ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: BELƏ DƏ İŞ OLAR?!

9054    |   2020-06-24 09:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Olar, niyə olmur?! Bizdə nə desən baş verə bilər. Ən azından ona görə ki, biz iş görməkdən çox danışmağı daha çox sevirik. Bir şeydən o qədər danışırıq, danışırıq ki, axırda yorulub əldən düşürük və iş görmək də yadımızdan çıxır. Düşünürük ki, balam, əsas məsələ danışmaqdı. İş görmək isə qaçmır ki, nə vaxt istəsək, o işi görə bilərik. Və bir də ayılıb görürük ki, həftə, ay, il başa çatıb və biz hələ də danışdığımız işləri düzüb qoşa bilməmişik. Sonra əlimizi havada yelləyib deyirik:

- Əşi, bu gün olmasın, sabah olsun. Sabah olmasın, bir aydan sonra olsun. Bir aydan sonra olmasın, bir ildən sonra olsun. Qaçhaqaç deyil ha, Allah qoysa yarımçıq işlərimizi görərik...

... Düz 28 ildir ki, gözləyirik ki, Lazım gələcək biz də işğal altında olan torpaqlarımızı, yurdumuzu, yuvamızı işğaldan azad edəcəyik. Və düz 28 ildir ki, səbrimizi basıb gözləyirik. Lap yaxşı eləyib gözləyirik. Gözləməsək nə olacaq? Əsas məsələ odur ki, Allah qoysa, o Lazım nə vaxtsa gələcək və biz də torpaqlarımızı ermənilərin işğalından azad edəcəyik...

Biz həm də çox səbrli, dözümlü xalqıq. Hələ dünyanın heç bir xalqı bizim kimi dözümlü və səbrli ola bilməz. Məsələn, bir iş üçün hər hansı məmurın qapısına yolumuz düşəndə o, bizi get-gələ salır, "sabah düzələr, birisigün düzələr” deyib bizi yola verir. Və biz də sabah da dözürük, birisigün də dözürük, yenidən həmin məmurun qapısına gedirik. Deyirik ki, ay rəhmətliyin oğlu, bəs sən bir-iki günə demişdin ki, bu iş düzələcək, bu bir-iki gün üç-dörd ay olub, işimiz hələ də düzəlməyib. Bu sözdən sonra məmur qaş-qabağını tökür və dillənir:

- A kişi, qaçhaqaçdı, iki-üç ay gözlə, işlərin yoluna qoyular. İki-üç ay dözümüsən, bir iki-üç ay da döz!

Yadımıza böyük Üzeyir Hacıbəyovun "Müsəlmanın halı” felyetonu düşür. Orda bir müsəlman obrazı təsvir olunub. Həmin müsəlman iş üçün gedir dövlət məmurunun yanına, o da deyir ki, get, sabah gəl. Əlacı üzülən müsəlman bu dəfə də ağanın yanına gedir və ondan kömək istəyir. O da bir dəfə həmin kişinin üzünə tüpürür, iki dəfə də atasının goruna söyür. Və müsəlman bu dəfə də çıxış yolunu intelligentin yanına getməkdə görür. Deyir ki, bu intelligent savadlı adamdı, qoy dərdimi ona deyim, o da ərizə yazıb yuxarılara göndərsin, onlar da mənim işimə əncam çəksinlər. Müsəlman intelligentdən ərizə yazmasını xahiş edir. İntelligent də deyir ki, 500 manat ver, yazım! Əlacı kəsilən yazıq müsəlman durub gedir xanın yanına. Səhər-səhər qapını döyür və nökər qapını açır. Soruşur ki, xan evdədir? Nökər də bildirir ki, yox, evdədir, yatıb. Günorta yenə gəlir, xanı soruşur, nökər yenə deyir ki, xan yemək yeyir. Axşam gəlir, axşam da xanı evdə tapmır və kor-peşman qayıdır evinə. Görür ki, nə dövlət məmurundan bir səs çıxdı, nə hökumət adamından, nə intelligentdən, nə də xandan. Elə yazıq müsəlmanın halı həmişə belə olub. Dərdini desə də, ona əlac qılan tapılmır ki, tapılmır. Necə ki, indi müsəlman dünyası ayaq altında qalır, insanlar inildəyir, ölənə, qırılana baxan yoxdur. Deyirlər ki, əşi, müsəlman canı çıxıb zülm içində yaşamalıdır.

Şükürlər olsun ki, yenə bizim məmləkətdə camaatın səsini eşidən var. Amma başqa müsəlman ölkələrində nə camaatın səsini eşidən var, nə də onların dərdinə əlac qılan! Harda müsəlman görürlər, kömək eləyib çətin vəziyyətdən çıxarmaq əvəzinə başına bir qapaz ilişdirirlər ki, daha dərin yerdə düşüb qalsın. Çünki müsəlman həmişə dədə-babadan yiyəsiz olub və hər gələn də başına bir qapaz vurub. Və bu qapazdan da müsəlmanlar çox vaxt ayılmayıblar. Ayılanda da düşüblər bir-birinin üstünə. Bu qardaş onu öldürüb, o qardaş bunu. Heç müsəlmana düşmən lazım deyil ki, özü-özünün düşmənidir.

Müsəlmanını başına gələn oyunların ən böyük səbəbi onun avamlığı, cahilliyi və savadsızlığıdır. Başqa millətlər pul verib savad alırlar, biz müsəlmanlar isə pul verib diplom alırıq. İndi-indi bəzi müsəlmanlar fikirləşirlər ki, balam, bizə diplom yox, savad lazımdır. Gec də olsa bəziləri artıq ayılıb balalarına savad vermək üçün onları Avropa ölkələrinə oxumağa göndərirlər. Çox sağ olsun, o uşaqlar da gedib avropalılar kimi oxuyub-öyrənirlər, savad alırlar. Amma bizim məmləkətə gələndə Avropada savad almış bir çox kimsəsiz gənclər burda iş tapa bilmir. Hara gedir geri qaytarırlar. Gərək sənin arxanda bir adamın və bir də yaxşı pulun olsun ki, verib işə keçəsən. Ona görə də artıq Avropada təhsil almış bir çox savadlı uşaqlar ölkəmizə qayıtmaq istəmirlər. Mən belə gənclərdən biri ilə İstanbulda məşhur klinikaların birində görüşdüm. Tərbiyəli, savadlı və ziyalı oğlan idi, 4 dil bilirdi. Klinikanın həkimləri başına and içirdi və ona görə bizə hörmət də eləyirdilər. O gənc deyir ki, mən Almaniyada oxuyub Bakıya qayıtdım, hansı yerə getdim nəsə umdular. Gəldim Türkiyədə müsabiqədən keçdim, məni ən yaxşı uzman kimi işə götürdülər. Burda hər ay 8000 dollara yaxın məvacib alıram.

Amma gəlin onu qəbul edək ki, bu gün ölkəmizdə xaricdə təhsil alan çoxlu sayda gənclər də var. Onlar iqtisadiyyat, elm, mədəniyyət və səhiyyə sahəsində xalqımıza xidmət edirlər. Kimsə bir-iki nəfəri küsdürübsə, bu da hardasa elə bir məmur özbaşınalığının nəticəsidir.

Hər halda, müsəlmanın da içərisində savadlı, millətini və xalqını sevən istedadlı gənclər var. Bizi qaranlıqdan, cəhalətdən və zülmətdən istedadlı, savadlı o gənclər xilas edəcəkdir. Və o gənclərin qarşısında da hər hansı məmur sədd çəkə bilməz. Ən azından ona görə ki, bu gün ölkəmizdə çox böyük islahatlar gedir, istedadlı və savadlı gənclər irəli çəkilirlər. Bəzi köhnə fikirli, könhə düşüncəli yüksək vəzifəli şəxlər öz mövqelərindən çəkinməli, xalqını, millətini, vətənini sevən istedadlı gənclərə meydan verməlidir.

Yetmiş yaşında cərrah heç vaxt ağır cərrahiyyə əməliyyatı apara bilməz. Onun ya gözü zəif görür, ya da əlləri əsir. Düzdür, həmin cərrahlar təcrübəlidilər, savadlıdılar, amma bu gün onların yerini 10-15 il təcrübə toplamış savadlı gənclər və orta yaşlı həkimlər əvəz etməlidilər. Sözümüzün canı odur ki, gəncləri məmləkətimizdə kiminsə qohumuna, arxasına və puluna görə yox, savadına və istedadına görə vəzifəyə təyin etmək lazımdır. Çünki həmin savadlı və istedadlı insan həm dövlətinə, həm də xalqına vicdanla, namusla xidmət edəcək.




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-08-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK