ANA SƏHİFƏ / YAZARLAR

Eşşəyin hörmətinə bax e – Yılmaz Özdil yazır

17535    |   2020-07-07 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

10 il bundan qabaqdan danışıram sizə.

İraqda qan su yerin axırdı.

Əl-Ambar bölgəsində xidmətdə olan amerikalı polkovnik Con Falsom dağıntıların arasında vurularaq yaralanmış bir eşşək tapdı.

Həm çox qan itirdiyinə görə, həm də ac qaldığına görə ölüm ayağında idi.

Veterenar həkim çağırıldı, xəstəxanaya aparıldı, əməliyyat olundu və sağaldı.

Duman rəngində idi.

Mister Smoke adı verildi.

Birliyin uğur simvolu oldu.

İnsan öldürə-öldürə insanlıqdan çıxan amerikan əsgərləri eşşək sayəsində həyata geri dönmüşdülər, eşşəklə xatirə fotoları çəkdirib həsrətlə ata yolu gözləyən uşaqlarına göndərdilər.

Əsgərlərin uşaqları da bu sevimli fotoları sosial media hesablarında paylaşdılar.

Qəzetlər bu fotoları manşet elədilər.

Eşşək məşhur oldu.

Posterləri, köynəkləri, oyuncaqları, nişanları hazırlandı.

Amerikan əsgərlərinə, ailələrinə və müharibənin dağıdıcı görüntüləri ilə sarsılan amerikan toplumuna ruh verən bir hadisə oldu.

Millətlərarası Heyvanlara qarşı Zülmü Əngəlləmə Vəqfi işə düşdü, - ""Mister Smoke”u ABŞ-a gətirək, qazilərin və əsgər uşaqlarının reabilitasiya mərkəzinə yerləşdirək, terapiyada istifadə edək” – dedilər.

Pentaqonla danışdılar.

Pentaqon da belə propaqandanı göydə axtarırdı, yerdə tapdı.

Əmr verildi ki, eşşək müharibə mühitindən çıxarılıb təcili "azadlıqlar ölkəsi”nə gətirilsin.

O ərəfədə iraqlı bir kəndli ortaya çıxdı, dedi ki, eşşək mənimdi, eşşəyimi verin mənə,

Amerikalılar kəndlini yola gətirmək üçün vasitəçiliyi bir şeyxə tapşırdılar.

Şeyx kəndlini çağırdı və dedi:

- Savabdır, dirəşmə, əl çək inadından, eşşəyi ver.

Kəndlinin savab resepti bəlli idi:

- 30 min dollar versinlər, eşşəyi verim, pulun yarısını da sənə verim.

Bu, şeyxin ağlına batdı.

Kəndlini qoluna vurub polkovnikin yanına getdi, kəndlinin istəyini ona çatdırdı.

- 30 min dollar verin, eşşəyi alın.

Mövzu çox uzandığı üçün onsuz da beyni çönmüş polkovnikin beyni bu dəfə lap çöndü və dedi:

- Ya eşşəyi adam kimi verəcəksiniz, ya da elə ikinizi də elə burdaca yerin dibinə göndərəcəm.

Şeyxlə kəndli bu sözdən sonra yola gəldilər.

Eşşəyi hədiyyə etdilər.

Beləcə eşşəyin "azadlıqlar ölkəsi”nə səyahəti baş tutdu.

Ərbilə gətirildi.

Burdan da Türkiyəyə, İncirlikdən də ABŞ-a uçacaqdı. Amerikalılar eşşəyi İncirlikdən hərbi təyyarə ilə İstanbula gətirdilər, Atatürk Hava limanından sivil karqo təyyarəsi ilə göndərdilər.

Eşşək əvvəlcə Nyu-Yorka, oradan da Nebraskaya uçdu.

Sosial media fenomeni oldu

Televiziyada verilişlərə çıxarıldı.

Hətta çizgi filmi də hazırlandı.

Reabilitasiya mərkəzində yaralı hisslərə dərman oldu, 2012-ci ildə ölənə qədər xüsusilə qazi uşaqlarının biraz da olsa üzünü güldürdü, ailələrə psixoloji güc verdi.

Və medallı qəhrəmanlar kimi böyük hörmətlə, hərbi mərasimlə torpağa tapşırıldı.


Dilimizə uyğunlaşdıran: Eminquey



İmza:

YAZARIN ARXİVİ

2020-08-04 : ACI KAYBIMIZ
2020-08-04 : Ağdamda son azan
2020-07-27 : TƏBRİK
2020-07-23 : TƏBRİK
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO