ANA SƏHİFƏ / Layihə

Qərbin Şərqə baxışları və ya türk-islam dünyasına münasibəti

56886    |   2020-06-25 16:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən saylarımızda)

Bu hələ harasıdır? Tur Heyerdalın VII kitabının 155-ci səhifəsində aşağıdan yuxarıya 11-ci sətrində "e.ə.3-4 minilliklərdə" (Yəqin ki, e.ə. 4-cü - 3-cü minillikləri nəzərdə tuturlar -V.As.) sözləri yazılmış və bu heç kimin vecinə olmamışdır. Sən demə, bu insanlar Kiş kəndinin harada və necə bir coğrafiyada yerləşdiyini də bilmirlərmiş, sadəcə olaraq, orada qazıntı ilə məşğul imişlər. Əgər belə olmasaydı, "kiçik olan bu kənd ... Kiş çayının iki qolu arasındakı kiçik yüksəklikdə yerləşir" (Bax. Tur Heyerdal. VII kitab. Səh.149.Yuxarıdan aşağıya 9-11-sətirlər) cümləsi orada özünə yer tapa bilməzdi. Ona görə ki, kənar yerlərə və ölkələrə köçüb gedənləri nəzərə almasaq, Kiş kəndinin rəsmi olaraq 7250 nəfər əhalisi vardır. Ona "kiçik kənd" demək olmaz. Ona "kiçik yüksəklikdə yerləşir" də demək olmaz. Yenə də ona görə ki, Kiş çayı kəndin şərqindən axıb gedir.Kəndin qərbindən axan Qurcana çayı isə əlahiddə bir çaydır və elə bu çay kəndi iki hissəyə bölür və kəndin cənubunda Kiş çayına qovuşur.

"Ən xoş xatirələrinin Gürcüstanla bağlı olduğunu, orada olarkən vikinqlər kimi inək buynuzlarında gürcü şərabı içdiyini (Bax. Tur Heyerdal. VIII kitab. Səh.222), Azərbaycanda isə Kiş məbəd-kilsəsini bu günə qədər qoruyub saxlayan yerli camaatın arxeoloji qazıntılar zamanı qəti şəkildə içəriyə buraxılmadığı bir şəraitdə qəfildən ortaya çıxan gürcü keşişinin ayin yerinə yetirmək üçün içəri buraxıldığını və onun səsindəki qədimliyə heyran qaldığını (Bax. Tur Heyerdal. VII kitab. Səh. 151, 153) etiraf edən Tur Heyerdalın qeyri-səmimiliyi özünü göstərir. Bu qeyri-səmimilik sözügedən kitablara daxil edilən şəkillərdə daha da çarpıcıdır.

Budur, Bakıda- Şəhidlər xiyabanında gəzişən Tur Heyerdal və onun üçüncü həyat yoldaşı Jaklin Beerin bu şəkli (Bax.Tur Heyerdalın VII kitab. Səh 28) nə üçünsə qarşıdan deyil, arxadan çəkilmişdir. Odinin vətəni Qara dənizdən şərqdə, Avropa ilə Asiya arasında sərhəd olan dağ silsiləsinin cənubunda, türklərin torpaqlarına qədər uzanan ərazi olmuşdur" (Bax. Tur Heyerdal. VII kitab. Səh. 67) iddiasına düşüb türkləri Qafqazın əzəli və əbədi xalqları sırasından çıxarmağa cəhd edən 86 yaşlı Tur Heyerdalın Kiş kəndində olarkən yerli türk- müsəlman əhali ilə bir dəfə də olsun görüşməməsini və onları dinləməməsini izah etmək üçün əlavə şərhə ehtiyac yoxdur. Aydın bir məsələdir ki, Kiş kəndinin türk-müsəlman əhalisi nəsildən- nəslə ötürülən yaddaş əsasında Kiş məbəd-kilsəsini əcdadlarından qalma yadigar kimi qoruyub saxlamışlar.

Tur Heyerdalın dillərin genetik yaxınlığı ilə bağlı fikirlərində də kölgələr sayrışmaqdadır. "Linqvistlərin dillər arasındakı genetik yaxınlığı müəyyən etmək üçün istifadə etdiyi üsullardan biri müəyyən qrup sözlərin müqayisə edilməsidir. Məsələn, qohumluq bildirən sözlər, bədən hissələri, qalaktika və təbiət hadisələri ilə bağlı olan terminlər" (Bax. Tur Heyerdal. VII kitab. Səh. 179) doktrinasını irəli sürən Tur Heyerdal udi dilində işlənən "ata- baba", "əmik-əmi", "tayı-dayı", "adaş", "adak-ayaq", "dəllək", "avçi", "çöpçi", "şadara", "axı", "el", "il", "bilici", "qonaq" və bu qəbildən olan onlarca digər türk sözlərinin (Bax. Q. Voroşil. Qafqaz Albaniyası. " Bakı, "Öyrətmən", 1993. Səh.49, 61, 85-89, 90-93 ) olmasını və bu sözlərin "udicə-Azərbaycanca-rusca lüğət"də öz əksini tapmasını görməzlikdən gəlir. Halbuki Qafqaz dillərinin böyük tədqiqatçısı akademik Nikolay Yakovleviç Marr (1865-1934) "türk dillərinin öz təbii konservativliyini min il ərzində yox, min illər ərzində biruzə verə biləcəyi" (Bax. N.Y. Marr. İzbrannıye rabotı. Tom 4. Moskva-1937. Str.184-186) ilə bağlı olaraq hələ XX əsrin əvvələrində xəbərdarlıq zəngini çalmışdı.

***

Bütövlükdə XX əsr və XXI əsrin axarı boyunca müsəlman peyğəmbərinin karikaturalarının çəkilməsi, "Quran-Kərim"in yandırılması, müsəlman geyimli, örtülü və hicablı qadınlara həqarət kompaniyasının genişlənməsi xristian siyasətinin tərkib hissəsi kimi sürət götürdü. Hadisələrin belə bir qızğın çağlarında M.S. Qorbaçov kimi canini qucaqlayan," Beynəlxalq Yaşıl Xaç Təşkilatının inoqurasiyasında onun şəxsi məsləhətçisi olan, onunla birlikdə dini ayinlərində iştirak edən Tur Heyerdal xristiantəəssübkeşliyinə heyranlığını sübut etməyə çalışmışdı. Ona görə ki, o, Qorbaçovun əli ilə türklərə qarşı törədilən 16-20 dekabr 1986-cı il Alma-Ata iğtişaşları, 1-5 iyun 1989-cu illdə türkün türkü qətl etməsi ilə nəticələnən Fərqanə hadisələri haqqında bilirdi və bütün bunlar onun ürəyincə olmuşdu.

Sonralardan çap ediləcək əsərlərində Qorbaçovun özü də ((Bax. Qorbaçyov M.S. Jizn i reformı. Moskva, "Novosti", 1995. T.2. 656 s.30.000 ekz. İSBN 5-7020-3.--- Qlava 24. Preodolenie raskola Yevropı) bunlardan bəhs edəcəkdi. Bəli, dünyaya ancaq və ancaq xristian gözü ilə baxan hər hansı bir kəs arxasında M.S. Qorbaçov olmaqla bütün xristian dünyasının durduğunu hiss edirdi. Əgər belə olmasaydı, Qorbaçovun iqtisadi məsələlər üzrə birinci məsləhətçisi Abel Qezoviç Aqanbekyan (1932)1987-ci il noyabrın axırlarında Parisdə-erməni "Daşnaksütyun" partiyası və Avropa xristian elitası qarşısında "Qarabağ Azərbaycandan daha çox Ermənistana bağlıdır" iddiası ilə çıxış etməz və bu çıxış avqustun əvvəllərində "L'Humanit?" qəzetində çap edilməzdi. Arxasında xristian dünyası və SSRİ boyda bir dövlət durmasaydı, Zori Aykoviç Balayan (1935) 1981-ci ildə "Ocaq", 1988-ci ildə "Yol" kitablarında "Azərbaycanqarışıq bütün türkləri Rusiyanın və Ermənistanın düşməni" elan etməzdi, 26 fevral 1988-ci ildə şairə Silva Kaputikyanla birlikdə Mixail Qorbaçovun qəbulunda olub, "Qarabağ məsələsi"ni birdəfəlik həll etməsini istəməzdi.

Bütün bunlar Mixail Qorbaçovun ürəyincə olmasaydı, o, 1989-cu il dekabrın 1-də Papa II İohan Pavellə görüşəndən 49-50 gün sonra Azərbaycan xalqının genosidinə - 1990-cı ilin 20 Yanvar faciəsinə imza atmazdı. Mixail Qorbaçovun müsəlman-türk ovu fundamentalist xristianların ürəyincə olmasaydı, aradan bir il belə keçməmiş düşüncəsi, əli və qələmi qanlı bir cinayətkarı 15 oktyabr 1990-cı ildə Nobel mükafatına layiq bilib, 10 dekabr 1990-cı ildə ona dünya səviyyəli bu mükafatı təqdim etməz idilər. Mixail Qorbaçov 24 dekabr 1991-ildə son intervyusunda "həyatımın əsas qayəsi gerçəkləşdi" deməklə insanlığın deyil, xristianlığın təəsübkeşi olduğunu bir daha təsdiq etmiş oldu.

10 iyul 1991-ci ildən Rusiya Federasiyasının prezidenti kimi iş başına keçən Boris Nikolayeviç Yeltsin (1931-2007) sələfi Mixail Qorbaçovun türk qətliamını davam etdirdi. 1992-ci il fevral ayının 25-dən 26-na keçən keçən gecə Rusiyanın 4-cü ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə erməni silahlıları tərəfindən Azərbaycanın Xocalı şəhəri işğal edildi. Nəticədə əliyalın türk üzərində qalibanə bir genosid gerçəkləşdirildi. 63 uşaq, 106 qadın, 70 qoca və qarı olmaqla 613 nəfər öldürüldü, 8 ailə cürmə-cücüyünə qədər məhv edildi, 76-sı uşaq olmaqla 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, onlardan 150 nəfərinin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək (Bax. Abbasov, Shahin. "Azerbaijan: Baku Presses Genocide Recognition Campaign for Khojaly". www.eurasia net. org. www.eurasianet.org. 25 avqust 2016 tarixində orijinal?ndan arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2016) məlum deyildir.

Xocalı türklərinin genosidində fəal iştirak edən Zori Aykoviç Balayan 1996-cı ildə Moskvada çap edilən "Ruhumuzun canlanması" kitabının 260-262-ci səhifələrində "Xaçaturla birlikdə işğal edilmiş evlərdən birinə daxil olduqlarını, erməni əsgərləri tərəfindən 13 yaşlı bir türk oğlanının pəncərənin çərçivəsinə mismarlandığını gördüklərini, səsi çıxmasın deyə ölmüş anasının döşünü kəsib onun ağzına soxduqlarını, saata baxa-baxa qarnının, sinəsinin və başının dərisini soyduqlarını, qan itirən uşağın 7 dəqiqəyə öldüyünü müşahidə etdiklərini" yazır.

Elə oradaca "həkim və hümanist olduğunu", "xalqının intiqamını 1% də olsa, aldığını" xüsusi bir qürurla qeyd edən Zori Balayan "Xaçaturun öldürdükləri türk uşağı şaqqalayıb itlərə atdığını", "axşamüstü daha 3 türk uşağını bu hala saldıqlarını", "növbəti gün kilsəyə gedib günahları bağışlansın deyə dua etdiklərini" (Bu barədə Cəfər Sadiqin "Sroku davnosti ne podlejit" kitabçasında da - Tula, 2007- məlumat verilir), cəmi əhalisi 10 min nəfər olan Xocalını "30 min işğalçıdan təmizlədiklərini" (No mı smoqli oçistitğ Xodjalı ot 30 tıs. lödey) təsvir edir. Çünki Xocalının 10 min nəfərdən ibarət olan əhalisi həm türk, həm də müsəlman, həm də ki,Qarabağın yerli etnosu olduğu üçün Zori Balayanın gözünə 30 min nəfər kimi görünürdü.

3 iyul 1994-cü ildə erməni əsirliyində olan Azər Aslanov adında "Sadval"çı bir ləzgini Bakıda metroda təxribat törətməyə təhrik edən Zori Balayan 13 adamın ölümünə, 42 adamın yaralanmasına səbəb oldu. Zori Balayana qarşı cinayət işi açıldı və axtarış üçün İnterpola verildi. O, 2005-ci ildə İnterpol tərəfindən 26 may 2005 -ci ildə İtaliyanın Brindzi şəhərində həbs edildi və 5 saatdan sonra sərbəst buraxıldı. Azərbaycan Respublikasının Baş Prokurorlugunun Zori Balayanın axtarışı ilə bağlı Rusiya Federasiyasına etdiyi rəsmi müraciətlər nəinki nəzərə alınmadı, hətta, 20 aprel 2010-cu ildə Rusiya Federasiyası ərazisində belə bir insanlıq düşməninin axtarışına xitam verildi.

(ardı növbəti sayımızda)

Vaqif Aslan

AYB Şəki bölməsinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.


İmza:
SON XƏBƏRLƏR
2020-08-15
2020-08-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK