyişir. Mətbuat təkcə güzgü olaraq qala bilməz. Həm də bir təsir mexanizmi də olmalıdır. Yəqin bizə dərdini söyləməyə gələnlər də belə düşünür".
   
    ("Güllər açılsın...")
   
   
   
    Mənim fikirlərimlə razısınız, ya razı deyilsiniz? Bilirəm ki, il ərzində diqqətli oxucularım olub. Yazılarımı xatırlayırlar, gözləyənlər də var. Amma yorulmuşam, dincəlmək istəyiəm. Daxili əmrlə özümə istirahət verirəm. Sezonu finallaşdıranda ən qabarıq gözə görünən nə oldu? Deyəsən, siyahı məsələsi. Amma bu il o məsələni yazmadım. Qalsın gələn sezona. Məşhur bir proqramda deyildiyi kimi, çalışaq salamat qalaq, Əzrayılın siyahısına düşməyək. Görüşərik inşallah.


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-10-16
2019-10-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK