ANA SƏHİFƏ / MƏMLƏKƏT

Güclü külək əsəcək, temperatur aşağı düşəcək

4889    |   2020-06-03 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 3-ü axşamdan 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, iyunun 4-də yarımadanın bəzi yerlərində isə arabir 25 m/s-dək güclənəcəyi gözlənilir ki, bunun nəticəsində də havanın temperaturu ötən günlərlə müqayisədə 5 dərəcəyədək aşağı enəcək.

Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, iyunun 4-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında, 5-i axşam və 6-da əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.



İmza:
SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK