ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Sosial şəbəkələrdə DİM-in saxta səhifə və qrupları yaradılıb

16470    |   2020-07-02 18:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət İmtahan Mərkəzi (DİM) sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Mərkəzdən Adalet.az-a verilən məlumata görə, son vaxtlar yenə də "Facebook” və xüsusilə "Instagram” sosial şəbəkələrində Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla bir neçə saxta səhifə və qrup yaradılıb. Bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, dövlət qulluğuna qəbul, müxtəlif hazırlıq kurslarının reklamı, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirilir.

Bəzi səhifə və qruplar "profil” şəkli və "örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər özlərini DİM əməkdaşları kimi təqdim edirlər. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. İstifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər:

"Bir daha sosail şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı tövsiyə edirik. Xatırladaq ki, Azərbaycan Respublikasının "Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.

Dövlət İmtahan Mərkəzinin 195 mindən artıq izləyicisi olan "Facebook” (https://www.facebook.com/stateexamcenter/ ) və 27 mindən artıq izləyicisi olan "Instagram” (https://www.instagram.com/stateexamcenter/) hesabı fəaliyyət göstərir. Bundan əlavə, Mərkəzin "Twitter” (https://twitter.com/stateexamcenter) və "Telegram” (https://t.me/stateexamcenter) hesabları da mövcuddur. İstifadəçilərdən yalnız yuxarıda qeyd olunan səhifələri izləməyi və burada verilən məlumatlara istinad etməyi tövsiyə edirik".




İmza:

“İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti AzTU-da olub

Müəllim, şagird və valideynlərlə videokonfrans

YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası Beynəlxalq Gənclər Günü münasibətilə videokonfrans təşkil edib

Publik hüquqi şəxs olacaq peşə təhsil mərkəzlərinin sayı artırılacaq

Bu gün 19 mindən çox abituriyent qəbul imtahanı verəcək

Peşə təhsili üzrə kadr hazırlığının təşkili ilə bağlı yeni memorandum imzalandı

Təhsil Nazirliyi: Məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib

AzTU Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edəcək

DİM imtahan verəcək abituriyentlərə müraciət etdi

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı

Növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib

SON XƏBƏRLƏR
2020-08-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK