ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: EHSAN VERMƏK İSTƏYƏN YAS SAHİBLƏRİNƏ BİR MƏSLƏHƏT

21174    |   2020-07-09 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir cavan xalam nəvəsi rəhmətə getmişdi. Böyük qardaşı üçündə və yeddisində ehsan vermək istəyirdi. Ağdamlılar da qərar çıxarmışdılar ki, ehsan bir dəfə – yalnız üçündə verilə bilər. Və mollalara da tapşırılmışdı ki, hansınız yeddisi verilən məclisdə otursanız, qınağa tuş gələcəksiniz və heç kim sizi yas mərasimlərinə dəvət etməyəcək. Mollalar da buna ciddi əməl edirdilər.

Böyük xalam nəvəsi də qardaşının yeddisində ehsan vermək istədi, bərk mübahisə etdik. Dedim, adəti poza bilməzsən. Dedi, qardaş mənimdi, özüm bilərəm. Dedim, xalaoğlu, qardaş sənindi, amma adət hamınındı, molla da yasdan çıxacaq, camaata da deyəcəm mağardan çıxsınlar. Məni az-çox sayırdı. Çox bərk dilxor olub sakitcə oturdu. Gördüm həm də kövrəlib, dedim:

- Çox istəyirsən sabah qardaşına ehsan verəsən?

- Hə.

- Belə elə, sən ehsanı bişirtdir, özü də lap beş yüz nəfərlik. Səhər tezdən apar ver Qocalar evinə, bir də Uşaq evinə. Qardaşına bundan gözəl ehsan verə bilməzsən.

Dediyimi elədi. Sonra mənə dedi:

- Həm Qocalar evinə, həm də Uşaq evinə ehsan apardım. Özüm də oturub onlarla bir tikə yedim. Sağ ol, xalaoğlu. Mən qardaşıma bundan böyük savab qazandıra bilməzdim.

Yas sahibləri, indi əzizlərinizə ehsan vermək istəyirsiz? O ehsanı şəhərdəsinizsə Qocalar evinə, Uşaq evlərinə, kimsəsizlər üçün tikilən sığınacaqlara dağıdın. Rayondasınızsa, kənddəsinizsə yasa gəlmək istəyənlərin evlərinə göndərin. Acları doyurun, özü də indiki pandemiya şəraitində. Görün nə qədər savab qazanarsınız?!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK