ANA SƏHİFƏ / İQTİSADİYYAT

“AzerGold” QSC irihəcmli ixrac əməliyyatlarını davam etdirir

5933    |   2020-06-29 18:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirus (COVID-19) pandemiyası dövründə "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydalara uyğun növbəli iş rejimində, bütün sahələr üzrə fasiləsiz fəaliyyətini davam etdirir.

QSC-dən Adalet.az-a bildirilib ki, mövcud şəraitdə Səhmdar Cəmiyyət alternativ daşınma yolu ilə 2-ci irihəcmli ixrac əməliyyatını reallaşdırıb.

Qiymətli metalların kəskin qiymət artımı fonunda, Çovdar filiz emalı sahəsində hasil olunan qızıl və gümüşdən istehsal edilmiş növbəti 36 ədəd gümüş və qızıl qarışıq tərkibli xəlitə İsveçrədə saflaşdırıldıqdan sonra satışa çıxarılıb.

Cari il ərzində baş tutan altıncı ixrac əməliyyatı nəticəsində 6 703.97 unsiya qızıl, 15 273.95 unsiya gümüşün satışından, ümumilikdə 12 084 658.62 ABŞ dolları (20 543 919.65 manat) həcmində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.

Bununla cari ilin birinci yarımili ərzində həyata keçirilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsait 43 250 507.23 ABŞ dollarına (73 525 862.29 manat) yüksəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% artım deməkdir.




İmza:
SON XƏBƏRLƏR
2020-07-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK