ANA SƏHİFƏ / MARAQLI

Yuxularınız niyə yadınızda qalır?

20343    |   2020-06-03 14:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaponiya və ABŞ alimləri beyindəki bir qrup hüceyrənin yuxuların qorunmasının qarşısını aldığını aşkar ediblər.

Adalet.az "Science” jurnalına istinadla xəbər verir ki, Yaponiyadakı Nagoya universiteti və ABŞ-ın Milli Nevroloji probemlər və İflic institutu (NINDS) mütəxəssisləri beyindəki bir qrup hüceyrənin görülən yuxuların qorunmasına mane olduğunu müəyyənləşdirib.

Siçanlar ilə üzərində aparılan testlər zamanı alimlər bir çox hormonun və qeyri-iradi funksiyaların nəzarət mərkəzi olan və melanin cəmləşdirən hormon (MHC) buraxan hüceyrələri ehtiva edən hipotalamusun öyrənilməsinə diqqət yetiriblər.

Məlumata görə, MCH iştaha cavabdehdir və yuxu mərhələlərinin tənzimlənməsində yer alır.

Bir qrup siçanında aparılan tədiqatda sürətli yuxu zamanı MCH hüceyrələri işə salınıb, buna görə heyvanlar əvvəllər öyrəndiklərini tanımaqda çətinlik çəkməyə başlayıblar.

Üzərlərində MCH hüceyrələri olmayan siçanlar yaddaş testlərində daha yaxşı nəticələr göstəriblər.

Elm adamı Shuntaro İzawa araşdırma ilə əlaqədar verdiyi açıqlamada "Unutmaq passiv bir şey deyil, aktiv bir prosesdi" deyib.

Tədqiqatın digər mütəxəssisi, professor Tomas S. Kilduff yuxuların MCH hüceyrələri aktiv olduqda sürətli yuxu mərhələsində görüldüyünü ifadə edib.

Kilduff "Bu hüceyrələr qrupunun aktiv fəaliyyəti yuxuların qorunmasına mane olur və buna görə gördüyümüz yuxuları unuduruq” deyə bildirib.



İmza:

Çaydan körpə uşaq və kişi meyiti çıxarıldı - VİDEO

Şamaxı Rəsədxanası: “Planetlərin paradı” başlayır

4 yaşlı it 54 yaşlı insanla eynidir - YENİ İDDİA

Maraqlı hadisə: Kəsimə verilən "Qarabağ" atları Zooparkda balaladı

Şahzadə Uilyam və Keyt Midltonun iqamətgahında xüsusi cəza otağı var

Bu portretdə Fateh Sultan Mehmetin qarşısında duran kimdir?

Taksi sözü və peşəsi necə yarandı?

Həkimlər hamilə qala bilməyən hindistanlı qadına kişi olduğunu dedilər

Mühafizəçi pişik saxladığı üçün aktrisanı döyüb - VİDEO

Şüşədə okeana atılmış məktub yeni dostluğun əsasını qoydu

Dalğıc çayın dibindən 17 min dollarlıq üzük tapdı və sahibinə qaytardı

Ay və Marsda niyə yaşamaq olmaz? – Alim açıqladı

SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK