ANA SƏHİFƏ / MƏMLƏKƏT

"Sədərək" Ticarət Mərkəzində maskadan istifadəyə nəzarət gücləndirildi

3792    |   2020-06-03 11:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Sədərək" Ticarət Mərkəzində satıcı və sahibkarların tibbi maskadan istifadə etməsi məsələsi nəzarətə götürülüb.

Bu barədə Trend-ə açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib.

Onun sözlərinə görə, mərkəzin daxili nəzarət komissiyası bazar ərazisində mütəmadi reydlər keçirir: "Mayın 31-də bazar fəaliyyətə başlanan gün mərkəz rəhbərliyinin tapşırığı ilə bazar sahibkarları və satıcılara 15 min ədəd tibbi maska pulsuz olaraq paylandı. Bundan başqa, mərkəz rəhbərliyi Sumqayıtdakı maska zavodu ilə müqavilə bağlayıb və bazar ərazisindəki bütün apteklər tibbi maska ilə təmin olunub. Yəni, artıq heç bir sahibkar və satıcı maska qıtlığını bəhanə edə bilmir. Bazar ərazisindəki apteklər də hər gün nəzarətdə saxlanılır, satışda aptek olub-olmaması yoxlanılır".

M. Qədimov bildirib ki, bununla yanaşı Qaradağ rayon Polis İdarəsinin əməkdaşları da bazar ərazisində reydlər keçirir, sahibkar, satıcı və müştərilərin tibbi maskadan istifadə etməsini tələb edirlər: "İyunun 1-i və 2-də Qaradağ rayon Polis İdarəsinin əməkdaşları bazar ərazisində reyd keçirdi. Məlumata görə, ərazidə 10-a yaxın şəxsin maskadan istifadə etmədiyi aşkarlanıb və həmin şəxslər qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilib. Hazırda bazar ərazisində tibbi maskalardan istifadə ilə bağlı daxili nəzarət davam etdirilir".

Mərkəz rəsmisi qeyd edib ki, hələlik bazarda o qədər də sıxlıq müşahidə olunmur: "Həm bazar fəaliyyətini yeni bərpa edib, həm də toy, ad günləri mərasimləri olmadığından bazarda o qədər də sıxlıq yoxdur. Bazar ərazisində sosial məsafəyə də əməl edilir. Bazar ərazisində sosial məsafə saxlamaq üçün təbliğat elanları yazılıb, səsgücləndiricilər vasitəsilə mütəmadi olaraq əhaliyə qoruyucu vasitələrdən istifadə etmək tövsiyyə olunur".




İmza:
SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK