ANA SƏHİFƏ / ŞOU-BİZNES

Rəqqasə Renka karantin qaydalarını pozduğu üçün cərimələndi - RƏSMİ

9065    |   2020-06-06 14:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sosial şəbəkələrdə və xəbər saytlarında yayılmış "Rəqqasə Renka karantin qaydalarını pozdu” sərlövhəli videogörüntülərlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb.

Bu barədəOxu.Az-ın sorğusuna cavab olaraq Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, iyunun 3-də paytaxtın Nizami rayonunda yerləşən restoranlardan birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan ad günü mərasimi təşkil edilib:

"Nizami RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə obyekt sahibi və iştirakçılar inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 11 nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi 1500 manat, digərləri 100 manat cərimə olunublar”.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə şou-biznesdə Renka kimitanınan rəqqasəRəna Ağamuradovanın karantin qaydalarını pozduğuna dair görüntüləri yayılıb.




İmza:

Bir müğənnidən iki xəbər: “Saxta brend”iddiası və fotolara çökmüş lüks həyat...

“Fotoşop”un növbəti biabırçılığı: Duyğu tənqid edildi

Müğənninin son halı hamını təəccübləndirdi: 7 aylıq hamilə...

İzləyicilər qəti qərar verdi: Əminə və Yeqor böyük eşq yaşayır

Modelin paylaşımı bir neçə saat ərzində yarım milyondan artıq bəyənildi - VİDEO

110 kilodan 60 kiloya qədər “əriyən” aktrisa gündəm oldu

Elzanın başındakı “kolluq” sosial şəbəkədə müzakirələrə səbəb oldu

Azərbaycanlı aktrisa paylaşımı ilə göz qamaşdırdı - VİDEO

Mustafa Sandalın eks xanımı istirahətdə: Paylaşımları gündəm oldu

Model Samirədən Dubay sərgüzəştləri: Bikinidə...

Türkan Şoraydan maraqlı paylaşım: "Üç bacı bir arada. Bacı kimisi yox"...

Emrahdan doğma oğluna hörmətsizlik: Tayfun cavabı gecikdirmədi

SON XƏBƏRLƏR
2020-07-13
2020-07-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK