ANA SƏHİFƏ / GÜNDƏM

"ASAN xidmət" TƏBİB-ə Covid-19-la bağlı tibbi ləvazimatlar hədiyyə etdi

2996    |   2020-07-03 12:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"ASAN Könüllüləri” Təşkilatı və "Coca-Cola” Fondunun COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə həyata keçirdikləri "Birlikdəyik” layihəsi çərçivəsində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) tibbi ləvazimatlar təhvil verilib.

Prezident yanında Vətəndaşlara Xidmt və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Adalet.az-a verilən məlumata görə, sosial təşəbbüs çərçivəsində ölkəmizdə COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizə istiqamətində karantin rejimində fəaliyyət göstərən min nəfər tibb personalının istifadəsi üçün nəzərdə tutulan ləvazimatlara min ədəd qoruyucu eynək, min ədəd qoruyucu kombinezon, 3 min şəffaf maska, 21 min əlcək, 7 min baxil və 20 min respirator maska daxildir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "ASAN Könüllüləri” Təşkilatı, "TƏBİB” və "Coca-Cola” şirkətinin nümayəndələrinin iştirakı ilə müvafiq tibbi ləvazimatların təhvili məqsədi ilə "Yeni klinika” tibb müəssisəsində görüş təşkil olunub.

Hazırda 4 istiqamət üzrə həyata keçirilən "Birlikdəyik” layihəsi çərçivəsində əhaliyə qida yardımlarının çatdırılması, antiseptik vasitələrin paylanılması, karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatların təqdim olunması, eyni zamanda sosial şəbəkələr vasitəsilə maarifləndirilmə işinin aparılması nəzərdə tutulur.

Artıq bir aydır ki, layihə üzrə ilkin olaraq 20 min şəxsi əhatə edən aztəminatlı ailələrə yardım qutularının paylanılmasına başlanılıb.

İkinci mərhələ olan antiseptik vasitələrlə vətəndaşların təmin olunması işi hazırda həyata keçirilir.

3-cü istiqamət olaraq sosial şəbəkələrdə əhalinin maarifləndirilməsi üzrə məlumatlar təqdim olunur.

Sonuncu olaraq isə karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatlar təqdim olunur.

Layihə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün "Coca-Cola" ilə əməkdaşlığın davamıdır. Cari ilin aprel ayının əvvəlində ASAN Könüllüləri "Coca-Cola" Azərbaycanın dəstəyi ilə ölkəmizdə karantin rejimində çalışan xəstəxanalar üçün 120,000 su məhsulunun çatdırılmasını təşkil ediblər.




İmza:

Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldılır

Dünya çempionu: “Şəhid olaq, təki torpağımız azad olsun” - VİDEO

Akademik: "Dağlıq Qarabağ" anlayışı olmayıb!

“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib

“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO

Şəhid vərəsələrinə birdəfəlik ödəmə proqramı 100 faizə yaxın icra olunub

Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib

SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir

Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb

DEYİRSİNİZ YƏNİ «AZAL»ın PREZİDENTİ CAHANGİR ƏSGƏROV

Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman

Prokurorluğun və ya DTX-nin əlində bir içim su

SON XƏBƏRLƏR
2020-08-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK