ANA SƏHİFƏ / MƏMLƏKƏT

İcazəsi olanlar işə velosipedlə gedə bilərlər - RƏSMİ

5141    |   2020-06-06 11:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Fəaliyyətinə icazə verilmiş qurumda, təşkilatda xidmət edən və onun işə gedib-gəlməsi üçün icazə portalına məlumatı yerləşdirilmiş şəxslərin özləri də fərdi nəqliyyat vasitələrindən istifadə edə bilməzlər”.

Bu barədəBaş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Xəzər aktual”da danışıb.

O, bu qərarın səbəbini belə izah edib:

"Çünki əvvəlki qadağalarda da gördük ki, portalda adı yerləşdirilmiş şəxslərin fərdi nəqliyyat vasitələrindən istifadəsinə icazə verildiyinə görə, həmin nəqliyyat vasitələri, demək olar ki, günün bütün vaxtlarında şəhərin yollarında hərəkətdə idilər və onları nə vaxt saxlasan, işə gedib-gəldiklərini bildirirdilər.

Amma ünvanlara baxanda görürdün ki, getdiyi yer nə iş yerinin, nə də yaşadığı yerin ünvanına uyğundur. Belə halların qarşısının alınması üçün belə bir addım atıldı.

İş yeri evinə yaxın olan və icazə portalında işə-gedib gəlməsi haqqında məlumatı olan şəxslər velosipeddən istifadə edib, piyada gedib-gələ bilər”.




İmza:
SON XƏBƏRLƏR
2020-07-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.24%)
Pullsuz (11.76%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK