ANA SƏHİFƏ / MƏMLƏKƏT

İcra hakimiyyətindən Biləcəri sakinlərinin etirazına cavab: “Tədbirlər görüləcək”

5828    |   2020-07-04 15:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin sakinləri qəsəbədə yaranmış gigiyenik problemlərlə üz-üzədir.

Oxu.Azxəbər verir ki, əraziyə axıdılan kanalizasiya və çirkab suları yaşayış zonasının yaxınlığından keçdiyi üçün sakinləri ciddi narahat edir. Sakinlər məsələ ilə bağlı bir neçə dəfə müvafiq qurumlara, o cümlədən Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edildiyini desələr də, heç bir tədbir görülmədiyini qeyd ediblər.

Mövzu ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İcra hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidə kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı tədbirlər görüləcək:

"Kanalizasiya xətlərinin çəkilməsi və çirkab sularının qarşısının alınması məqsədilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində yaşayan sakinlərin RİH-ə ünvanladığı şikayətə əsasən, tərəfimizdən "Azərsu” ASC qarşısında məsələ qaldırılıb. Aidiyyəti qurum tərəfindən isə müraciətimizə müvafiq cavab ünvanlanıb. Cavabda qeyd olunub ki,"Azərsu”ASC-i ərazidəki açıq kanalların bəzilərini borular vastisəli örtüb.

Lakin hələ də ərazidə açıq kanallar qalmaqdadır. Bu istiqamətdə görülən tədbirlər mərhələli şəkildə davam etdiriləcəkdir. Həmin ərazidə yeni xətlərin çəkilməsi məqsədilə layihələndirmə işlərinə başlanılıb. Problemin aradan qaldırılması istiqamətində işlərin görüləcəyi bildirilib”.




İmza:

Bu istiqamətlərdə xəttə əlavə ekspres avtobuslar buraxılıb - BNA

Qəbələdə çayların yaxınlığına atılan tullantıya görə bələdiyyə sədri cərimələndi

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 109 mənzil təqdim edildi

Premium markalı yanacağın qiyməti qalxdı - SƏBƏB

Maskotlar vətəndaşları məlumatlandıracaq

1000-dən çox ASAN könüllüsü çimərliklərdə vətəndaşların xidmətindədir

54.8 milyon manatlıq saxta və əsasız pensiya işləri ləğv edilib - Nazir

Sahil Babayev: Bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub

FHN çimərliklərdən istifadəyə dair əhaliyə müraciət etdi - VİDEO

Ezamiyyələr icaze.e-gov.az portalına əlavə olunacaq

SMS icazə ləğv olundu

Bakıda qadın dəniz sahilinə buraxılmayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO

SON XƏBƏRLƏR
2020-08-05


VİDEO