ANA SƏHİFƏ / YAZARLAR

Qadın istismarı - Emin Piri yazır

(Yarızarafat, yarıciddi)

27804    |   2020-06-05 08:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qadın haqları, qadın hüquqları haqqında yazılır, məruzələr edilir, müxtəlif fondlar yaradılır və s. və ilaxır.Bayramları keçirilir, əzizlənir, gender bərabərliyi olsun deyə yeri oldu-olmadı, irəli salınır. Di gəl, yazıq kişiləri düşünən varmı? Ola bilər, bu yazı sizə adi və məzə xatirinə yazılmış kimi görünsün, amma inanın ki, elə deyil. "Qadın haqları” adıyla kişilər əzilir, istismar olunur.

Ev heyvanlarına qoyulan hörmət kişiyə qoyulurmu? Götürək kişilərə nifrət edən feministlərin heyvan sevgisini. Kişiyə nifrət, heyvana sevgi... Adi pişik və ya iti götürək. Yeməklərini sığallayaraq öz əlləriylə yedizdirəcəklər, sosial şəbəkələrdə o heyvanlarla şəkillərini cicim-micim-aşkım adıyla paylaşacaqlar. Hətta öz əlləriylə çimizdirəcəklər də. Yatanda belə qucaqlarında yatızdırırlar. Rəhmətliyin qızı, kişiyə o pişiyə, itə göstərdiyin qayğını göstərsən səni ovcunda saxlayar, e!

Kişi söyüş söyə bilməz - həyatından məhrum ola bilər, amma bunu qadın etsə, "qadındı da”, deyib, keçmək lazımdı, yəni ağız verməyəsən, ya da ki `kişi kimi qadındı` deyib, bəziləri "afərin” söyləyəcək.

Kişi sosial şəbəkələrdə erotikadan yaza bilməz, o dəqiqə "camaatın ana-bacısı var” deyə, qınağa məruz qalacaq və sözlə daşlanacaq, amma bunu bir xanım etsə, sadəcə "müasir və liberal görüşlü qadındır” deyə alqışlanmalıdır.

Ədəbi mühitdə kişi açıq-saçıq yaza bilməz, "pozucu” deyə dəyərləndiriləcək, amma bunu yazan xanım olsa adi kitab təqdimatına millət töküləcək. Sual qarşısında isə `bu bir qadın cəsarətidi` deyə nidanı ortaya qoyacaqlar.

Kişi yay vaxtı şortiklə çıxa bilməz. Ən azından "utanmaz” deyə qınanacaq və hətta bəzi küçələrdə bu geyiminə görə "qədeş söhbətləri”nə aparılacaq. Amma qadın nəinki şort, hətta bütün əzaları görünən formada çıxa bilər, çünki o, sadəcə cazibədar bir xanımdı.

Kişi istidən köynəyinin ikinci düyməsini belə aça bilməz, ayıbdı, amma qadın məmələri görünən formada da çıxa bilər. Çünki qadındı.

Bizim kimi cəmiyyətlərdə geyim baxımdan qadınların yox, kişilərin haqqı pozulur və ya azadlığı yoxdur.

Arada düşünürəm, bu qədər zorlanma hadisəsi varsa, niyə bir kişi də bir dəfə çıxıb qadın tərəfindən zorlandığını demir? İnanın ki, belə hadisələr çoxdur. Sadəcə, utanırlar deməyə. Kişi adını elə istismar ediblər ki, yazıqlar neyləsin, hökmən hər şeydə susmalıdılar.

Kişi torpağını qorumalıdı, torpaq gedibsə, qeyrətsizdi. Sanki onu doğan, süd verib tərbiyələndirən bu sözü deyən qadınlar deyil. Kişi evi dolandırmalıdır, ev almalıdır, ölənə kimi eşşək kimi işləməlidir (bir sual belə verə bilməz. O dəqiqə qadın, `uşaqları dədəm evindən gətirməmişəm` deyə gözünü oyar. Guya kişi uşaqları dədəsi evindən gətirib) və s. və ilaxır. Amma bəzi məsələlərə gələndə "həyat müştərəkdir, bərabərdir” deyə ayağını dirəyəcək. Gəl bu sözə indi döz. Burda deyiblər əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.


Bəzi "qadınlar” ədəbi və şou aləmində hansısa kişini sponsor kimi istismar edə bilər, amma kişiyə olmaz. O, hökmən karyera yolunu pişik kimi cırmaqlayaraq yüksəlməlidi.

Kişi adam balası kimi rahat cənnətdə yaşaya bilməz bu dünya. Hökmən həvvalar peyda olacaq və aldadaraq onlara "cəhənnəmə xoş gəlmisiniz” deyəcək.

Bu sıranı dəfələrlə uzatmaq, genişləndirmək olardı. Bəli, bu, qadınlar tərəfindən istismardır. Təklif edirəm ki, günlərdən biri "kişi soyqırımı günü” olsun. Necə ki, dünyada müxtəlif millətlər üçün soyqırım günləri var. On min illərdir davam edən kişi soyqırımı hətta Holokostdan daha faciəvidi.

Məhz 8 mart kimi bayram demirəm, soyqırım günü. Hansı günlərinə bayram edəcəklər bu kölələr? Hələ azad olsunlar, sonra bayram edərlər.
Kişilərə azadlıq!

Etiraz olaraq birlikdə hayqırmaq da olar: "Qaytarın qabırğalarımızı!”



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK