ANA SƏHİFƏ / SİYASƏT

Leyla Abdullayeva Ermənistan XİN rəhbərinin qondarma rejimin “prezidenti” ilə görüşünü şərh etdi

11818    |   2020-07-04 23:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İşğalçı Ermənistanın Xarici İşlər nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qeyri-qanuni rejimin qondarma "prezidenti” ilə görüşü bu ölkənin təcavüzkar və ilhaqçı siyasətinin növbəti bariz nümunəsidir.

Ermənistan rəhbərliyinin bu kimi addımları, eləcə də, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma və coğrafi adların dəyişdirilməsi də daxil olmaqla həyata keçirilən qeyri-qanuni fəaliyyət işğalın möhkəmləndirilməsinə xidmət edir”.

Adalet.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi ilə görüşərək, münaqişə məsələsini müzakirə etməsi ilə bağlı sualı şərh edərkən bildirib.

"Əlaltı rejimlə görüş keçirməklə bu qondarma qurumu sanki münaqişə tərəfi kimi qələmə verməyə çalışan Ermənistan özünü aldatmaqdan başqa heç nəyə nail olmur. Ermənistan-Azərbaycan münaqişəsinin, Ermənistanın işğalçı siyasətinin nəticələrinin aradan qaldırılması ilə bağlı dünya ictimaiyyətinin prinsipial mövqeyi bəllidir.

Danışıqların formatına gəldikdə, 1992-ci ildən etibarən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların tərəfləri işğalçı Ermənistan və işğala məruz qalan Azərbaycandır.

Hər bir işğal halında olduğu kimi, Ermənistanın işğalı da müvəqqəti xarakter daşıyır və Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü bərpa ediləcək və torpaqlarından didərgin düşmüş azərbaycanlıların öz evlərinə geri dönüşü təmin olunacaq”, - XİN rəsmisi vurğulayıb.

Xatırladırıq ki, Minsk Qrupu həmsədrlərinin münaqişənin mərhələli həllinə əsaslanan təkliflərinin mahiyyətini məhz Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılması və məcburi köçkünlərin öz evlərinə geri qayıtması təşkil edir.





İmza:

Erməni təxribatları nəticəsində xarici ölkələrdə 53 soydaşımız xəsarət alıb - RƏSMİ

Kanadada Azərbaycanın dövlət bayrağı ucaldıldı

İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

Ombudsman Avropa Şurası və Avropa İttifaqının birgə təşkil etdiyi onlayn görüşdə iştirak edib

Hikmət Hacıyev: Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı

Yaponiya və Özbəkistandakı Dostluq Cəmiyyətləri ermənilərin təcavüzkar siyasətini pisləyib

İsrailin Tel-Əviv Yafo şəhərində Azərbaycana dəstək aksiyası keçiriləcək

Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib

XİN Helsinki Yekun Aktının imzalanmasının 45-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Dövlət katibi: Bərpa olunan enerji mənbələri sektoru həm Rumıniya, həm də Azərbaycan üçün xüsusi maraq kəsb edir

Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı

Azərbaycan səfiri İtaliya mətbuatında erməni yalanlarını ifşa edib

Siyavuş Novruzov "Milli Şura"dan danışdı: Onlar insanların taleyini düşünmür

Komitə sədri: Son iki ayın təhlilləri göstərir ki, kifayət qədər ehtiyatlı olmalıyıq

Milli Məclisdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Könül Nurullayeva Avropa mətbuatında dünya ictimaiyyətinin diqqətini ermənilərin soydaşlarımıza qarşı nifrət zəminində törətdiyi cinayətlərə yönəldib

XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur

AXCP və "Milli Şura"nın növbəti qeybətxana şousu: Karantinə görə insanların narahatlığı artır, bu da bizə sərf edir...

Deputatlar bu gün növbədənkənar iclasa toplaşır

DGK və ASK arasında Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib

Meksika mətbuatında Ermənistanın son hərbi təxribatı ilə bağlı məqalə dərc edilib - VİDEO

Azərbaycan XİN: BMT-də COVID-19 pandemiyasına həsr olunmuş xüsusi sessiya davam edir

SON XƏBƏRLƏR
2020-08-05


VİDEO