ANA SƏHİFƏ / DÜNYA

"Tramp Rusiya ilə bağlı neqativ məlumatları eşitmək istəmir"

Konqres Kremlə qarşı yeni sanksiyalar tədbiq etmək istəyir

7926    |   2020-07-03 11:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi, növbəti prezident seçkilərində rəqibi Con Bolton CNN telekanalına müsahibəsində bəyan edib ki, Trampa Rusiya ilə bağlı kəşviyyat məlumatlarını məruzə edəndə o, əsəbləşirdi.

Bolton digər keçmiş məmurların, Donald Trampın Vladimir Putinlə bağlı neqativ məlumatlara əhəmiyyət verməməsi fikirləri ilə razılaşdığını bildirib. Onun sözlərinə görə, kəşviyyat orqanlarının mütamadi olaraq prezidentə Rusiyadan gələ biləcək təhlükələrə qarşı tədbir görülməsi məsələsinə Tramp həmişə "deynərək, şikayətlənirdi".

Müsahibə zamanı Bolton The New York Times qəzetində Rusiya kəşviyyatının əfqan Talibləri ilə əlaqələri barədə sualları cavablandırmaqdan imtina edib.

CNN telekanalı daha əvvəl bildirmişdi ki, prezident Donald Tramp Rusiyadan gələn təhlükələrlə bağlı məlumatlara neqativ yanaşdığına görə, kəşviyyat orqanları demək olar ki, prezidentin brifinqinə belə məlumatları daha az-az salmağa çalışırdılar. "Kəşviyyat orqanlarının yüksək vəzifəli məmurlarından birinin sözlərinə görə, prezidentin köməkçilərinin sadə qaydaları var: Rusiya məsələsinə qarışmamaq"- deyə telekanal bildirib.

Trampın kəşviyyat məlumatlarına inamsızlığı The New York Times-də "Rusiya xüsusi xidmət orqanlarının amerikan əsgərlərinə qarşı hücumlar təşkil etməsi üçün "Taliban"yaraqlılarını mükafatlandırması" məqaləsindən sonra təsdiqini tapıb. Tramp bu məqaləni "feyk xəbər" kimi qiymətləndirərək, Respublikaçılar partiyasının onu ləkələmək istədiklərini bildirib.

Məsələ ilə bağlı Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert O'Braynen Fox News telekanalına müsahibəsində bildirib ki, prezidentin brifinqi zamanı Mərkəzi Kəşviyyat İdarəsinin əməkdaşı "Rusiyanın taliblərlə iş birliyi" məsələsi təsdiq olunmamış məlumat olduğu üçün çıxışa daxil etməyib.

ABŞ Konqresinin Nümayəndələr palatası kəşviyat orqanlarından "Rusiyanın taliblərlə əlaqələrini" təsdiqləyən dəqiq məlumat tələb edib. Əgər məlumat təsdiqini taparsa, Konqres yeni hərbi büdcəydə Rusiya Fedarasiyadına qarşı yeni sanksiyaların tədbiq olunması məsələsinə baxacaq.

Rüstəm Hacıyev



İmza:
SON XƏBƏRLƏR
2020-08-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK