ANA SƏHİFƏ / SİYASƏT

Depututdan Avropa Şurasına etiraz

17300    |   2020-06-06 16:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Prezident İlham Əliyevin iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı səsləndirdiyi bəyanata xüsusi diqqət yetirməyimizə ehtiyac var. Söhbət Dağlıq Qarabağdakı separatçı, qanundan kənar bir rejimin keçirdiyi "seçkilər”ə Avropa Şurasının heç bir reaksiya verməməsindən gedir. O boyda təşkilat, "qoca qitə”nin yeni üzvlərinə demokratiya dərsi keçən AŞ 30 ilə yaxındır beynəlxalq hüquq normalarını qulaqardına vuran bir ovuc separatçının avantürasına susur. Özü də bütün dünyanın, mötəbər, iri beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin tanınmamış qurumun təxribatını pisləmələri fonunda…

Yəni bunu necə izah etmək olar? Ayrı-ayrı fərdlərin "hüquqlarının müdafiəsi” adı altında qətnamələr qəbul olunur, mənfi ictimai rəy formalaşdırılır, beynəlxalq linç kampaniyası həyata keçirilir, ancaq 1 milyon vətəndaşımız, Avropa dövlətinin sakini, avropalı yurdundan didərgin salınır, etnik təmizlənməyə, soyqırımına məruz qalır, 30 ildir vətənindən məhrum olur və bu cinayətləri törədən saxta qurum (əslində isə Avropanın digər dövləti – Ermənistan) AŞ tərəfindən heç bir qınağa məruz qalmır. ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlər qanunsuz seçkiləri pisləyir, ancaq elə bu dövlətlərin də təmsil olunduqları təşkilat - AŞ susur.

Cənab Prezident haqlı şəkildə xatırladır ki, 2001-ci ildə AŞ Azərbaycanı və Ermənistanı sıralarına qəbul edərkən qarşımıza öhdəliklər qoyub. Bu öhdəliklərdən biri və əslinə qalsa, bizim üçün ən vacibi Dağlıq Qarabağ probleminin həllidir. Yəni hər iki dövlət sülhə gəlmək istiqamətində AŞ qarşısında öhdəlik götürüblər. Öhdəliklərin monitorinqini AŞ həyata keçirir. Deməli, qurumun məruzəçilərinin birbaşa borcu və səlahiyyətləridir ki, keçirilmiş saxta seçkilərə münasibət bildirsinlər. Ancaq susurlar.
Tərəflərdən birində Qarabağ mövzusunda azacıq kompromisə getmək istəyən öldürülür, dövlətin bütün siyasi elitasını qanunverici orqanda qətlə yetirirlər. Paytaxtın mərkəzində Hitlerlə əməkdaşlıq etmiş faşistə 6 metrlik heykəl qoyulur, fetişləşdirilir, dünyaca məşhur erməni terrorçuları təmtəraqla dəfn edilir, ilahiləşdirilir. Digər tərəfin isə 1 milyon vətəndaşının hüquqları kobudcasına tapdanır və bütün bunlara diqqət yetirməli olan təşkilat qanundan kənar seçkilərə münasibət bildirmir…

Prezidentimiz cənab İlham Əliyevin "Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır” sözlərini unutmamalıyıq!

Elnur Allahverdiyev
Milli Məclisin deputatı



İmza:

Elmar Məmmədyarov: Azərbaycan Cammu və Kəşmir məsələsinin sülh yolu ilə həllini dəstəkləyir

XİN: Təcavüzkar Ermənistan rəhbərliyi əmin olmalıdır ki, heç bir təxribatı cavabsız qalmayacaq

Peskov: “Kreml Boltonun kitabının məzmununu öyrənir”

Rusiya – Belarus ziddiyyətləri pik həddə çatır

Dağlıq Qarabağın Azərbaycanlı İcması Ancelina Colini ölkəmizə dəvət etdi

YAP Gənclər Birliyinin yaranmasının 25 illiyi münasibətilə tədbir keçirildi

Deputatlardan və mərkəzi aparat işçilərindən test nümunəsi götürüldü

Millət vəkili: “Laqeyd vətəndaşlara “stop” deməyin vaxtıdır”

“Bakı Metropoliteni” Samir Şərifovun fikirlərinə münasibət bildirdi

Könül Nurullayeva: Avropa İttifaqının ərazi bütövlüyü ilə bağlı vahid yanaşması Ermənistanı narahat edir

BMT-dən qaçqın statusu ilə bağlı açıqlama

Vətəndaş məktubları: Cənab Prezident, xalqımızı düşünərək atdığınız qətiyyətli addımları yüksək qiymətləndiririk

Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlyünün qorunması üçün əlindən gələni edəcək

Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verildi

Milli Məclisdə su təchizatı ilə bağlı dinləmələr keçirilib

Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi

Tural Gəncəliyev: Azərbaycan beynəlxalq səviyyədə terrorizmlə mübarizə sahəsində vacib ölkədir

Rəsmi Bakıdan bəyanat: “Qarabağ xalqı anlayışı yoxdur”

Bu gün Putin, Ərdoğan və Ruhani arasında videokonfrans baş tutacaq

Vüqar İsgəndərov: "Sağlamlığımız naminə qəbul olunan qadağalara əməl edək"

Hikmət Hacıyev Dağıstanda saxlanılan azərbaycanlılar barədə danışdı

Hikmət Hacıyev: Təəssüflər olsun ki, Ermənistan atəşkəs arxasında gizlənərək təcavüzü davam etdirir

SON XƏBƏRLƏR
2020-07-02
2020-07-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.24%)
Pullsuz (11.76%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK