ANA SƏHİFƏ / İDMAN

Hüseyn Məhəmmədov: Hakimi yoldan çıxarmışdım

5796    |   2020-06-29 17:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Yığma səfərdə Kiprlə qarşılaşırdı. Rəqib hücumların birində qoldu. Bizimkilər məyus halda başlarını aşağı salıb dayanıblar. Kiprlilər də həmin qolun sevincini yaşayırlar. Mən də fürsətdən istifadə edib saniyələr içində qapının arxa tərəfindən toru cırıb, hakimi yanıma çağırıb topun məhz həmin sökülən yerdən içəri daxil olduğunu söylədim. Baş hakim "hadisə yeri”ni gözdən keçirib fitini səsləndirdi və qolu qeydə almadığını bildirdi. Hakimi yoldan çıxarmışdım. Referinin bu qərarı kiprli futbolçular tərəfindən narazılıqla qarşılandı, meydanda aləm bir-birinə dəydi. Hakim "qol deyil” deyir, rəqibin oyunçular, məşqçilər korpusu da and-aman edirlər ki, təmiz qol vurulub. Mübahisə təxminən 10 dəqiqəyədək davam etdi. Bizimkilərin də heç nədən xəbəri yoxdu. Mən də özümə əl qatmışam, hakimin yanında dayanıb onunla birgə kiprlilərə torun cırıq olduğunu, topun da məhz ordan içəri keçdiyini sübut etməyə çalışıram. Artıq ara sakitləşirdi, qol qeydə alınmırdı. Yan xətt hakimi dirəşdi ki, kiprlilər təmiz qol vurublar. Baş hakim də köməkçisini qoyub mənim sözümə inanan deyildi ki... Uzun çək-çevirdən sonra mərkəzi göstərdi. Oyun başa çatandan sonra bizim uşaqlar torun mən tərəfdən söküldüyünü bilincə, çaşıb qalmışdılar".

Veteran qapıçı Hüseyn Məhəmmədov
Mənbə: "Futbol+" qəzeti



İmza:
SON XƏBƏRLƏR
2020-07-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK