ANA SƏHİFƏ / ŞOU-BİZNES

Afaq Gəncəli: “Dörd əməliyyatıma 10 min manat xərcləmişəm” - VİDEO

13392    |   2020-06-02 20:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Burnum bahalıdır, üç dəfə əməliyyat etdirmişəm. Bu da öz günahımdan, naşılığımdan olub”.

Oxu.Azxəbər verir ki, bu sözləri məşhur teleaparıcı Afaq Gəncəli ARB televiziyasında yayımlanan "Ona qalsa” səhər şousunda qonaq olarkən deyib.

Teleaparıcı keçirdiyi plastik əməliyyatlarından söhbət açıb:

"Birinci dəfə rinoplastika əməliyyatı etdirəndə cərraha dedim ki, burnuma çox müdaxilə etməyin. Kənardan baxanda bilinməsin ki, əməliyyat olunub. Dedim ki, kənarlarından yığın, həkim isə bildirdiki, ucuna da əl vurmalıyam. Həkimlə həkimlik etdim (gülür- red.), mən deyən kimi əməliyyat etdi.

Bir neçə ildən sonra nəfəs almaqda problemlərlə üzləşdim. Məcbur olub getdim "lor” həkimin yanına. Nəfəs almamı düzəltdi, estetik cəhətdən isə köhnə burnum qaldı. Əl dəymədi.

Sonra gördüm ki, burnumda heç bir dəyişiklik yoxdur. "Atalar üç dəfədən deyib” getdim üçüncü dəfə əməliyyat etdirdim. Amma artıq əməliyyatlara "stop” qoymuşam.

Bədən şəkilləndirici, yəni liposaksiyaəməliyyatı da etdirmişəm. Amma bununla yanaşı, pəhriz saxlayıram və idman edirəm. Beləliklə də, formada qalıram. Əməliyyat etdirəndən sonra mütləq yediyin qidaya fikir verib, idmanla məşğul olmalısan. Misal üçün, Xatirə İslam əməliyyat etdirəndən sonra arıqlasa da, üstündən bir neçə ay keçdi, yeməyinə diqqət etmədi və kökəldi”.

Verilişin aparıcısı Nazilə Səfərlinin "Əməliyyatlarına nə qədər pul xərcləmisən?” sualına Afaq "Dörd əməliyyatıma 10 min manat xərcləmişəm” cavabını verib.

N.Səfərlinin"Özünü sığortalamaq istəmirsən?”sualına isə teleaparıcı "Özüm başdan-ayağa sığortayam” deyərək, qarşı tərəfi təəccübləndirib.




İmza:
SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK