ANA SƏHİFƏ / GÜNDƏM

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi

31508    |   2020-07-03 16:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Baş Nazir Əli Əsədov Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərarı təsdiqləyib.

"Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 6.1-ci bəndində "şəhərlərinin və Abşeron rayonunun” sözləri ", Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə "şəhərlərinin və Abşeron rayonunun” sözləri ", Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə, "5 iyul” sözləri "20 iyul” sözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:

"1.1-1. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.”;

1.4. 1.10-cu bənddən "və "E-Təbib” mobil tətbiqindən istifadə” sözləri çıxarılsın və həmin bəndə "Çağrı Mərkəzinə” sözlərindən sonra ", "E-Təbib” mobil tətbiqindən istifadə ilə bağlı yaranan çətinlik-lərlə əlaqədar isə 8113 Çağrı Mərkəzinə” sözləri əlavə edilsin.

2. Müəyyən edilsin ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhər-lərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayon-larının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı:

2.1. 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 6 iyul saat 06:00-dək, 2020-ci il 11 iyul saat 00:00-dan 2020-ci il 13 iyul saat 06:00-dək, 2020-ci il 18 iyul saat 00:00-dan 2020-ci il 20 iyul saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır;

2.2. 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 20 iyul saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.



İmza:

“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib

Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə statistikanı açıqlayıb

Bakıdakı COVİD-19 xəstəxanalarında doluluq səviyyəsi 30-35 faizə enib - TƏBİB

Ramin Bayramlı: Ölkəmizdəki tibbi personalın sayı yetərlidir

İnzibati Xətalar Məcəlləsində dəyişiklik təsdiq edildi

AQTA 78 obyektdə qayda pozuntusu aşkarladı

Akif Aşırlı: "Fazil Mustafa medianın durumundan bixəbərdir"

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub - VİDEO

ELŞƏN ƏKBƏRZADƏ: ÖLMƏYİN, ATAMIN DOSTLARI

Qorxmaz İbrahimli: "Özəl çimərliklərin sahiblərini girişləri pulsuz etməyə səsləyirəm"

İki Emin, bir Korona - Kim haqlıdır?

2020-ci il dövlət büdcəsinə dəyişiklik birinci oxunuşda qəbul edildi

SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK